Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan polisi Xankəndiyə daxil olmağa hazırlaşır...

Image


Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan Azərbaycan polis postu Ermənistanda ən çox müzakirə edilən məsələlərdən birinə çevrilib. Məsələ ilə bağlı erməni ombudsman Arman Tatoyan postun 9 sentyabrda qurulduğunu, 11 sentyabrdan fəaliyyətə başladığını qeyd edib.

O da bildirilib ki, postda 10 videokamera quraşdırılıb. Bu kameralar maşınların nömrələrini qeydə alır və Azərbaycan ərazisinə kimlərin girib-çıxdığını dəqiq müəyyən edir. Postda daimi olaraq, polislərlə bərabər, tam silahlanmış və maskalanmış 4 əsgər xidmətdə olur. Postda sürət həddini keçməyə, kəmər taxmamağa və digər səbəblərə görə xüsusilə əcnəbi sürücülər saxlanılır. Bu isə o deməkdir ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan yol-nəqliyyat qaydalarına əməl edilməsi tələb olunur. Erməni mediasının yazdığına görə, şübhəli yük daşıyan İran maşınlarının hərəkəti tam yoxlanılana qədər dayandırılır. Həmçinin postda müxtəlif gömrük və vergi rüsumlarının tətbiq edildiyi də bildirilir. Yeri gəlmişkən qeyd edək ki, Dövlət Gömrük Komitəsi Gorus-Qafan avtomobil yolunda İran maşınlarından rüsum alınması ilə bağlı  yayılan məlumatları şərh edib. Komitənin yaydığı məlumatda deyilir ki, Azərbaycan Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu Məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur. Deməli, İran maşınları həqiqətən də rüsuma cəlb edilir və bu da ölkə qanunvericiliyinə tamamilə uyğundur. Bununla belə, Azərbaycan polisinin Gorus-Qafan yolunda post qurması və ölkəmizin ərazisindən keçən tranzit maşınları yoxlaması Ermənistanda siyasi qüvvələrin bir-birinə qarşı təzyiq alətinə çevrilib. Erməni deputat Vahe Akopyan bunu Azərbaycanın daha bir uğuru kimi qiymətləndirməklə bərabər, Ermənistan siyasi hakimiyyətini hədəf alıb: “Azərbaycan bunu da bacardı. Hətta sabah Azərbaycan polisi İrəvanın mərkəzində avtomobilləri yoxlamağa başlasa belə, Ermənistanda heç kim təəccüblənməyəcək”. O bildirib ki, bu fakt Azərbaycan polisinin yaxın vaxtlarda Xankəndidə peyda olacağını göstərir: “Azərbaycan polisi Gorus-Qafan yolunda post qurmağı və nəzarət-buraxılış məntəqəsi yaratmağı bacardı. Onlar İran yük maşınlarını dayandırır, onları gömrük rüsumları və vergi ödəməyə məcbur edirlər. Necə deyərlər, bu, gözlənilən bir hadisə idi. Hazırda hamı Azərbaycan polisinin yaxın vaxtlarda Xankəndidə də post quracağını gözləyir”.

Məsələ Ermənistanın yeni parlamentinin payız sessiyasının ilk iclasında da gündəmə gəlib. Müxalif “Ermənistan” blokunun katibi Artsvik Minasyan güc sturkturlarının rəhbərlərinin və təmsilçilərinin iclasa çağırılmasını vacib sayıb.  O qeyd edir ki, Qafan-Gorus yoluna nəzarət edən Azərbaycan sərhədçilərinin ermənilərin bu yolda sərbəst hərəkətlərini məhdudlaşdırması, İrandan gələn sürücülərin sənədlərini və yükləri yoxlamasına güc strukturları aydınlıq gətirməlidir. O, Azərbaycanın bu gedişlə istənilən vaxt Qafanı Ermənistanın əsas hissəsindən ayıra biləcəyini istisna etməyib. Halbuki, Azərbaycan Ermənistanın minik və yük maşınlarına maneə törətmir. Amma Minasyan hadisələrin inkişafından çox narahat olduğunu bildirir: “Qaragöl ərazisində də azərbaycanlı hərbçilər qışlamağa hazırlaşır, orada fəal şəkildə mühəndis işləri aparılır. Bunlar həm də iqtisadi xarakterli problemlərdir. Məlumdur ki, Ermənistanın əmtəə dövriyyəsinin 40%-ni İranla ticarət əlaqələri təmin edir. Mən əminəm ki, Tehrandan da reaksiya olacaq”. Gorus şəhər başçısının müavini Karo Köçəryan isə məsələnin başqa tərəfinə diqqət çəkir: “80 kilometrlik radiusda Azərbaycan əhalisi yoxdursa, bu post nə üçün qoyulub? İran sürücüləri ilə yanaşı, sabah-o biri gün erməniləri də yoxlamağa başlayacaqlar”.
Karo Köçəryan vurğulayıb ki, Azərbaycanın polis məntəqəsinin yerləşdirilməsi üçün heç kim xəbərdarlıq etməyib: “Narahatlıq çox böyükdür, nəticələr başqa şeylər ola bilər”. Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının deputatı Tiqran Abrahamyan da eyni mövqeni bölüşür: “Azərbaycanlıların bu sektordakı aktivliyi onu düşünməyə vadar edir ki, əvvəlcədən çəkilmiş ssenari var və azərbaycanlılar bununla hərəkət edir, böyük ehtimalla, Ermənistan hakimiyyəti də bundan xəbərdardır. Gorus-Qafan dövlətlərarası magistralının Qaraunc-Urud hissəsində Azərbaycanın polis məntəqəsinin yerləşdirilməsi daha öncə bu sektorda daş baryerlərin yerləşdirilməsini tamamlayır və bu, buradan hərəkət edən sürücüləri sürəti əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa məcbur edir: “Azərbaycan ən müxtəlif səbəblərlə sonunda bu yolu bağlaya və ciddi problemlər yarada bilər”. 

Samirə SƏFƏROVA

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ