Bazar günü günü, 15 noyabr 2026
     

“Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın xoşbəxt gələcəyinin təminatçısıdır” - Vüqar Rəhimzadə

Image


“Azərbaycanın iqtisadi tərəqqisinə, dünya iqtisadi sisteminə inteqrasiyasına yol açan, əbədi müstəqilliyimizi, xalqımızın yüksək rifahını təmin edən və dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkətinin iştirakı ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan sazişin imzalanmasından 27 il otür. O vaxtdan bugünədək ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası uğurla icra edilir. Bu strategiyanın uğurla reallaşması fonunda Azərbaycanın enerji sektorunda mühüm hadisələr baş verir, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi  ölkəmizin hərtərəfli inkişafını təmin edir. Sabitliyin, normal iqtisadi mühitin mövcudluğu ölkəmizə investisiya axınını sürətləndirir. Bir sözlə, beynəlxalq arenada Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi gündən-günə möhkəmlənir. 

Əgər 1994-cü ildən indiyədək ölkəmizin neft-qaz sektorunda inkişafın xronologiyasına nəzər yetirsək bunun yalnız uğurlar xronologiyası olduğunu görərik. Ümummilli Liderin adı ilə bağlı olan Azərbaycanın yeni neft strategiyasının uğurlu icrası qarşıya qoyulan hər bir hədəfə yüksək səviyyədə nail olmağa geniş imkanlar açır. 27 illik təcrübə göstərir ki, "Əsrin müqaviləsi"  Azərbaycanın bugününü və gələcəyini təmin etməyə qadir olan yüksək potensiala malik layihədir. Artıq bu unikal sazişin reallaşdırılmasının ikinci mərhələsi başlayıb. Söhbət təbii ki, 2017-ci il sentyabrın 14-də Bakıda imzalanmış Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş, "XXI əsrin kontraktı" adlandırılan “Yeni əsrin müqaviləsi”ndən gedir. Həmin sənədə uyğun olaraq “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb. Bu, şübhəsiz, Azərbaycanın gələcəyinə, ölkəmizdə uğurla həyata keçirilən, müəllifi ulu öndər Heydər Əliyev olan sabitlik və tərəqqi siyasətinə inamın göstəricisidir.”

Bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.  

V.Rəhimzadə qeyd edib ki, sonrakı illərdə xarici şirkətlərlə  “Əsrin müqaviləsi”nin davamı kimi imzalanan yeni neft və qaz sazişlərinin, Anlaşma memorandumlarının say tərkibinə diqqət yetirməklə iqtisadi müstəqilliyini təmin edən Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolunu və yerini açıq-aydın görmək olar. "Əsrin müqaviləsi" hazırda həm məzmununa, mahiyyətinə, həm də regionda və dünyada əməkdaşlığın inkişafına verdiyi yeni nəfəsə görə regional, eyni zamanda,  qlobal geosiyasi proseslərdə öz əhəmiyyətini qoruyub saxlayır. Məhz “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın o vaxtadək regional çərçivədə başlanan əməkdaşlığının coğrafiyası genişlənərək beynəlxalq miqyas aldı.

YAP Xətai rayon təşkilatının sədri  iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsini müasir müstəqil Azərbaycan dövlətinin memarı və  qurucusu, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin göstəricisi kimi diqqətə çatdırıb: “Ümummilli Lider yeni neft strategiyasını işləyib hazırlamaqla, dünya təcrübəsinə istinad edib  səylərin, təcrübə mübadiləsinin birləşdirilməsi fonunda “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla  xalqımızın illərdir ürəyində yaşatdığı öz təbii sərvətlərinin əsl sahibinə çevrilməsi arzusunu gerçəkləşdirdi. Bu sazişin reallaşması sayəsində Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Məhz bu uğurlarımıza söykənərək bu gün böyük inamla və uca səslə bəyan edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa qlobal iqtisadi layihənin icrasından danışmaq qeyri-mümkündür.”

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin yüksək dühasının, siyasi uzaqgörənliyinin və qətiyyətinin  nəticəsi olan “Əsrin müqaviləsi”nin  müstəqil Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olduğunu diqqətə çatdırıb: “Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə neft siyasətinin uğurla həyata keçirilməsi  enerji layihələrinin xronologiyasında da özünü qabarıq şəkildə  göstərir. Belə ki, möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə 2006-cı ildə  Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2014-cü ildə- “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməli qoyuldu və 2018-ci ilin mayında  bu unikal layihənin rəsmi açılışı oldu. 2018-ci ilin iyununda Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi.

Göründüyü kimi, Azərbaycanın  enerji sektorunda qazanılan uğurlar bu sahədə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunduğunu təsdiqləyir. Bu uğurlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), ölkəmizin çoxminli neftçilər ordusunun öz payı, rolu vardır.  Ümummilli Liderin Fərmanı ilə “Əsrin müqaviləsi”nin imzalandığı tarixin-20 sentyabrın Neftçilər Günü peşə bayramı kimi təsis edilməsi özündə bütün məqamları ehtiva edir. Qəhrəman Azərbaycan neftçiləri bu bayramı hər il yüksək göstəricilərlə qeyd edirlər. Onu da xüsusi vurğulamaq gərəkdir  ki, dövlət başçısı İlham Əliyev SOCAR-ın qarşısında beynəlxalq transmilli şirkətlər cərgəsinə qoşulmağı mühüm vəzifə kimi qoymuşdur. Məhz bu tapşırığı əldə rəhbər tutan SOCAR bu gün  ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi uğurlu investisiya layihələri ilə beynəlxalq nüfuzunu gündən-günə  möhkəmləndirməklə modern quruma çevrilib.”

“Atılan hər bir addımın əsasında Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması, sosial təminatın yüksəldilməsi, iqtisadi inkişafın dayanıqlı olması dayanır” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ulu öndər Heydər Əliyevin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü, neft gəlirlərini qeyri-neft sektorunun inkişfına yönəltməklə əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyini açıqladı: “Heç də təsadüfi deyil ki, "Əsrin müqaviləsi" Azərbaycanın hər bir regionunun inkişafında təkanverici rol oynayıb. Məhz neft gəlirlərini ölkənin tərəqqisinə, xalqın, xüsusilə bölgələrdə yaşayan əhalinin maddi rifah halının daha da  yüksəldilməsinə yönəltmək məqsədilə regionların  sosial-iqtisadi inkişafına dair Dövlət proqramları qəbul olunub. Onlardan üçü artıq uğurla reallaşdırılıb. Dövlət proqramları çərçivəsində regionlarda müasir infrastruktur formalaşdırılıb, yeni iş yerləri açılıb.”

Hazırda ölkəmizin həyatında yeni mərhələnin başlandığını diqqətə çatdıran Vüqar Rəhimzadə qeyd edib ki, erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında  ulu öndər Heydər Əliyevin yeni neft strategiyası müstəsna rol oynadı: “Fərəhli haldır ki, bu gün qalib ölkədə enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur. Uli Öndərin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunda toplanan, Azərbaycan xalqının bügünkü və gələcək nəsillərinin rifahına xidmət edən bu vəsaitlər hesabına ölkənin hərtərəfli inkişafını şərtləndirən sosial-iqtisadi layihələr uğurla həyata keçirilir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edərkən son 27 ildə görülən genişmiqyaslı işlərə, xüsusilə xalqımızı bütün dünyada şöhrətləndirən İkinci Qarabağ müharibəsindəki  tarixi Zəfərimizə əsaslanaraq sonsuz qürur hissi və fəxrlə deyirik ki, “Əsrin müqaviləsi” Azərbaycanın nəhəng iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Bir sözlə, "Əsrin müqaviləsi" bu gün Azərbaycana əldə etdiyi uğurları daha da inkişaf etdirmək imkanı qazandırır və  gələcəkdə də belə olacaqdır.”




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ