Bazar günü günü, 15 noyabr 2026
     

Qarabağ erməniləri arasında Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayı sürətlə artır

Image


Artıq heç kimə sirr deyil ki, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin nəzarət zonasında qalan ermənilər böyük problemlərlə üzləşib. Elə bu səbəbdən Qarabağı tərk edən ermənilərin sayının daha çox olacağı gözlənilir. Xankəndidəki separatçı-terrorçu rejimin qondarma “XİN rəhbəri” David Babayan da faktı təsdiq edir.

O qeyd edir ki, indiki halda ya çoxsaylı insan tələfatı ilə nəticələnəcək müharibə olacaq, ya da ermənilər Qarabağı tərk edəcək. Onun sözlərinə görə, hadisələr iki ssenari üzrə inkişaf edə bilər. Birinci ssenarinin perspektivi zəifdir, kiçikçaplı əməliyyatlar ola bilər. Proseslər daha çox ikinci ssenari üzrə gedir, yəni ermənilər bölgəni tərk edirlər. Bunu erməni deputat Metaks Akopyanın açıqlamaları da təsdiq edir:  “Ermənilər Xankəndidə insan kimi normal yaşaya bilmirlərsə, nədən söhbət gedə bilər? Oradakı insanların yaşamaq üçün normal şəraiti yoxdur. Hazırda, demək olar ki, bir Xankəndi əlimizdə qalıb, lakin biz orada da infrastrukturu normal qaydaya sala bilmirik. İndi aydındır ki, nə üçün bütün Qarabağ belə dəhşətli vəziyyətdə idi. Ermənistandan “Artsax”a daxıl olan pulların kiçik bir qismi bəzi binaların xarici görünüşünün bərpasına sərf olunub. Bu “görülən” işlər yalnız görüntü effekti yaratmaq üçün edilib. Heç bir problem həll olunmayıb. Ən əsas sosial problemlərdən biri isə işsizliyin yüksək səviyyəsidir. Orada insanlar ümidsizdir. Bizdə olan məlumata əsasən, hazırda Xankəndidə yaşayan Şuşa sakini öz uşaqları ilə oraya qayıtmaq istəyir. Onlar normal yaşamaq üçün Azərbaycanın nəzarəti altında olan şəhərə getmək istəyirlər. Bu cür ümidsiz insanlar getdikcə daha çox olacaq”.

Xatırladaq ki, bu günlərdə Azərbaycan torpaqları erməni işğalında olduğu zaman Şuşada qanunsuz məskunlaşan erməni qadınlarından biri, 32 yaşlı İzaura Balasanyan yenidən 4 uşağı ilə şəhərə qayıtmaq və Azərbaycan vətəndaşlığını almaq istədiyini açıqlayıb. İzaura Balasanyan bu barədə özü qeyd edib:  “Evim olmadığı üçün Şuşaya qayıtmaq qərarına gəldim. Sərhəd keçid məntəqəsinə (Rusiya sülhməramlı kontingentinin postu) gəldim, lakin şəhərə girə bilmədim. Sonra ruslar komandirlərini çağırdılar və nazirliyə (separatçı rejimin “milli təhlükəsizlik xidməti”) məlumat verdilər”. Müharibədən sonra İzaura Balasanyan Xankəndidəki yataqxanalardan birində məskunlaşıb. Lakin kirayə haqqı qaldırıldığından, erməni qadın oradan ayrılmaq qərarına gəlib. Müxtəlif qurumlara edilən çoxsaylı müraciətlərə baxmayaraq, qadına yaşamaq üçün başqa mənzil verilməyib. Balasanyan isə Şuşaya qayıtmaq istəyinin uğursuzluqla nəticələnməsindən sonra Əsgəranın kəndlərindən birindəki uçuq evdə yaşamağa başlayıb. Amma o, hələ də Azərbaycanın nəzarəti altında olan Şuşaya qayıtmaq istəyir. Belə ermənilərin sayı getdikcə artır. Rusiyalı hərbi ekspert İqor Korotçenko bütün bunları təsadüf hesab etmir: “Bakı Ermənistanın dişlərini qırıb. Bu səbəbdən Ermənistan hərbi nöqteyi-nəzərdən Azərbaycana bata bilməz, siyasi oyunlardan istifadə etmək cəhdləri isə İrəvan üçün uğursuz yekunlaşacaq. Artıq biz yeni geosiyasi reallıqda yaşayırıq. Odur ki, bu gün bütün bu erməni çoxgedişli oyunları heç kimi təsirləndirmir və bu cəhdlər heç bir nəticə verməyəcək. Ermənistan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yaşamağa məcbur olacaq. Bu gün bu onun üçün yeganə alternativdir. Bitdi artıq başqalarının torpaqlarına göz dikmək! Qarabağ Azərbaycandır! Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycan dilini öyrənməyə başlamalı, özlərini Azərbaycan pasportlarının alınmasına hazırlamalıdırlar. Onların Azərbaycan Respublikası rəhbərinin vəd etdiyi mədəni muxtariyyəti olacaq, lakin status heç vaxt olmayacaq”.

Belə bir vaxtda o da bəlli olub ki, Ermənistan hökuməti müharibə vaxtı Qarabağdan İrəvana gedən ermənilərə verdiyi aylıq 68 min dram müavinəti kəsib. Hökumət bildirir ki, bu proqram cəmi 4 ay üçün nəzərdə tutulmuşdu. Proqramda əsas prinsip Xankəndiyə qayıdan ermənilərə üstünlük verilməsi idi. Erməni mənbələr yazır ki, əksər ermənilər Xankəndiyə gəlir, “müvəqqəti yaşayış” yerində, yaxud qohumlarının evində qeydiyyata düşür, sosial müavinəti aldıqdan sonra geriyə - Ermənistana qayıdır. Proqramın dayanmasının səbəblərindən biri də budur.
İrəvanda “qarabağlılar” kimi qəbul edilən ermənilərin əksəriyyəti Ermənistanın müxtəlif yerlərində müvəqqəti yerləşdirilib. Ermənistana gedən ermənilər geri qayıtmaq istəmirlər. Misal üçün, vaxtilə keçmiş Ağdərə rayonunda yaşamış erməni Karen Şirinyan deyir:  “Qarabağda heç bir iş və yaşamaq yeri yoxdur. Bizə işlə təmin edilmək üçün proqramların yaradılacağını desələr də, aylardır heç nə edilmədi. Orada yaşaya bilmirik, Ermənistanda da bizə baxmırlar”. Xankəndidə yaşayan Marina Zakaryan isə getmək istədiklərini bildirir. Hazırda “qarabağlı” kimi qəbul edilən ermənilər iki hissəyə bölünüb:  birincilər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yaşayanlardır. İkincilər Ermənistana gedənlərdir ki, onların sayı daha çoxdur, çünki əksəriyyəti işğal dövründə Qarabağətrafı rayonlara qanunsuz yerləşdirilmişdi, həmçinin, böyük qismi Qarabağa aylıq pulu almaq üçün gəlir və geri qayıdırlar. Ermənistan hökuməti artıq onları yük olaraq görür və aylıq müavinət əvəzinə “iş yerləri” vədini verməkdə davam edir. Bununla yanaşı, Xankəndidə ciddi su problemi var. Qarşıdan isə qış gəlir. Bu, elektrik enerjisi, təbii qaz problemlərini də özü ilə gətirəcək. Bu səbəbdən Qarabağdan ermənilərin əksəriyyəti gedəcək, gedə bilməyənlər isə vətəndaşlığı qəbul etmək qarşılığında Azərbaycan qanunlarına tabe olacaqlar.

Nahid SALAYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ