Bazar günü günü, 15 noyabr 2026
     

Paşinyanın taleyi tam şəkildə Bakı və Ankaradan asılı vəziyyətə düşdü

Image


Ermənistanda hadisələrin inkişaf axarı və Rusiyanın burada tutduğu mövqe artıq yeni bir mənzərə formalaşdırmaqdadır. Belə görünür ki, Ermənistanda mövcud hakimiyyətin taleyi yaranmış vəziyyətdə daha çox Azərbaycan və Türkiyədən asılı duruma düşür. İndi Nikol Paşinyan iqtidarı, Bakı və Ankara ilə razılığa gəlməyəcəyi təqdirdə, kənar qüvvələrin təsir və təzyiqi ilə hər an devrilə bilər. Bunu Rusiyanın hələ də Ermənistanın keçmiş prezidenti Robert Köçəryan  üzərindən qurduğu oyunlar da təsdiq edir.

Bu fonda qeyd edək ki, Robert Köçəryan hakim Vahid Rusiya Partiyasının dəvətilə Moskvaya gedəcək. Köçəryanın Moskvada hakim partiya rəhbərliyi ilə görüşündə “Ermənistan” bloku ilə “Vahid Rusiya” fraksiyasının əməkdaşlığının genişlənməsi müzakirə ediləcək. Səfərin bu həftənin sonu həyata keçirilməsi gözlənilir. Qeyd edək ki, Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku parlamentdə 29 deputatla təmsil olunur. Rusiyanın hakim qüvvəsinin Robert Köçəryanla münasibətləri dərinləşdirməsi Moskvanın Ermənistanda kimə stavka etdiyini bir daha nümayiş etdirir. Məhz bu vəziyyətdə Paşinyanın xilası Ermənistanı sosial-iqtisadi inkişaf yoluna çıxarmaqla yenidən erməni cəmiyyətinin dəstəyini əldə etməkdən keçir. Amma bunun üçün Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normal hala gətirməlidir. Əslində, onun özü də bunun fərqindədir. Məhz bundan irəli gəlir ki, Nikol Paşinyan bu günlərdə hökumətin iclasında bildirib ki, Ermənistan regionda kommunikasiyaların açılması məsələsində qətiyyətlidir. Paşinyan vurğulayıb ki, qonşu ölkələrlə münasibətlərin nizamlanması və dərinləşdirilməsi Ermənistan hökumətinin əsas iş istiqamətlərindən biridir.

Onun sözlərinə görə, Ermənistan üçün Rusiya və İranla dəmiryolu əlaqəsinin qurulması olduqca önəmlidir. Bu məsələnin həlli üçün üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) müzakirələr aparılır: "Bakının Naxçıvanla da əlaqə qurmaq istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq". Paşinyan qeyd edib ki, Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi də olduqca önəmlidir: "Bunun üçün lazımi şəraitin yaradılmasına çalışmağa davam edirik". Nikol Paşinyan qonşularla düşmənçiliyin aradan qaldırılmasının Ermənistan hökumətin 5 illik proqramında da qeyd olunduğunu deyib: "Qonşu ölkələrlə münasibətləri dərinləşdirmək və ya normallaşdırmaq hökumətin xarici siyasətinin vacib istiqamətlərindən birinə çevriləcək. Artan düşmənçilik bölgənin sabitliyi və təhlükəsizliyi üçün təhdid yaradır. Düşmənçiliyə qalib gəlmək regional xarici siyasətin əsasını təşkil edə bilər". Artıq Türkiyə ilə bağlı müəyyən proseslər cərəyan edir. Məsələn, Türkiyə təyyarələri Bakıya Ermənistan üzərindən uçmağa başlayıb. Təhlilçilərə görə, bu, artıq iki ölkə arasında münasibətlərin normallaşmasına doğru müsbət əlamət sayıla bilər. Nikol Paşinyan həm də Türkiyə ilə heç bir şərt olmadan barışığa hazır olduğunu bildirib. Elə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan da bildirib ki, İrəvan bu addımı atmağa hazırdırsa, Ankara Ermənistan hökuməti ilə münasibətləri tədricən normallaşdırmaq üçün işə başlaya bilər.

Türkiyə Tətbiqi Araşdırmalar Mərkəzinin eksperti Darya İsaçenko məsələ ilə bağlı bildirir: "1990-cı illərin əvvəllərində münasibətlərə ən böyük maneələrdən biri Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın Ankara ilə İrəvan arasında hər hansı yaxınlaşmaya sərt müqavimət idi. Ermənistanın məğlubiyyətindən sonra status-kvo dəyişib, Azərbaycan artıq etiraz etmir ". Digər təhlilçilər də qeyd edir ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəldiyi və torpaqlarının əhəmiyyətli hissəsini geri qaytardığı üçün Ermənistan və Türkiyə arasında münasibətlərin istiləşməsinə soyuq baxmır. Hələ bu ilin fevral ayında məsələyə münasibət bildirən Azərbaycan Prezidenti İlham Əliyev də bəyan edib ki, Türkiyə özü sərhədlərin nə zaman açılacağını müəyyən edə bilər və Azərbaycan tərəfindən buna hər hansısa mənfi rəy verilməyəcək: "Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına ehtiyac qalmır. Əgər biz Zəngəzur koridorunu gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Ancaq bu, Türkiyənin öz qərarıdır. Azərbaycan tərəfindən bu məsələ ilə bağlı hər hansısa xüsusi fikri yoxdur. Bir də ki, Türkiyənin xeyrinə nə olacaqsa, bu bizim də xeyrimizədir". Belə fikirlər də səslənir ki, Ermənistanın Türkiyə ilə yaxınlaşmaq cəhdi İrəvanın Ankara üzərindən Qərbə çıxış tapmaq istəyi ilə bağlıdır. Erməni politoloq Binyamin Matevosyan bu xüsusda qeyd edir: "Paradoksdur, amma Paşinyan və onun komandası Türkiyəni Avropaya açılan pəncərə kimi görür. Məhz buna görə, müharibədən dərhal sonra Paşinyanın komandasının aparıcı simaları Türkiyə ilə əməkdaşlığın qurulmasının və qalib tərəf olan Azərbaycanla dialoqun zərurəti barədə danışırdılar. Azərbaycan və Türkiyə ilə münasibətlər nizamlanarsa, Rusiya ordusunun Qarabağda və Ermənistanda olması üçün heç bir rəsmi əsas qalmayacaq. Nəticə olaraq, nə 102-ci baza, nə də sülhməramlılar lazımdır”.  Məhz bu fonda Moskva üçün Paşinyan yenə arzuedilməz fiqurdur. Bu səbəbdən Kreml Köçəryanla işbirliyini genişləndirir. Ermənistanın “Past” qəzeti öz mənbələrinə istinadən bildirir ki, Kreml Azərbaycan və Türkiyə məsələsində diplomatik korpusu da Paşinyana qarşı qoymağa çalışır: “Nikol Paşinyanla Ermənistanın diplomatik korpusu arasında münasibətlər gərgin olaraq qalır. Məlumata görə, Ararat Mirzoyanın təyin olunmasına baxmayaraq, diplomatik korpusda səssiz narazılıq və fikir ayrılığı davam edir. Diplomatların Paşinyanın siyasətindən narazı olduğu və onun xarici siyasətini məntiqsiz saydıqları vurğulanıb.

Fikir ayrılığının, xüsusilə Ermənistan-Türkiyə münasibətləri ətrafındakı proses fonunda dərinləşdiyi qeyd edilir”. Beləliklə, real vəziyyət bir daha təsdiq edir ki, Azərbaycan və Türkiyə ilə normal münasibətlər, xüsusən də kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması Paşinyan üçün müstəsna əhəmiyyət kəsb edir. Bu halda o, Ermənistanı inkişaf yoluna çıxarıb cəmiyyətdən dəstək ala bilər. Əks təqdirdə, daxili və xarici təzyiqlər erməni baş nazir üçün onun sonunu gətirə bilən ciddi problem olacaq.

Samirə SƏFƏROVA

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ