Azərbaycan və Türkiyə qırıcıları Bosfor boğazı üzərində uçuşlar keçirib - VIDEO/YENİLƏNDİ

img

Bu gün Bakı vaxtı ilə saat 12:00-12:30-da Bosfor boğazı üzərində Azərbaycan və Türkiyə qırıcıları salamlama uçuşları keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Uçuşda Türkiyə HHQ-yə məxsus F-16, F-4 və Azərbaycan HHQ-yə aid 2 ədəd MiQ-29 qırıcı təyyarələri olmaqla ümumilikdə 15 təyyarə iştirak edib.

Qeyd edək ki, sentyabrın 21-də İstanbulda "Texnofest-2021" festivalı çərçivəsində Azərbaycan və Türkiyə hərbi təyyarələri nümunəvi uçuşlar həyata keçirəcək.

Uçuşlarda Türkiyənin "Türk ulduzları" və "Solotürk" F-16 qrupları ilə yanaşı, Azərbaycan Hərbi Hava Qüvvələrinin iki MiQ-29 qırıcıları iştirak edəcək.

Son xəbərlər