Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistanın Azərbaycanın yol asılılığından xilası mümkünsüz hala gəldi, 1 milyard dolları da yoxdur ki...

Image


Gorus-Qafan avtomobil yolu ilə bağlı son proseslər Ermənistanın hələ uzun müddət bu məsələdə Azərbaycandan asılı vəziyyətdə qalacağını göstərir. İndi Ermənistanda getdikcə belə yanaşma hakim mövqeyə yüksəlir ki, Azərbaycan Gorus-Qafan avtomobil yolunda qanunauyğun addımlar atır. Bunu, hətta baş nazir Nikol Paşinyan da xüsusi olaraq qeyd edir.

Paşinyan bildirib ki, Gorus-Qafan avtomobil yolu iki yerdə Ermənistan Respublikası və ya sovet Ermənistanı ərazisindən çıxır: “Məhz buna görə də məlum rayonlarda Azərbaycan tərəindən hamının gördüyü lövhələr quraşdırılıb və dayaq məntəqəsi yaradılıb. 2020-ci ilin dekabrında bu yoldan nəqliyyat vasitələrinin tranzit kimi istifadə etməsinə dair razılıq əldə olunub. Lakin həmin sənəddə xarici ölkələrə məxsus yüklərin daşınması nəzərdə tutulmayıb. Buna görə də, hesab edirəm ki, bu şəraitdə Azərbaycan tərəfi həmin məqamdan düzgün istifadə edir”. Yol məsələsində Azərbaycandan olan asılılığı aradan qaldırmaq üçün Ermənistan polisi və Milli Təhlükəsizlik Xidməti Tatev yolundan istifadə etməyi təklif edib. Sürücülər isə Ermənistan polisi və Milli Təhlükəsizlik Xidmətinin Tatev yolundan istifadə etməyi təklif etdiyini, amma təklifi qəbul etmədiklərini qeyd ediblər. Çünki buradakı yol bərbad və dar olduğundan, böyük yük maşınlarının hərəkəti mümkünsüzdür. Tək-tük təklifi qəbul edib yoldan istifadə edən yük avtomobilləri isə qəzaya düşüblər. Erməni mediası yazır ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsindən istifadə etməmək üçün torpaq yola baş vuran iranlı sürücülər də ciddi problemlərlə üzləşiblər. Alternativ torpaq yolunun dar və sərt döngələri irihəcmli sistern və TIR-ların hərəkətini mümkünsüz edir. Belə ki, bu yük maşınlarından biri sərt döngələrdən birindəcə ilişib və bütün yolu bağlayıb. Bunun nəticəsində “alternativ yoldan” istifadə etməyə çalışan yük maşınlarının hamısı tıxaca düşüb. Yalnız uzun müddət çalışandan, traktorun yardımı ilə sözügedən ərazidə nisbi genişləndirmə aparıldıqdan və çoxsaylı sakin və polisin dəstəyindən sonra maşını ordan çıxarmaq mümkün olub. Bu səbəbdən İrandan gələn sürücülər yenə əsas diqqəti Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinə yönəldib. Xatırladaq ki, İran yük maşınlarının Qarabağ iqtisadi rayonunun rus sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsində məskunlaşan ermənilərə qanunsuz yük daşıması üzə çıxdıqdan sonra Azərbaycan gömrükçüləri və polisi bu maşınları yoxlamağa başlayıb. Onlardan həm tranzit rüsumu alınır, həm də sənədlərinə nəzarət edilir. Bu günlərdə isə “Ermənistanın Xankəndi şəhərinə” yazılmış qaimə ilə yük aparan 2 iranlı sürücü saxlanıb. Onlar Azərbaycan şəhərini Ermənistan şəhəri saymaqla bərabər, Azərbaycan ərazisinə qanunsuz daşıma həyata keçirməkdə ittiham edilir. Belə hallardan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti iranlı sürücülər üçün Gorus-Qafan yolunu bağladığını elan edib. Onlar alternativ yollardan istifadəyə dəvət edilib. Lakin yuxarıda qeyd olunduğu kimi, alternativ yol yararsızdır.

Gorus şəhər başçısının müavini Karo Köçəryan isə bildirir ki, Milli Təhlükəsizlik Xidmətini iranlı sürücülər üçün Gorus-Qafan yolunu bağladığını elan etməsinə dair məlumat reallığa uyğun gəlmir.  O vurğulayıb ki, İran yük maşınları sadəcə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçid məntəqəsinin yanında toplaşıb və sırf azərbaycanlı polislərə ödəniş etməyə pulları olmadığı üçün Qafana doğru hərəkət etmir.
Köçəryan qeyd edib ki, Gorusda, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçid məntəqəsi yaxınlığında İran yük maşınlarının 2-3 kilometrlik tıxacı var. Ermənistanın “Sputnik Armenia” nəşri yazıb ki, Gorus şəhərinin girişində onlarla yük maşını toplanıb, onlara Qafan tərəfə keçməyə icazə vermirlər. Belə vəziyyətdə, şübhəsizdir ki, artıq İranın Ermənistana və Qarabağa yük daşıması əvvəlki qədər asan olmayacaq və bu, Xankəndidəki ermənilərin təminatında da problemlər yaradacaq.

Bu arada belə məlumatlar da yayılıb ki, Ermənistan cənubundakı Zəngəzur bölgəsində Gorus-Qafan avtomobil yoluna alternativ magistral tikir. Qeyd olunur ki, bu addım "Azərbaycan polisinin hərəkətləri nəticəsində yaranan çətinliklər nəzərə alınmaqla" həyata keçirilir. Amma məsələ burasındadır ki, yol tikintisi üçün Ermənistanın kifayət qədər vəsaiti yoxdur. Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirir ki, hökumət Şimal-Cənub layihəsi çərçivəsində Zəngəzur vilayətindəki Qacaran-Qarakilsə trasının tikintisinə 1 milyard dollar investisiya qoymaq niyyətindədir. Onun sözlərinə görə, yeni yol Gorus-Qafan şossesindən yan keçəcək. O, Azərbaycan-Ermənistan sərhədində yaranmış situasiyanın ölkənin iqtisadiyyatı, ticarəti və turizminə ciddi zərər vurduğunu bildirib. Amma Ermənistan bu 1 milyard dollar investisiyanı İrandan almaq istəyir. İranın isə həmin yola sərmayə qoymaq imkanları və istəyi yoxdur. Bu səbəbdən hesab edilir ki, Ermənistan yenə Gorus-Qafan avtomobil yolundan və onun Azərbaycan ərazisindən keçən hissəsindən istifadəyə məhkumdur. Erməni iranşünas Gohar İskəndəryan bu fonda bildirib: “Ermənistan və İran arasında ticarətin bundan sonra necə aparılacağı böyük sual altındadır. Əslində iki seçimimiz var: biri Gürcüstan, digəri İrandır. Cənubdakı ən etibarlı sərhədimiz bu gün ən təhlükəli hala gəlib. Bu, Ermənistan hakimiyyətinin həll etməli olduğu çox ciddi bir problemdir. İranın bu məsələni həll edəcəyini gözləməməliyik, çünki Gorus-Qafan yolu Ermənistan Respublikasının ərazisidir. Digər tərəfdən, azərbaycanlılar İranın yük daşıyıcılarından gömrük rüsumu alırsa, Ermənistanda kifayət qədər əlverişli olan İran mallarının əhəmiyyətli dərəcədə bahalaşması təbii haldır. Hökumət bunu anlamalı və müvafiq tədbirlər görməlidir".

Nahid SALAYEV

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ