Türkiyə və Azərbaycan qırıcıları Bosfor boğazı üzərində növbəti uçuşlar keçirib - FOTO

img

Bu gün Bosfor boğazı üzərində Azərbaycan və Türkiyə qırıcıları növbəti salamlama uçuşları keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Uçuşda Türkiyə HHQ-yə məxsus F-16, F-4 və Azərbaycan HHQ-yə aid 2 ədəd MiQ-29 qırıcı təyyarələri iştirak edib.

Qeyd edək ki, bu gün İstanbulda "Texnofest-2021" festivalı başlayıb. Sentyabrın 26-dək davam edəcək festival çərçivəsində Azərbaycan və Türkiyə hərbi təyyarələri nümunəvi uçuşlar həyata keçirəcək.

Son xəbərlər