çərşənbə günü, 30 sentyabr 2026
     

Mollacümənin xoruzu - Yunus OĞUZ yazır

Image


Mollanın Ərdəbildə kasıb vaxtları idi. Evində dişə vurulmalı bir şey qalmamışdı. Hamısını satıb sovurmuşdu. Həyətdə gözünün ağı-qarası, bir-birinə bənzəyən iki xoruzu, bir dənə toyuğu vardı. Ha fikirləşir ki, bu gün evimə necə ruzi gətirim.

Eyvana çıxıb həyətdə yer eşən toyuğu və xoruzları görəndə ağlına heyrətamiz fikir gəlir. Əvvəlcə toyuğu tutub "Bismillah" demədən başını kəsib arvadını haraylayır. Arvadı eyvana çıxıb başı kəsilmiş toyuğun atdanıb düşdüyünü gördükdə əlini atır üzünə, qışqırır:

- Vay, evin yıxılmasın, neylədin? Heç olmasa bu toyuq gündə bir yumurta verirdi, onunla dolanırdıq.

Molla tövrünü pozmadan dillənir:

- Kəs səsini, tünbətün qızı! Deməli bir məqsədim var ki, bu toyuğu kəsmişəm. - Arvad səsini çəkir içinə. - Sən belə et, get qonşulardan bir az düyü al, bir az da yağ. De ki, kişi gedib bazara, axşama qaytaracam.

Arvad kişinin kələyini başa düşür. Onlar Ərdəbilə gələndən hələ bir dəfə olsun əri əlini ağdan qaraya vurmamışdı, amma nə yollasa dolanırdılar. Tez qaçır qonşuya, getməyi ilə gəlməyi də bir olur. Əlində də bir kasa düyü, bir nimçə də yağ.

- Hə, gətirdim, sonrası? - Arvad səbrsizcəsinə soruşur.

Molla özündən razı halda şəvə kimi qara saqqalını tumarlayıb cavab verir:

- Hə, bu yaxşı oldu. Sən belə elə, - yerdə daha çabalamayan toyuğu göstərir, - bu toyuğu yolursan, düyünü dəmləyib günortaya yaxşı bir toyuq plovu bişirirsən. Qonağımız olacaq.

Arvad nəsə başa düşüb gülümsünür.

- "Baş üstə" - deyir.

Molla arvadına təlimat da verir:

- Bax, arvad! Mən həyətə girən kimi qışqıracam ki, ay arvad, xoruz evə gəlib çıxdımı? Sən də deyərsən ki, əlbəttə, uça-uça gəldi, sifarişlərini də çatdırdı. Toyuq aşı da hazırdır.

Arvad qəhqəhə çəkib dedi:

- Ay kələkbaz! Sənin bu oyunların bitib tükənmək bilmir. Bildim neyləmək istəyirsən. Ancaq Həsən, kələyinin üstü açılsa necə olacaq? Burdan da bizi sürgün etsələr, batdıq.

Molla baş barmağını dodaqlarının üstünə aparıb deyir:

- S... sus, arvad. Elə bilirsən Ərdəbildə məndən ağıllısı var? Əgər bu kələyim baş tutsa, elə hesab et ki, şəhərin İmamcümə təyinatı məndədir. Nə isə, get işinlə məşğul ol!

Arvad gözdən itdikdən sonra molla ayağa duraraq gedib xoruzun birini tutur. Vurur qoltuğuna, gəlir şəhərin ən bərkgedən adamının evinin qarşısında durur. Bu adam elə bərk gedənmiş ki, hətta ölkə başçısına təvəqqe edər, söz çatdırarmış. Görür ki, ağa evdən bayıra çıxır, özünü salır onun yanına.

- Ağa, bir dəqiqə olar, - deyir.   

Ağa bu adamı namaz vaxtı tez-tez görərdi, ona bəzi suallar verərdi, özünü onun tərəfdarı kimi göstərərdi. Ayaq saxlayıb təəccüblə soruşdu:

- Həsən, bu xoruzu qoltuğuna vurub mənim qapımda niyə durmusan? Ərdəbildə xoruzla gəzirsən. Lotular səni düz başa düşməzlər, dalına vedrə qoşarlar.

Molla keyfini pozmadan, əlüstü cavab verdi:

- Ağa, o lotular bilsələr ki, bu xoruz nə xoruzdu, əlimdən alıb özləri gəzdirərlər.

Ağanı maraq götürdü:

- Bu xoruz nə xoruzdur ki, belə tərifləyirsən?

Həsən anlayır ki, ağa düşdü təkərə. Odur ki, cavab verdi:

- Ağa, qurban olum sənə! Qumda yaşayanda ordakı ağam mənə bir elm öyrətdi. Quşların dilini bilmək elmini. Orda dərsimi tamam eyləyib gəldim Ərdəbilə. Bir az pulum vardı, - xoruzu göstərir, - bu xoruzu alıb başladım ona təlim keçməyə. İndi bu xoruz bizim dili bilir. Nə desəm onu eyləyir.

Ağa yenə təəccüblə soruşdu:

- Yəni əməlli-başlı dil bilir?

- Bəli, ağa!

- Həsən, sən mənimlə şuxluq (məzələnmək) edirsən, xoruz da dil bilər? Yoxsa...

Molla tez onun sözünü yarımçıq kəsdi:

- Ağa, nəkarəyəm ki, səninlə şuxluq edim? İnanmırsan, gəl yoxlayaq.

- Gəl yoxlayaq, - Ağa tez razılaşdı.

- Yoxlayaq, ağa, əlbəttə yoxlayaq, amma bir şərtim var.

- Nə şərt?

Molla yaltaq niqabını üzünə çəkdi:

-Ağa, sənin əbanın ətəyi çox uzundur, haralara gedib çıxır, bir Allah bilir. Bax, əgər mən deyən olsa, sən məni Ərdəbilin mollacüməsi edirsən, mən də bu dil bilən xoruzu verirəm sənə, amma çəkdiyim xərci qaytarmaq şərtilə.

Ağa bir qədər fikirləşib deyir:

- Yaxşı, sübut elə.

- Baş üstə, ağa! - Molla qoltuğundakı xoruzu dodağı bərabərinə qaldırır. - Hə, çil-çil xoruz, uça-uça gedirsən bizə. Arvadağaya deyərsən toyuq plovu bişirsin, günortaya çox hörmətli qonağımız olacaq.

O bu sözləri deyib xoruzu buraxır havaya. Xoruz dörd-beş metr göydə uçub qonur yerə. Bir azdan gözdən yox olur.

-Hə, ağa gedək, amma bir az ləng gedək ki, biz evə çatana arvad da biş-düşü tamamlasın.

Nə isə vaxt, vədə tamam olur. Ağa ilə Həsən həyətə girir. Ağa baxır ki, həmin xoruz həyətdə eşələnir. Molla arvadını səsləyir:

- Arvad! - Arvad tez bayıra çıxır, onu görən kimi molla soruşur. - Xoruz gəldi evə çıxdı?

- Gəldi, ay kişi, gəldi. Ona nə demişdin hamısını çatdırdı. Toyuq plovu da hazırdı. - Qonağa baxıb deyir. - Xoş gəlmisən, qardaş.

Əlqərəz, bunlar oturub plovu yedikdən sonra ağa Həsənə deyir:

- Sözümüz sözdü də.

- Əlbəttə ağa, sözümüz sözdü. Sən mənə mollacüməsi vəzifəsini, bir miqdar da para verirsən, mən də sənə xoruzu bağışlayıram.

-Yaxşı, dur get, o xoruzu tut ver mənə.

Molla bir neçə dəqiqə sonra xoruzu tutub gətirir verir ağaya. Ağa xoruzu əlinə alıb ona baxır, sonra deyir:

- Hə, çil-çil xoruz, uç bizim evə, arvadağaya söylə ki, mollacümə ilə gəlirik evdə döşəmə plov yeməyə. Di, uç - Quşu buraxır göyə. Quş da çəpərin üstündən uçub gözdən itir.

Bir azdan ağa Həsənlə gəlib çıxır evə. Ağa dərhal arvadını səsləyir. Səsə arvad bayıra çıxır. Əri soruşur:

- Arvad, xoruz ismarıcı çatdırdımı?

Arvad təəccüblə soruşur?

- Nə xoruz, nə ismarıc?

- Bəs çil-çil xoruz bura gəlmədimi?

Arvad hirslənir:

- Deyəsən başınız xarab olub. Çil-çil xoruzun bu həyətdə nə işi var? - bu sözləri deyib əsəbi şəkildə evə girir.

Ağa üzünü bozardır, səsini qaldırır:

- Həsən, bu necə olur? Xoruz bizə gəlib çıxmayıb.

Molla tövrünü pozmadan  soruşur:

- Ağa, sən bu xoruzla ismarıc göndərəndə evin ünvanını demişdin? - "Yox" cavabını eşidən kimi əlini yaxasına atıb vay-şüvənlik eləyir. - Vay, çil-çil xoruzum ünvanı səhv salıb, getdi mənim dil bilən xoruzum.

Ağa görür ki, mollanın səsinə qonum-qonşu yığışacaq, onu sakitləşdirir:

- Həsən, sakit ol! Sözümüz sözdü. Xoruzdu da, ünvanı səhv salıb, salıb da...

Bir müddət keçdikdən sonra molla Ərdəbil imamcüməsinə təyinat alır, amma deyirlər ki, xoruz şakərindən əl çəkə bilmir.

Yunus OĞUZ
21.09.21




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ