Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağladı

img

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Gorus-Qafan yolunu İran yük maşınlarının hərəkəti üçün bağlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Gorus şəhərinin çıxışında onlarla yük maşını yığılıb.

Ermənistan hüquq-mühafizə orqanları onları Qafana buraxmır.

Qeyd olunur ki, yük maşınlarının sürücüləri Azərbaycan tərəfinə rüsum ödəmək imkanına malikdir. Sürücülər rüsum tələbi ilə əlaqədar yolun bir hissəsini bağlayacaqları ilə hədələr edirlər.

Xatırladaq ki, Gorus-Qafan yolu Ermənistanı İranla birləşdirir. Bu yolun bir hissəsi Qubadlı rayonunun Eyvazlı kəndinin ərazisindən keçir.

Son xəbərlər