Bazar günü günü, 15 noyabr 2026
     

İtaliya mətbuatında azad ərazilərimizdə 300 gün ərzində həyata keçirilən mühüm layihələrdən bəhs edən məqalə...

Image


İtaliyanın “Notizie Geopolitiche” analitik portalında Roma Sapienza Universitetinin Avropa tarixi üzrə fəlsəfə doktoru Dariush Rahiminia-nın müəllifi olduğu “Azərbaycan. Üçtərəfli bəyanatdan 300 gün sonra Qarabağda bərpa işləri” sərlövhəli məqalə dərc olunub.

Məqalədə müəllif Qarabağ bölgəsinin 90-cı illərdə Ermənistanın Azərbaycana qarşı hərbi
işğalı nəticəsində başlanmış və 2020-ci ilin 9 noyabr tarixində Azərbaycan ordusunun azad etməsi ilə yekunlaşmış münaqişə ilə tanındığını qeyd edərək, imzalanmış üçtərəfli bəyanatın hərbi əməliyyatların dayandırılmasına gətirib çıxardığını və nəticədə bütün azad edilmiş ərazilərin Azərbaycan tərəfindən başladılmış sürətli və məhsuldar bir yenidənqurma yoluna qədəm qoyduğunu bildirir. Qeyd edilir ki, Azərbaycan bu ərazilərdə bərpa, yenidənqurma və müharibədən sonrakı reinteqrasiya mərhələsinə başlayıb və bir milyon azərbaycanlı məcburi köçkünün öz yurdlarına qayıtması üçün əsas şərt sülh, minalardan təmizlənmə və bərpa quruculuq işləridir.

Bu xüsusda, ötən 300 gün ərzində atılmış mühüm addımlardan təffərrüatlı şəkildə bəhs edən müəllif ilk olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrində 15 min hektardan çox ərazinin minalardan təmizləndiyini, üçtərəfli bəyanatın imzalanmasından sonra 160-a yaxın azərbaycanlı mülkü şəxsin işğal dövründə Ermənistan işğalçı qüvvələri tərəfindən basdırılmış minaların partlaması səbəbindən yaralanıb/həlak olduğunu və hərbi əməliyyatların başa çatmasına baxmayaraq, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etdiyini diqqətə çatdırır.

Digər mühüm addım kimi 2021-ci ilin 5 sentyabr tarixində işğaldan azad edilmiş ərazilərdə 7 ay ərzində tikilmiş birinci hava limanı olan Füzuli beynəlxalq hava limanına Bakıdan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsinin eniş etdiyini qeyd edən müəllif həmin gündə, eyni zamanda "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisinin də Füzuli hava limanına eniş etdiyini və bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklərin çatdırıldığını vurğulayır. Laçın və Zəngilanda da hava limanlarının inşa edildiyini deyən müəllif bununla “Azərbaycan Hava Yolları”nın Qarabağ və Şərqi Zəngəzurda yeni həyat qurmaq istəyən məcburi köçkünlər üçün yeni iş yerləri təklif edən ilk şirkətlərdən olduğunu qeyd edir.

İşğaldan azad edilmiş ərazilərdə avtomobil yollarının inşası ilə bağlı həyata keçirilən layihələrə diqqət çəkən müəllif bu istiqamətdə işlərin intensiv şəkildə davam etdiyini, 2,4 və 6 hərəkət zolağından ibarət Əhmədbəyli-Füzuli-Şuşa “Zəfər” yolunun, Şükürbəyli-Cəbrayıl-Hadrut, Xudafərin-Qubadlı-Laçın-Xanliq-Qubadlı,Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd,Bərdə-Ağdam,Toqanalı-Kəlbəcər-İstisu kimi yolların çəkildiyini, çətin relyefi nəzərə alaraq həmin yolların üzərində körpü və tunellərin də inşasının aparıldığını bildirir. Üçtərəfli bəyanatda da nəzərdə tutulduğu kimi bölgəni iqtisadi cəhətdən inteqrasiya etmək və xarici ölkələrlə və Azərbaycanın digər şəhərləri və bölgələri, o cümlədən Naxçıvan ilə təmasları və ticarəti asanlaşdırmaq üçün kompleks bir dəmir yolu şəbəkəsinin qurulmaqda olduğunu vurğulayır.

Görülən işlər arasında şəhərsalma sahəsində aparılan fəaliyyətdən bəhs edən müəllif yerlə yeksan edilmiş, "ruhlar şəhəri" və ya "Qafqazın Xirosiması" kimi tanınan Ağdam şəhərinin baş planının artıq təsdiq edildiyini, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bir çox tarixi binaların və abidələrin, habelə "Xarı Bülbül" və "Qarabağ" mehmanxanalarının bərpa edilərək istifadəyə verildiyini, şəhərdə yeni yaşayış kompleksinin, çoxsaylı bərpa və tikinti layihələrinin icrasına başlanıldığını diqqətə çatdırır. 

Müəllif, habelə 2022-ci ilin əvvəllərinə qədər yekunlaşacaq, Zəngilanın Ağalı kəndlərini əhatə edəcək ilk “Ağıllı kənd” layihəsindən bəhs edərək bu inkişaf modelinin işğaldan azad edilmişdigər ərazilərə də tətbiq ediləcəyini bildirir. Azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlərə başlanıldığını, bu xüsusda Ağalıda "Ağıllı kənd" layihəsi çəriçvəsində İsrail və İtaliya şirkətlərinin birgə əməkdaşlığı çərçivəsində heyvandarlıq və sütçülük müəssisələrinin qurulması istiqamətində iş aparıldığını da bildirir. 

Məqalədə, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə 1376 tarixi abidə və arxeoloji əhəmiyyət daşıyan yerlərin müəyyən
edildiyi, onların bərpası istiqamətində mühüm addımların atıldığı qeyd edilir. Ərazilərin vaxtilə işğalı səbəbindən keçirilməsi dayandırılmış bəzi ənənəvi mədəni tədbirlərin də yenidən bərpa edildiyini qeyd edən müəllif, bu xüsusda Şuşada Xarı Bülbül Musiqi Festivalı və Vaqif Poeziya Günlərinin təntənəli şəkildə keçiridliyindən bəhs edir. 

Azərbaycan hökumətinin azad edilmiş əraziləri yaşıl enerji zonası elan etdiyini deyən müəllif bu xüsusda, İtaliyanın Ansaldo və Böyük Britaniyanın BP şirkətləri ilə bağlanılmış müqavilələrin bölgədə alternativ enerji mənbələri üçün əsas yaratdığını vurğulayır.

Aparılan işlərin fonunda Azərbaycanın qısa müddət ərzində ölkənin sosial-iqtisadi inkişafına töhfə verəcək və bütün dünya ilə iqtisadi və mədəni mübadilələr üçün üfüqləri daha da genişləndirəcək böyük nəticələr əldə etdiyini bildirən müəllif məqaləsini bu fikirlərlə yekunlaşdırır: "Ermənistanın işğalı ilə 30 il ərzində ağrı yaşayan, viran olunan və sistematik məhv edilən torpaqlarda onların azad edilməsindən keçən cəmi 300 gün ərzində həyatın bərpası ilə bağlı Azərbaycanın əldə etdiyi mühüm nəticələr bu ərazilərin Azərbaycana məxsusluğunun bariz nümunəsidir".

Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://www.notiziegeopolitiche.net/azerbaijan-la-ricostruzione-del-karabakh-300-giorni-dopo-la-dichiarazione-tripartita/




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ