çərşənbə günü, 30 sentyabr 2026
     

İsrail İranı müharibə ilə hədələdi, Ermənistan qorxuya düşdü

Image


Son günlərdə İranın nüvə proqramı ilə bağlı vəziyyətin yenidən gərginləşməsi müşahidə edilir. Bu ölkənin yaxın tezlikdə nüvə silahına sahib ola biləcəyi haqda İsrail və ABŞ-da həyəcan təbili çalınır.

İsrailin müdafiə naziri Benni Qantz qeyd edir ki, İran yaxın iki-üç ay ərzində nüvə bombası istehsal etmək üçün bütün lazımi avadanlıqlara və imkanlara malik ola bilər. Qantz, İran nüvə əldə etmək həddini keçəcəyi təqdirdə, bölgədə nüvə silahı yarışının başlanacağı barədə xəbərdarlıq edib. Nazir onu da əlavə edib ki, ABŞ-ın öz ordusunu Əfqanıstandan çıxarması İran və onun tərəfdarlarına daha inamla hərəkət etməyə imkan yarada bilər. Qantzın sözlərinə görə, rəsmi Tehran o qənaətə gəlməməlidir ki, o güclü və qətiyyətli olarsa, Qərb təslim olacaq. Bundan başqa, İsrail İranın nüvə silahına malik olmasının qarşısının güc yolu ilə alınması variantının hələ də qüvvədə qaldığını bildirir: “İran imzaladığı müqavilələrə əməl etmir və buna görə də gələcəkdə heç bir razılaşmaya əməl edəcəyinə inanmaq üçün əsas yoxdur. Hərəkət etməyin vaxtıdır. Hələ də nüvə razılaşmasının tərəfləri olan ölkələri bu müqavilədə nəzərdə tutulmuş sanksiyaları tətbiq etməyə çağırıram”.  Nazir qeyd edib ki, Rusiya və Çin də daxil olmaqla, bütün dünya güclərinin qlobal sabitliyi qorumaq üçün kampaniyaya qoşulma vaxtı çatıb. Müdafiə naziri rəsmi Tehranı İranın iqtisadi, siyasi və hərbi məqsədlərinə çatmasına kömək edən mütəşəkkil terrorçu ordularından istifadə etməkdə günahlandırıb. Qantzın sözlərinə görə, İranın mərkəzindəki Kaşan poliqonundakı baza Yəmən, İraq, Suriya və Livandan olan terrorçuları hazırlamaq və onlara İran istehsalı PUA-nın idarə olunmasını öyrətmək üçün istifadə olunur. İsrailin baş naziri Naftali Bennet İran tərəfindən uranın zənginləşdirilməsini dayandırmağın vacibliyini vurğulayıb, əks halda diplomatiyaya alternativ üsullardan istifadə ediləcəyini bəyan edib. ABŞ-ın “The New York Times” nəşri isə yazır: “Təxminən bir ay sonra İran ilk atom bombasını yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edəcək və bunu ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edərək, nüvə anlaşmasında daha əlverişli şərtlər qazanmağa çalışacaq. Belə ki, İranın ikinci atom bombası yaratması üçün təxminən üç ay, üçüncüsünü yaratmaq üçün isə beş aydan bir qədər az müddətə ehtiyacı var. Bu qənaətə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) son hesabatlarına əsaslanaraq, Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu gəlib. Hesabatın müəllifi Devid Olbraytdır. Rəsmi Tehran isə, öz növbəsində, nüvə silahı arsenalı yaratmaq niyyətində olmadığını bəyan etməyə davam edir”. Belə hesab edilir ki, İran nüvə silahını hazırlamaqda davam edərsə, ABŞ da İsraillə birlikdə İrana hərbi zərbələr endirə bilər. ABŞ prezidenti Co Bayden də bundan əvvəl bildirib ki, İranla bağlı diplomatik yanaşma işə yaramazsa, ABŞ digər tədbirlərə də əl ata bilər. Bundan narahat olan əsas tərəflərdən biri isə Ermənistandır.  

“Azatutyun” radiosu bildirir ki, bu da təsadüfi deyil: “Ermənistanın İranla ticarət dövriyyəsi böyükdür. Qonşu ölkədən Ermənistana qaz, neft və neft məhsulları, gübrələr, tikinti materialları ixrac edilir. Ermənistan isə İrana elektrik, ət və meşə materialları satır. İqtisadçı Suren Parsayanın sözlərinə görə, Ermənistanın qonşu ölkə ilə ticarət mübadiləsi ildə 400 milyon dollar təşkil edir: “Bu dövriyyənin 18 faizini əslində yollarla bağlı olmayan təbii qaz təşkil edir. Amma qalan malların dövriyyəsi avtomobil yollarından birbaşa asılıdır. Və əgər bu yol fasiləsiz olaraq işləməsə, malların 80 faizi Ermənistana ya çatmayacaq, ya da böyük gecikmə və əlavə xərclərlə çatacaq”. İqtisadçı qeyd edir ki, İrandan Ermənistana Asiyadan gələn mallar daşınır. Parsayanın sözlərinə görə, məhz bu səbəbdən yeni yolun çəkilməsinin alternativi yoxdur: “Məsələn, Sisian-Aqarak yolunun tikilməsi yeganə və uzunmüddətli alternativ ola bilər. Bu yol Zəngəzurun içərilərindən keçər və şübhəli, həm də təhlükəli situasiyalardan uzaq olardı”. Ermənistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı Armen Manvelyan “Azatutyun” radiosuna açıqlamasında qeyd edir ki, İranla əlaqə Ermənistan üçün enerji təhlükəsizliyi baxımından mühümdür. Ekspert qeyd edib ki, Ermənistanı İranla elektrik şəbəkələri birləşdirir. Onun sözlərinə görə, bir vaxtlar bura dəmir yolunun çəkilməsindən danışırdılar, amma indi bütün bunlar təhlükə altındadır: “Hər il İran-Ermənistan sərhədini 25 min avtomobil keçir. Bu bizə həm də maliyyə baxımından əlverişlidir, çünki onlar bizə kifayət qədər böyük pullar ödəyirlər. Bu, böyük məbləğdə gəlir gətirir. İndi biz bütün bunlarla, böyük pullarla, bu vasitələrlə əlaqəmizi itirimişik”. O bildirir ki, belə vəziyyətdə İran nüvə məsələsinə görə İsraillə qarşıdurmaya getsə, vəziyyət daha da pisləşəcək: “Bu halda İran Ermənistana ayaqda qalmağa kömək edə bilməyəcək”. Rusiyalı politoloq Aleksey Martınov isə qeyd edir ki, İran olmasa, Ermənistan Türk dövlətlərinin əhatəsində olan yarı dövlət olacaq. Onun sözlərinə görə, Ermənistan İranla sərhədini itirərsə və ya bu sərhəd təsirli olmazsa, ölkənin varlığı şübhə altında olacaq.

Tahir TAĞIYEV

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ