Prezident İlham Əliyev Ağstafa və Qazax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam verib.
Sərəncamda deyilir:
- Ağstafa və Qazax rayonlarının əhalisi 49420 nəfər olan 14 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 16 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,12 milyon (bir milyon bir yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Ağstafa və Qazax rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 sentyabr tarixli Sərəncamına Əlavə
Sıra
№-si
Rayonun
adı
Quyuların
sayı, ədəd
Yaşayış məntəqələrinin adı
Əhalinin sayı, nəfər
Ağstafa
6
Aşağı Göycəli kəndi
2547
Göycəli kəndi (2 quyu)
2774
Köhnəqışlaq kəndi
698
Tatlı kəndi (2 quyu)
2741
Qazax
10
Ağköynək kəndi
3815
Aslanbəyli kəndi
4323
Aşağı Salahlı kəndi
1971
Bala Çaylı kəndi
1240
Cəfərli kəndi
1268
Çaylı kəndi
8069
Daş Salahlı kəndi
10823
Xanlıqlar kəndi
3705
Kəmərli kəndi
3221
Qaymaqlı kəndi
2225
Cəmi:
16
14
49 420