Rusiya Baş nazirinin müavini: "Azərbaycan, Rusiya və Ermənistan iqtisadi əlaqələrin açılmasını istəyir"

img

"Azərbaycan, Ermənistan və Rusiya regionda nəqliyyat yollarının açılması, iqtisadi əlaqələrin qurulması əhval-ruhiyyəsindədir".

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk sentyabrın 20-də İrəvanda keçirilən Rusiya-Ermənistan biznes forumunda bildirib.

“İşçi qrup üçtərəfli görüş keçirir. Sonuncu, 7-ci görüş avqustun ortalarında Moskvada olub. Tərəflər iqtisadiyyat və nəqliyyat əlaqələrinin açılması ovqatındadır. Hazırda bunun müzakirəsi gedir”, - A.Overçukq bildirib.

Ermənistan Baş nazirinin müavini Mqer Qriqroyan da nəqliyyat əlaqələrinin açılmasının faydalı olacağını vurğulayıb.

Son xəbərlər