Ərdoğan: "Zəngəzur dəhlizinin açılması Azərbaycan-Ermənistan münasibətlərində problemlərin aradan qalxmasına xidmət edəcək"

img

Zəngəzur dəhlizinin açılması siyasi məsələdir. Türkiyə mətbuatının məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a səfərdən öncə Atatürk Hava Limanında mətbuat konfransında jurnalistərə bildirib.

“Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən Zəngəzur dəhlizinin açılmasına etiraz edir, digər tərəfdən isə mənlə görüşmək istəyir. Bu düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə bəlli addımlar atmaq lazımdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstanın baş naziri Paşinyanın görüşməklə bağlı təklifi barədə mənə məlumat verib. Lakin bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlaya bilər”, - Ərdoğan deyib.

Həmçinin, Türkiyə prezidenti ümid edir ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan-Ermənistan münasibətlərində problemlərin aradan qaldırılmasına imkan yaradacaq.

Son xəbərlər