Bazar günü günü, 15 noyabr 2026
     

Laçından 3-cü ölkə maşınlarının keçməsinə son qoyun - tələb yerinə yetməsə Azərbaycan nə edəcək?

Image


Məlum olduğu kimi, Müdafiə Nazirliyi digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məktublarda qeyd olunub ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunub.

Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına ünvanladığı məktublara Ermənistan mediasında da geniş yer verilib və müzakirə olunur. 

Bu tələbinə əməl edilməsə Azərbaycan nə kimi addımlar ata bilər?

  • “Tələblərə əməl etmirsinizsə, artıq sizin regionda qalmağınıza ehtiyac yoxdur”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu məsələ Azərbaycan dövlətini, cəmiyyətini də ciddi narahat edir: “Necə ola bilir ki, Azərbaycanın icazəsi olmadan Azərbaycan ərazisinə hansısa yük daşınsın və sair. Bu ümumiyyətlə qanunsuz bir hərəkətdir, Azərbaycan ərazisindən üçüncü bir ölkənin maşınları, nəqliyyat vasitələri keçir. Hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyinin müraciəti düzgündür, yerindədir. Davamlı şəkildə Azərbaycan Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər strukturlar Rusiya tərəfinə müraciət etməlidir.

Müdafiə Nazirliyinin müraciətində də qanun pozuntuları və Rusiya sülhməramlılarının faktiki olaraq öz missiyasını yerinə yetirməməsi diqqətə çatdırılır, bu hallarla bağlı tədbirlərin görülməsi xahiş olunur. Bu yaxşıdır. Amma hesab edirik ki, Azərbaycan tərəfindən Rusiya tərəfə xahiş edilməməli, tələb qoyulmalıdır. Biz Rusiya sülhməramlılarının regionda yerləşdirilməsinə razılıq verməklə Rusiyaya güzəşt etdik. Bu, Azərbaycan tərəfindən güzəşt idi. Ona görə də, Rusiya rəhbərliyi Azərbaycanın bu güzəştini dəyərləndirməlidir və başqa məqsədlər üçün istifadə etməməlidir. Orada Rusiyanın sülhməramlı kontingenti hakimi-mütləq deyil. Onlar Azərbaycan tərəfindən ortaya qoyulan şərtləri yerinə yetirməlidir, qanunsuz silahlı dəstələri ləğv etməlidir, kənarlaşdırmalıdır, müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərinə qanunsuz səfərlərin, yükdaşımaların, silahdaşınmasının qarşısını almalıdır. Bir sözlə, Rusiya sülhməramlıları öz üzərlərinə düşən vəzifəni tam icra etməli və öz səlahiyyətlərindən kənara çıxmamalıdır. Bu yalnız İranla bağlı məsələlərə deyil, başqa ölkələrə, o cümlədən də Ermənistana aid olmalıdır. Ermənistanın o əraziyə sərbəst şəkildə hansısa yük daşıması və başqa davranışlar sərgiləməsi yolverilməzdir. Bu, Rusiya sülhməramlılarının diqqətinə çatdırılmalıdır. Rusiya tərəfin qarşısına ciddi tələblər qoyulmalıdır. Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirmirlərsə, demək onlara ehtiyac yoxdur. Rusiya tərəfin qarşısına tələb qoyulmalıdır ki, sülhməramlılar öz funksiyalarını yerinə yetirə bilmirsə və Azərbaycan ərazilərinə üçüncü ölkələrin qanusuz yükdaşımalarına icazə verirsə, onda onların məsələsinə baxılacaq, bölgədə qalıb-qalmaması məsələsi nəzərdən keçiriləcək. Azərbaycan öz mövqeyində dayanmalıdır və təkidli şəkildə öz mövqeyini ortaya qoyub müdafiə etməlidir, Rusiya rəhbərliyinin bu mövqe ilə hesablaşmasına nail olmalıdır”.

A.Nağının sözlərinə görə, burada söhbət ondan gedir ki, Rusiya sülhməramlıları faktiki olaraq öz missiyasını yerinə yetirmir. “Bu cür müraciətlərin bir məqsədi də ondan ibarət olmalıdır ki, bu halların qarşısı alınsın. İkinci məqsəd isə ondan ibarət olmalıdır ki, bu cür faktları Azərbaycan tərəfi toplayıb müəyyən bir məqamda, müəyyən

bir vaxt keçdikdən sonra Rusiyanın diqqətinə çatdırır. Deyir ki, biz sizə dəfələrlə bu faktları çatdırmışıq, amma siz buna əməl etməmisiniz. Tələblərə əməl etmirsinizsə, artıq sizin regionda qalmağınıza ehtiyac yoxdur. Fikrimcə, bu məqsəd də vacib bir məsələ kimi qarşıda dayanmalıdır. Bilirsiz ki, dünəndən başlayaraq Gorus-Qafan yolunda, Eyvazlı kəndi yaxınlığında Azərbaycan polisi artıq öz postunu qurdu və gedib-gələn maşınları yoxlayır, xüsusən də İran maşınlarını. Hesab edirik ki, Azərbaycan polisi orada post qurubsa, təkcə yoxlamaqla kifayətlənməli deyil, istənilən üçüncü bir dövlətin yük maşınının, digər nəqliyyat vasitələrinin bölgəyə getməsinin qəti şəkildə qarşısını almalıdır. Onlardan izahat tələb etməlidir ki, siz hansı məqsədlə Azərbaycandan icazəsiz Azərbaycan ərazilərinə gedirsiniz, orada sizin nə işiniz var? Əlbəttə, Ermənistan da daxil olmaqla, üçüncü dövlətin yük maşınlarının Azərbaycan ərazilərinə getməsi qanunsuzdur. Təbii, Rusiya sülhməramlılarına aid maşınlar istisna olmaq şərti ilə, onlar ora gəlib-gedəcəklər”.

A.Nağı hesab edir ki, Rusiya tərəfi Azərbaycanın tələblərini yerinə yetirməsə, Azərbaycan daha sərt addım atmalıdır: “Rusiya tərəfi şərtlərə əməl etmək istəmirsə, müəyyən bir müddətdən sonra Azərbaycan Rusiya sülhməramlılarının bölgədən çıxarılması məsələsini qoymalıdır və Azərbaycan hərbçiləri bu regiona yerləşməlidir. Azərbaycan digər addımlar da ata bilər. Ora icazəsiz gedib-gələnlər başa düşərlər ki, Azərbaycan torpaqlarına Azərbaycanın icazəsi olmadan, sərbəst şəkildə  gedib-gələ bilməzlər. Həmin ərazilər bu və digər formada Azərbaycanın nəzarətindədir, Azərbaycan öz nəzarətini göstərməlidir. Bəzən sosial şəbəkələrdə müəyyən təkliflər səsləndirilir ki, Azərbaycan ərazisinə qanunsuz gələn maşınlar vurulmalıdır. Amma mən bunu bu şəkildə səsləndirmək istəmirəm, sadəcə olaraq, müraciətlərdən və sairdən əlavə Azərbaycan tərəfi daha təsirli alternativ metodlara, üsullara əl atmalıdır” - deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ