Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanda gözlənilən kapital və əmlak amnistiyası ölkə iqtisadiyyatına hansı üstünlüklər vəd edir…

Image


Azərbaycanda “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizənin davam etdirilməsi və ədalətli rəqabət mühitinin dəstəklənməsi təmin ediləcək. Bu məqamlar  Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

O da qeyd edilib ki, ortamüddətli dövrdə bu istiqamətdə ümumi bəyannamə sisteminə keçidin hüquqi əsaslarının yaradılması, kapital və əmlakın amnistiyası kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da “kölgə iqtisadiyyatı” ilə mübarizənin davam etdirilməsində və ədalətli rəqabət mühitinin dəstəklənməsində mühüm rol oynayacaq. Bununla yanaşı bildirilib ki, investisiya qoyuluşunu təşviq edən əlavə xüsusi vergi imtiyazlarının yaradılması nəzərdə tutulur. Belə ki, işğaldan azad edilən ərazilərin inkişafının təşviqi üçün xüsusi vergi rejiminin tətbiq olunması, yeni istehsal sahələrinin qurulmasına görə kapital qoyuluşlarına uyğun güzəştlərin nəzərdən keçirilməsi, turizmin inkişafı üçün vergi təşviqlərinin verilməsi, strateji məhsulların istehsalı üzrə kapital qoyuluşunda ƏDV-nin sürətli bərpası və ya idxal əməliyyatları zamanı yaranan ƏDV borcları ilə əvəzləşdirilməsi tədbirlərinin ortamüddətli dövrdə həyata keçirilməsi planlaşdırılır. Beləliklə, səslənən fikirlər gələn il üçün ölkə iqtisadiyyatında ciddi yeniliklərin olacağını göstərir. Bu, amnistiyaların verilməsin fonunda özünü göstərəcək. Amnistiya elə bir normativ-hüquqi aktıdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərə fərdi qaydada deyil, hamılıqla şamil edilir və həmin şəxslər onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək cəzalardan ya tam, ya da qismən azad olunur. Beləliklə, maliyyə amnistiyası və ya kapital amnistiyası dedikdə, ayrı-ayrı vətəndaşların qanunsuz yolla əldə etdiyi kapitalın leqallaşdırılması və bu kapitalı qanunsuz yolla əldə etmiş tərəflərin əfv edilməsi başa düşülür.

Ekspertlər bildirir ki, əmlak amnistiyası və ya kapital amnistiyası daha çox investisiyaların qoyulması formasında təzahür edə bilər. Bu isə istehsal resursu kimi yeni iş yerlərinin yaradılmasında və işsizliyin aradan qaldırılmasında daxil olmuş maliyyə vəsaitləri hesabına mühüm rol oynaya bilər. Yəni istənilən halda, ölkəyə qayıtmış maliyyə resursları iqtisadi inkişafda mühüm rol oynayır. Bütün bunlar Azərbaycan iqtisadiyyatında şəffaflığın artırılması baxımından da mühüm hal hesab olunur. İqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi baxımından kapital və əmlakın amnistiyasından dünya praktikasında da geniş istifadə edilir. Dünya təcrübəsinə əsasən, əmlak  amnistiyasinin verilməsi zamanı şərt qoyulur ki, kimin nə qədər daşınar və danışmaz əmlakı varsa, onu bəyan etsin. Bəyan edəndə onun müəyyən bir hissəsi vergi üçün tutulur. Qalanını isə dövlət həmin vətəndaşın əmlakı kimi tanıyır, sənədləşdirir. Bundan sonra artıq heç vaxt həmin şəxs ona məxsus olan əmlakı necə əldə etməsi barədə sorğu-sual edilmir. Eyni hal maliyyə vəsaitlərinə də aiddir. Bütün bunlar bir daha təsdiq edir ki, əmlak və kapitalın amnistiyası həm dövlətə, həm də vətəndaşlara faydalıdır. Əmlak amnistiyasının verilməsi ilə insanların mülkiyyət hüququ tanına və vərəsəliklə bağlı qayğıları aradan qalxa bilər. Reallıqda isə bu gün əmlakı, maliyyə vəsaiti olan bir sıra şəxslər hətta onları başqasının adına rəsmiləşdirməyə də qorxur. Çünki gələcəkdə həmin əmlakların öz ailəsinə verilməməsindən ehtiyat edir. Dövlət əmlak amnistiyası verməklə bu məsələni həll edir. Vətəndaşın həm gələcək üçün təminatı yaranır, həm də əlində olan pulları xaricdə, yaxud ölkə daxilində yatırım edə bilir. O da məlumdur ki, hər bir cəmiyyətdə inkişafın, iqtisadi artımın əsas qüvvəsi mülkiyyətçilərdir. Ona görə də amnistiya olmalıdır ki, nəhayət, Azərbaycanda sabit mülkiyyətçilər zümrəsi əmələ gəlsin. Ekspertlər hesab edir ki, əmlak amnistiyası sənədsiz evlərin qeydiyyati ilə bağlı problemlərin də aradan qalxmasına təkan olacaq. Bu, əmlak bazarının canlanmasına, sosial həyatın təmin olunmasına daha müsbət təsir göstərəcək. İndilikdə isə bəzən insanlar sənədsiz evləri hətta onu tikmək üçün çəkdikləri xərclərdən aşağı məbləğə satmaq məcburiyyətində qalırlar. Digər tərəfdən, vətəndaşlar belə evləri almaq istəmirlər. Çünki sənədsiz evin sabahki taleyini dəqiq bilmirlər. Bu da evlərin alqı-satqısı ilə bağlı proseslərə mənfi təsir göstərir. Bundan başqa, sənədsiz evlər girov kimi qəbul olunmur. Onlar faktiki olaraq aktiv kimi qəbul edilsə də, girov qoyula bilmədiyindən, iqtisadi proseslərdən, bazardan kənarda qalıb. Sənədsiz evlərin əmlak vergisinə cəlb olunması da mümkün deyil. Nəticədə dövlət büdcəsi hər il milyonlarla vəsait itirir. Həmin evlər əmlak vergisinə cəlb olunarsa, birbaşa  dövlət büdcəsinə daxilolmaları artırar. Əmlak amnistiyası bütün bu məqamların effektiv həllinə imkan verir. Evlər sənədləşdirildikdən sonra daşınmaz əmlakın icbari sığortasının həyata keçirilməsi isə sığorta sektoruna müsbət təsir göstərəcək.

Samirə SƏFƏROVA

 

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ