Ermənilər təşvişə salan lövhə - "Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz”

img

Qubadlı rayonunun Gorus-Qafan avtomobil yolundan keçən hissəsində yeni lövhə quraşdırılıb.

Trend bu barədə erməni KİV-ə istinadən məlumat verir.

Bildirilir ki, üzərində “Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” yazılan lövhə Şurnux yaşayış məntəqəsi ərazisində quraşdırılıb.

Xatırladaq ki, bir neçə gündür ki, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşları Gorus-Qafan yolu üzərində qurulan postda İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət edir. Bu isə ermənilər arasında təşvişə səbəb olub.

Son xəbərlər