Qarabağla bağlı üçtərəfli razılaşmaların bütün müddəalarının qeyd-şərtsiz icrasını təmin etmək lazımdır.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında hər hansı bir pozuntu qeydə alınmayıb: "Son dövrlərdə silahlı insidentlərin yaşandığı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin qiymətləndirilməsi aparılır. Biz regionda Rusiya, Azərbaycan, Ermənistan baş nazir müavinlərinin rəhbərliyi ilə üçtərəfli işçi qrupunun xətti ilə həyata keçirilən iqtisadi, nəqliyyat əlaqələrinin açılması üzrə işlər barədə müntəzəm olaraq məlumat yayırıq".