Bazar günü günü, 15 noyabr 2026
     

100 il əvvəllərə gedib çıxan “Qafqaz Evi” ideyasının müəllifləri azərbaycanlılar olub…

Image


Qafqazın aborigen sakinləri olan Azərbaycan türkləri zaman-zaman bölgədə öz nüfuzlarını qoruyub saxlayıblar. Min illlər, yüz illlər olduğu kimi bu gün Azərbaycan xalqı, Azərbaycan dövləti Qafqazın əsas aparıcı xalqı, dövləti olaraq tarix səhnəsindədir. Gəlmə erməniləri çıxmaq şərti ilə burada tarixən yaşayan bütün Qafqaz xalqları, dünən olduğu kimi, indi də sülhün, əminamanlığın, bölgədə birgəyaşayışın tərəfdarıdır. Ermənilər bizim torpaqlara XIX əsrdə köçürülüb və bu toplumun Qafqazla heç bir tarixi genetik bağı yoxdur.

Bir məqamı qeyd edək ki, Qafqazın inkişafı, burada əbədi sülhün, əmin-amanlığın qorunmasına yönələn ideyaların demək olar ki, əksəriyyəti Azərbaycanda doğulub və bu ideyaların gerçəkləşməsi üçün xalqımız mücadilələr verib.

Bu gün də çox aktual olan “Qafqaz Evi” ideyası da məhz Azərbaycanda yaranıb və tarixi yüz ilə dayanan “Qafqaz Evi” ideyasının müəllifi görkəmli Azərbaycan ziyalıları, dövlət xadimləri olub. Bu ideya Cumhuriyyət dövründə də gündəmdə olub.

  • “Qafqaz Evi” ideyası necə yarandı?

AVCİYA-nın vitse-prezidenti, professor, siyasi icmalçı Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan bütün dövrlərdə xalqlararası münasibətlərin yüksək səviyyədə inkişafına böyük töhfələr verib: “Postsovet məkanında baş verən milli münaqişələr və bundan çıxış yolları barədə düşünərkən çox zaman XX əsrin əvvəllərinə qayıtmalı oluruq. Əlamətdar hal odur ki, Azərbaycan ziyalıları 100 il əvvəl də bunun çıxış yolunu göstəriblər. Hələ Avropa Birliyi, Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatların yaradılması gündəmdə olmadığı bir vaxtda Azərbaycan ziyalıları “Qafqaz Evi” ideyasını irəli sürüblər. Bu ideyanı irəli sürənlər Azərbaycanın görkəmli ziyalıları, mütəfəkkirləri, dövlət xadimləri Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Əli Bəy Hüseynzadə, Əhməd Ağaoğlu olub. Bu məsələdə Azərbaycan xalqının hərtərəfli istedada malik olan övladı, dahi bəstəkarı, jurnalist, siyasətçi Üzeyir Hacıbəyovun rolu xüsusi qeyd edilməlidir”.

  • “...Əgər “Qafqaz Evi” ideyası həyata keçsəydi, indi Qafqaz Avropa Birliyi kimi bir məkan olardı”

M.Zülfüqarlı hesab edir ki, “Qafqaz Evi” ideyasının zamanında həyata keçməsi bütün regiona əbədi sülh, əminamanlıq qazandırardı, lakin Qafqaza yamaq olan ermənilərin maneçiliyi üzündən bu ideya hələ də həyata keçməyib: “Fikrimcə, “Qafqaz Evi” ideyası həyata keçsəydi,  indi Qafqaz Avropa Birliyi kimi bir məkan olardı. Burada insanlar firavan yaşayardı, münaqişələr, dağıntılar olmazdı. Məcburi qaçqın, köçkün problemi yaşanmazdı. Biz bu modeli digər regionlara da məsləhət görərdik, yaxud onlar bizdən nümunə götürərdilər.

“Qafqaz Evi” ideyası ondan ibarətdir ki, Qafqazda yaşayan xalqlar, xüsusən də 1918-ci ildə Cumhuriyyət yaratmış üç xalqın - Azərbaycan, gürcü və erməni xalqının bölgədə birgəyaşayış ideyasıdır. Bu ideya zaman-zaman Azərbaycanın və Gürcüstanın timsalında özünü müsbət yöndə göstərib. Azərbaycanın Gürcüstanla heç bir problemi yoxdur, müttəfiq, dost ölkə kimi dünya bazarlarına neftin ixracını həyata keçirirlər. Bundan qonşu ölkə kimi Gürcüstan da bəhrələnib. Amma bu ideyaya işğalçı Ermənistan dəstək vermədi. Bütövlükdə götürəndə bu ideyanın həyata keçməsinə ermənilər mane oldu, amma ermənilərin içində az sayda da olsa bu ideyanı dəstəkləyənlər vardı. Məsələn, Zaqafqaziya Seymi daxilində olan erməni siyasətçilər bu ideyanı dəstəkləyirdilər. Amma şovinsitlər, daşnaklar buna qarşı çıxırdılar. Ermənilər Qafqazın aborigen sakinləri deyil, onlar bura çar Rusiyası tərəfindən köçürülüb. Bu ideyanın həyata keçməsinə Sovet höküməti də mane olub, imkan verməyib. Soruşa bilərlər ki, Sovet dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında, demək olar ki, sərhəd yox idi, sərbəst şəkildə hansı respublikada istəyirdin gedib yaşayırdın. Bəli, bu var idi. Amma bu, Sovet ideologiyası çərçivəsində mümkün olurdu. Sovet rejimi öz siyasətinə uyğun imkan yaradırdı. Amma narazılıq yaranırdı. Çünki Azərbaycan kimi sərvəti olan respublika dotasiya ilə yaşayan Ermənistanı yedizdirməli idi. Yəni Moskva bizdən alıb Ermənistana verirdi, bunu da “qardaşlıq”, “dostluq” kimi qələmə verirdi”.

  • “Əsas odur ki, “Qafqaz Evi” ideyası var“

M.Zülfüqarlı deyir ki, dünya dəyişir, dünya siyasətində yeniliklər, dəyişimlər baş verir, baş verənləri hamı bilir. Ekspertin sözlərinə görə, müasir dövrdə biz əgər “Qafqaz Evi” ideyasından danışırıqsa Azərbaycan siyasiləri Qərb ölkələrinin inteqarsiyasına uyğun “Qafqaz Evi” ideyasının inkişafına diqqət yetirməlidir. O, hesab edir ki, bu gün Fransa, Almaniya və digər Avropa ölkələri üçün demək olar ki, çox problemlər həll olunub və bunu Qafqaza da tətbiq etmək olar. “Mənə elə gəlir ki, bunun tətbiq ancaq Rusiyanın imperiyapərəst siyasətdən əl çəkməsi və dinc qonşuluq siyasətinə keçməsi ilə mümkün olar. Buna görə isə Rusiyada demokratik qüvvələrin hakimiyyətə gəlməsi lazımdır. Əsas odur ki, “Qafqaz Evi” ideyası var. Bu təkcə üç Cənubi Qafqaz ölkələrini əhatə etmir, Şimali Qafqaz xalqlarını da əhatə edir. Bu barədə təcrübə də var, ideoloji müzakirələr də mövcuddur. Bunun həyata keçirilməsi yolları da göstərilib. Sadəcə olaraq müasir dövrdə indiki Rusiyanın yürütdüyü imperiya siyasəti buna imkan vermir. Artıq Ermənistanda Qərb yönümlü siyasətçilərin hakimiyyətdə olması ümid verir ki, gələcəkdə bu ideyanın həyata keçirilməsinə imkanlar yaranacaq. Yəni forpost ölkə olan Ermənistan Rusiyanın təsir dairəsindən çıxandan sonra Qafqazda çox şeylər dəyişə bilər və dediyimiz “Qafqaz Evi” ideyası da həyata keçə bilər. Buna inanmaq laızmdı. Çünki biz bu günkü Avropanı götürsək Fransa ilə Almaniya hər iki dünya müharibəsində bir-birinə düdüşmən olublar. İngiltərə ilə Fransa yüzillik müharibə aparıblar və indi dinc şəraitdə yaşayırlar, çox zaman nümunə göstərilirlər. Demək istəyirəm ki, Azərbaycan-Ermənistan müharibələri, münaqişələri o demək deyil ki, sülh yaratmaq mümkün deyil. Yaratmaq mümkündür. Bunun nümunələrini Avropa ölkələri göstərib. Bizim regionda da bunu bərpa etmək mümkün olacaq və “Qafqaz Evi” ideyası da bunun ideoloji abzasını təşkil edir”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ