“Azərbaycanlılar valideynin ad günündə kimisə öldürməli, cinayət etməlidir” - Bu Lapşini türmədən niyə buraxdıq ki, belə böhtanlar atsın…

Tərlan Eyvazov: “Lapşinin azərbaycanlıların guya valideynlərin ad günündə kimisə öldürməsi fikri gülməlidir”

img

Erməni bloger Aleksandr Lapşin özünün facebook səhfəsində həqiqəti əks etdirməyən paylaşım edib.

 

Bloger yazır ki, 4 il öncə sentyabrın 10-dan 11-nə keçən gecə Dağlıq Qarabağa turist səfərinə görə 7 ay qanunsuz olaraq həbsdə saxlanıb: “Bakının Kürdəxanı həbsxanasında məhbəs yaşadım. Həbsdə olarkən mənə qarşı təhdid və işgəncələr olub. Anamın ad günündə onu təbrik etmək üçün mənə telefonla danışmağa icazə verdilər. Ancaq nəsə pis hisslər keçirirdim. Çünki bu ölkədə valideynlərin doğum günündə bir cinayət törətmək adət idi”.

Erməni bloger facebook səhfəsində yalan-yanlış məlumat yaymaqla beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir. Ancaq bütün dünya bilir ki, Azərbaycanda əsirlərə işgəncə verilməyib, onlarla xoş rəftar edilib.

  • “Ermənilərdən fərqli olaraq, azərbaycanlılar ata-anaya, doğmalarına, həmvətənlərinə bağlıdırlar, onların özləri valideynlərinə hörmət qoymurlar”

Hərbi ekspert Tərlan Eyvazov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, A.Lapşinin dediyi bütün sözlər tamamilə yanlışdır: “Bütün dünya ictimaiyyəti ermənilərin Azərbaycanda hansı şəraitdə saxlanıldığını yaxşı bilir. Əsirlikdən azad olunan ermənilər öz ölkələrinə qayıtdıqdan sonra yalan-yanlış məlumatlar verirlər. Aleksandr Lapşinin yazdığı status heç kim tərəfindən ciddi qarşılanmır və qarşılanmayacaq da”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, A.Lapşinin guya azərbaycanlıların valideynlərin ad günündə kimisə öldürməsi fikri gülməlidir: “Ermənilərdən fərqli olaraq, azərbaycanlılar ata-anaya, doğmalarına, həmvətənlərinə bağlıdırlar. Yəqin onların özündə belə bir ənənə var. Danılmaz faktdır ki, dövlətimiz hər zaman humanist olsa da, qarşı tərəf bu cür addımlarımızı dəyərləndirməyib. Onlar bizim xoş münasibətimizi qara rəngdə görüblər. Ermənilər əsir götürdükləri şəxslərə işgəncə veriblər. Ancaq bizdə belə bir hal baş verməyib”.

Günel CƏLİLOVA

Son xəbərlər