Bazar günü günü, 15 noyabr 2026
     

"Şirin quyruğu ilə oynama" - iranlı ayətullahın Azərbaycana hədəsi…

Image


Yayılan məlumata görə, İran dini lideri ayətullah Xamneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycanı hədələyib.

Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirən Amili Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Təbii ki, “Şir” deyəndə, ayətullah Amili “İranı nəzərdə” tutub.

  • “Azərbaycanın güclənməsindən ciddi narahatlıq keçirən İran rejimi öz çirkin niyyətlərini hansısa ayətullahdan istifadə etməklə dilə gətirir və Azərbaycana qarşı hədələyici mesajlar göndərir” 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə iranlı ayətullahın Azərbaycanı hədələməsinin yolverməz olduğunu bildirdi və qeyd etdi ki, Amiliyə layiqli cavab verilməlidir.  “Ərdəbil şəhərinin imamcüməsi ayətullah Amilinin öz cümə xütbəsində Azərbaycanı hədələməsi nəinki həyasızlıqdı, bu həm də Azərbaycan xalqına və dövlətinə çox təhlükəli bir mesajdır. Əslində, Amilinin və onun kimilərinin Azərbaycanın uğurlarına qıcıqlanması gözlənilən idi. Çünki onlar gözlərinin qarşısında güclü, bölgədə öz sözünü deyən bir Azərbaycan görürlər. Azərbaycanın 44 günlük müharibədə qələbə qazanmasını və özünü bütün dünyada təsdiqləməsini bəlkə də Ermənistandan daha çox İran İslam rejimi həzm edə bilmir. Azərbaycanın güclənməsindən ciddi narahatlıq keçirən İran rejimi öz çirkin niyyətlərini hansısa ayətullahdan istifadə etməklə dilə gətirir və Azərbaycana hədələyici mesajlar göndərir. Bununla da düşünürlər ki, Azərbaycan dövləti, höküməti geri çəkiləcək, amma onlar buna ümid edirlərsə yanılırlar, Azərbaycan heç zaman geri çəkilməyəcək. Azərbaycanın bu məsələdə tutduğu mövqe, həm də öz ərazi bütövlüyünü böyük ölçüdə təmin etməsi, təbii ki, İranı çox ciddi narahat edir. Bu aydındır. Azərbaycan Respublikasının güclənməsi həm də Güney Azərbaycan  milli hərəkatının güclənməsi deməkdir, bu bütövlükdə İran adlanan ölkənin ərazisində yaşayan bütün türk xalqlarının güclənməsinə təkan verən amildir.

Bilirsiz ki, müharibədən əvvəl də, müharibə dövründə də Azərbaycan İranın təxribatları ilə bağlı rəsmi Tehrana münaasibətdə kifayət qədər səbr və təmkin nümayiş etdirdi. Ancaq bir çox hallarda rəsmi Tehranın təxribatları o həddə çatdı ki, ona susmaq mümkün deyil. Rəsmi Tehran dildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, ancaq əməldə bəzən gizli, bəzən isə açıq-aşkar Ermənistana və Qarabağdakı separatçı tör-töküntülərinə dəstək verib. 44 günıük müharibədən sonra fars-molla rejimi bu dəstəyə son qoymaq əvəzinə onu davam etdirir”.

İranın Ermənistanı və separatçı tör-töküntüləri qida, yanacaq, silah və sair vasitələrlə daim təmin etdiyini deyən F.Ələkbərlinin sözlərinə görə, bu ölkə birmənalı olaraq Azərbaycanın qələbə qazanmasını qəbul edə bilmir. Amilinin İranı “şirə” bənzətməsinə gəlincə, F.Ələkbərli “ Amili çox səhv edərək Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Əslində, İran adlı bir “şir” yoxdu, tarixdə olmayıb da, yəqin ki, Amili bunu hansısa fantaziyalara qapılaraq deyib. Biz bilirik ki, farslar arasında bu cür nağıllar uyduranlar da, ona inananlar da var. Amilinin və onun kimilərinin nəzərdə tutduğu “şir” əslində yoxdur, tarix boyu da olmayıb. İndi İran adlanan ölkədə ən azından son min ildə hökm sürən Azərbaycan türkləri olub. Əsrlər boyu türk dövlətlərində farsların hansı vəzifələr daşıdığı məlumdur. Ona görə də, bu gün onların türklərə dikbaşlıq etməsi, əlbəttə ki, cəzasız qalmayacaq. Bu cür həddini aşmalar Güney Azərbaycandakı milli hərəkatı da gücləndirəcək. Rəsmi Tehran yaxşı bilir ki, hər gün Azərbaycan bir addım da irəli gedir, hər gün daha da güclənir, bu da İranı qıcıqlandırır. Azərbaycan Respublikası gücləndikcə dünya  azərbaycanlıları onun və ölkə rəhbərinin ətrafında daha sıx birləşir, daha çox dəstək verir.  

Azərbaycanın uğurları İranı elə vəziyyətə salıb ki, nə edəcəyini bilmir, odur ki, Amili kimilərindən istifadə edib bu cür həddini aşan bəyanatlar verir. Amilinin İranı şirə bənzətməsi çox gülüncdü. Azərbaycan torpaqlarını böyük ölçüdə azad etdikdən sonra İran qorxur ki, növbəti hədəf o ola bilər. Amilinin İranı şirə bənzətməsi isə gözlədikləri təhlükə qarşısındakı çırpıntılarıdır. Bu baxımdan İran bizə əzələ nümayiş etdirmək istəyir, özünü göstərir. Bir məqamı da deyim ki, İkinci Qarabağ müharibəsi zamanı güney azərbaycanlılar, soydaşlarımız Araz çayı boyunca yığılmışdılar, qələbəmizi qeyd edirdilər.

İranı, eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistanın hərbi əməkdaşlığı ciddi narahat edir. Lakin İran buna qarşı hər hansı bir adekvat addım atmaq istəsə belə, heç nəyə nail ola bilməyəcək…” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA  




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ