Paşinyan Azərbaycan polisinin iranlı sürücüləri yoxlamasının qanuni olduğunu etiraf etdi

img

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Eyvazlı və Çayzəmi kəndlərinin Azərbaycana məxsus olduğunu bir daha etiraf edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Gorus-Qafan yolunda İran yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması məsələsi barədə sualı cavablandırarkən deyib: "Bu kəndlərin adlarını azərbaycanca adlandırmağımın sadə bir səbəbi var. Mən bunu ona görə etdim ki, Ermənistan vətəndaşlarına bu məsələ aydın olsun - adıçəkilən kəndlər Ermənistan Resoublikasının və ya Sovet Ermənistanının ərazisində deyil. Ermənistan Respublikası bunu 2010-cu il inzibati bölgü haqqında qanunla de-yure tanıyıb".

Xatırladaq ki, avqustun 27-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasındakı çıxışında Azərbaycan toponimlərindən istifadə etmişdi. "Eyvazlı və Çayzəmi hissələrində yolun açılması regional sabitliyin çox yaxşı simvoluna çevrilə bilər" - deyə, bildirmişdi.

Son xəbərlər