Bazar günü günü, 15 noyabr 2026
     

Dünya hələ də Azərbaycanın döyüş təcrübəsini öyrənir... Rusiyanın məşhur araşdırma mərkəzi “Qafqazda fırtına” kitabında nələr yazdı...

Image


44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun istifadə etdiyi döyüş taktikası dünyanın bir çox ölkələrinin xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Hazırda ordumuzun döyüş təcrübəsi bir çox ölkələr tərəfindən diqqətlə öyrənilir. Bura dünyanın ən güclü ordularına malik ölkələr də daxildir.

Hətta fikirlər səslənir ki, Azərbaycan bir çox Qərb ölkələrinin hərbi üstünlüyünə meydan oxuyacaq gücdədir. İsveçrənin tanınmış “Le Temps” internet portalında yenidən bu məsələyə nəzər salınaraq, Azərbaycan Silahlı Qüvvələrinin döyüş məharətindən, Vətən müharibəsində Azərbaycanın qələbəsinin yaratdığı yeni geosiyasi reallıqlardan və Azərbaycan ordusunun gücündən ətraflı bəhs edilir. Burada son illərdə Qərbin hərbi üstünlüyünə meydan oxuya biləcək yeni güc dövlətlərinin ortaya çıxması və buna cavab olaraq, Fransa ordusu tərəfindən yeni doktrina toplusunun yaradıldığı vurğulanır. Azərbaycan və Ermənistan arasında müdafiə büdcələrində olan fərqin həlledici olması və Azərbaycan Silahlı Qüvvələrinin döyüş imkanları spektrinin geniş və daha çevik olması diqqətə çatdırılır.

Bundan əlavə qeyd edilir ki, Azərbaycanın uğurları, əsasən, inteqrasiya edilmiş hava hücumundan müdafiə, radioelektron müharibə, batareya əleyhinə mübarizə sistemlərini və hava-kosmos kəşfiyyat və müşahidə sistemlərini birləşdirən müasir, şəbəkə əsaslı komanda və idarəetmə strukturu sayəsində əldə edilib. Vurğulanır ki, bu, öz növbəsində, müxtəlif növ əməliyyatlarda (kəşfiyyat və müşahidə, taktiki bombardman, quru qoşunlarına dəstək, batareya əleyhinə mübarizə və sair) iştirak edə bilən müxtəlif tip (taktiki, strateji, gəzən sursat və sair) pilotsuz uçuş aparatlarından səmərəli və rasional istifadəni mümkün edib. Yazıda qeyd edilir ki, havadan zərbələr müharibə zamanı həlledici olub və bu tip zərbələrdə PUA-lar döyüş təyyarələrinə nisbətən daha vacib rol oynayıb. Eləcə də, müharibənin ilk günlərindən düşmənin hava hücumundan müdafiə sistemlərinin susdurulmasının Azərbaycan Silahlı Qüvvələri üçün prioritet tapşırıq olduğu vurğulanaraq, Ermənistan tərəfinin hava hücumundan müdafiə sistemlərinin zəif qorunduğunun ortaya çıxması və erməni birləşmələrinin çox tezliklə havadan hücumlara və xüsusən gəzən sursatlara qarşı müdafiəsiz qaldığı qeyd edilir: “Ermənistan tərəfinin komanda-idarəetmə qabiliyyətinin effektiv olmaması qərar qəbul edilməsi prosesində olan qüsurları ortaya çıxarıb. Erməni qüvvələrinin itkiləri çox böyük olub, onlar bir neçə yüz top, nəqliyyat vasitələri və tanklar itirib”.  Məqalədə Qərb dövlətlərinin artıq yüksək texnologiyalı silahların yeganə istifadəçisi olmadığı və Azərbaycanın bir çox Avropa İttifaqı ölkələrindən daha geniş bir əməliyyat spektrinə cavab verə biləcək hərbi vasitələrə malik olduğu bildirilir. Azərbaycanın, Fransa və Böyük Britaniya istisna olmaqla, nəzəri qarşıdurmada Avropa ölkələrinin çoxunun silahlı qüvvələrinə qalib gələ biləcək bir orduya malik olduğu vurğulanır.

Qeyd edək ki, bu günlərdə Rusiyada fəaliyyət göstərən Strategiyaların və Texnologiyaların Analizi Mərkəzi bu müharibə barədə sensasion sayıla biləcək araşdırmasını dərc edib. Araşdırmada Ermənistan ordusunun müharibənin ilk günlərindəcə necə darmadağın edildiyinə dair bir sıra məqamlar yer alır. Kitab şəklində dərc edilən “Qafqazda fırtına” adlı araşdırma mərkəzin direktoru və hərbi analitik Ruslan Puxovun redaktəsi ilə hazırlanıb. Kitabda müharibədən əvvəlki vəziyyət, geniş beynəlxalq kontekst və nəhayət sentyabr ayında başlayan irimiqyaslı müharibənin gedişi təhlil olunur.

Araşdırmada qeyd olunur ki, Azərbaycan ordusu sürətlə havada hökmranlığı ələ aldı və zərbə pilotsuz aparatlarından, o cümlədən məşhur “Bayraktar TB2”-lərdən geniş istifadə etməyə başladı. Mərkəzin analitikləri qeyd edirlər ki, Azərbaycanın havada hökmranlığı sürətlə ələ keçirməsi Ermənistanın Qarabağda qurduğu hava hücumundan müdafiə sisteminin böyük hissəsinin elə müharibənin birinci günündə sıradan çıxarılması sayəsində mümkün olmuşdu. Mərkəzin analitikləri qeyd edirlər ki, müharibənin yekunu olaraq Azərbaycan düşmən üzərində öz hərbi üstünlüyünü radikal olaraq artırmış oldu. Ölkə strateji ümumqoşun hücum əməliyyatlarının aparılmasına dair misilsiz təcrübə qazandı. Ermənistan minlərlə vahid texnika itirdi və bu itkilərin yerini doldurmağa qadir deyil. O da bildirilir ki, bu müharibə bir çox ölkələrin öz döyüş planları və taktikasını yeniləməsinə səbəb olub.

Bir müddət əvvəl Fransanın “Le Monde” qəzeti də yazmışdı ki, Dağlıq Qarabağda müharibə Qərb üçün ciddi dərsdir:  “Digər münaqişələrdən fərqli olaraq, Dağlıq Qarabağda müharibə pilotsuz uçan aparatların “yer-yer” tipli raketlər və artilleriya sistemləri ilə birlikdə kütləvi tətbiqi ilə müşaiyət olundu. O cümlədən, “kamikadze-dronlar” geniş tətbiq edildi. Bu, “üçüncü eşelon” ölkələrin orduları üçün dövlətlərarası münaqişə kontekstində misli görünməmiş hal idi. Azərbaycanlılar müharibənin gedişində bu yeni müharibə metodlarını, o cümlədən hərbi kompüter şəbəkələrindən istifadə etməklə şəbəkə əməliyyatlarını mənimsədiklərini sübut etdilər. İindiyədək bunlar Qərbin üstünlüyü sayılırdı. Amma artıq vəziyyət dəyişib”.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ