Azərbaycan polisi dövlət suverenliyi naminə separatçıların bayrağını süngüyə taxdı… - VIDEO

Ramil Məmmədli: “Sən bunlarda olan arxayınçılığa bax ki, qadağan olunan bir “atributu” maşına vurub, bizim postdan keçmək istəyir”

img

Gorus-Qafan yolunun Azərbaycan sərhədləri daxilindən keçən hissəsində saxlanılan avtobusla bağlı daha bir maraqlı məqam ortaya çıxıb. Qarabağdakı rus sülhməramlıların məsuliyyət zonasına yerləşdirilən ermənilərin yeniyetmələrdən ibarət futbol komandasının mikroavtobusunu saxlayan Azərbaycan polisi maşının üzərindəki separatçıların əski parçasını süngü ilə silib.

Daha sonra isə Azərbaycan polisi yeniyetmələrin beynini zəhərləyən erməni təbliğatına qarşı çağırış edib və erməni yeniyetmələrə deyib: "Siz bilməlisiniz ki, Dağlıq Qarabağ artıq yoxdur. Qarabağ Azərbaycandır! Siz başa düşdünüz məni?” Hadisə ilə bağlı erməni mediasına danışan Gorus rayonunun vitse-meri Karen Köçəryan mikroavtobusun Xankəndidən gəldiyini, yoxsa Xankəndiyə getdiyini bilmədiyini deyib.

Azərbaycan polisinin bu addımını necə qiymətləndirmək olar?

Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan polisi tam qanun çərçivəsində addım atıb: “Həmin ərazidə postun qurulmasına da əvvəl etiraz etdilər. Ancaq sonra bununla barışmalı oldular. Çünki yolun bir hissəsi Azərbaycanın ərazisindən keçir. Azərbaycan öz ərazisindən keçən bütün yüklərə, vətəndaşlara nəzarət etməlidir. Nəzərə alsaq ki, bu yoldan bizimlə düşmənçilik mövqeyində dayanan Ermənistan istifadə edir, onda daha da diqqətli olmalıyıq. Avtobusun üzərindəki işarənin polisimiz tərəfindən silindiyinin mən də şahidi oldum. Tam doğru addımdır. Bizim yoldan istifadə edir, özü də birbaşa bizim ərazimizdə qurmaq istədikləri separatçı rejimin əski parçasını reklam edir. Hesab edirəm ki, bunun həm də ermənilər üçün tərbiyyəvi əhəmiyyəti olmalıdır. Bilməlidirlər ki, bundan sonra o cür təxribatların ağır nəticəsi olacaq. Mənə elə gəlir ki, “bayrağın” süngü ilə silinməsi xəbərdarlıq xarakteri daşıyır. Belə addımlar davam edərsə, həmin sürücülərlə bağlı daha sərt və lazımi hüquqi ölçülər götürülməlidir. Bəli, polis doğru olaraq qeyd edib ki, artıq Dağlıq Qarabağ adlı ərazi məhfumu yoxdur. Qarabağ var, o da Azərbaycandır! Azərbaycanın ərazisində isə yalnız bir ölkənin, yəni bizim qanunlarımız işləyir. Bu qanunları pozanların aqibəti belə və bundan da sərt olacaq. Sən bunlarda olan arxayınçılığa bax ki, qadağan olunan bir “atributu” maşına vurub, bizim postdan keçmək istəyir. Bəlkə də bu üsullarla test edirlər. Bizim ayıq-sayıqlığımızı yoxlayırlar. Yaxşı dərslərini aldılar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər