Bazar günü günü, 15 noyabr 2026
     

Qeyri-neft sektorunun ixrac bazarının şaxələndirilməsi problemi davam edir

Image


Azərbaycanda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üçün dövlət tərəfindən bugünə qədər geniş həcmli tədbirlər görülüb, müvafiq proqramlar, strategiya və konsepsiyalar qəbul edilərək reallaşdırılıb. O da mühüm faktdır ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi üzrə xeyli sayda dövlət dəstəyi mexanizmləri işlənib hazırlanıb və reallaşdırılıb. Bunlara konkret misal kimi  regionların inkişafı, kənd təsərrüfatı məhsulları istehsalçılarının dəstəklənməsi məqsədilə iri infrastruktur layihələrinin həyata keçirilməsi, lizinq yolu ilə texniki təminatın təşkil edilməsi, gübrələrlə təchizat sisteminin yaradılması, inşaat, turizm, informasiya texnologiyaları sektorunda atılan addımları, biznes layihələri üzrə güzəştli kreditlərin verilməsini və digər stimullaşdırıcı tədbirləri göstərmək olar.

Bütün bunların nəticəsidir ki, cari ilin ilk 8 ayında Azərbaycan 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1 faiz çoxdur. Qeyri-neft ixracatının strukturu göstərir ki, Rusiya və Türkiyə aparıcı mövqeyini qoruyub saxlasa da, İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələr Azərbaycanın neftdən kənar sektorundan məhsul alan ilk beşliyə daxil olub. Hazırda ölkəmizdə qeyri-neft sektorunda istehsal edilən bəzi məhsullar dünyanın bir sıra ölkələrinə ixrac edilir. “Made in Azerbaijan” adı altında istehsal və ixrac olunan məhsullar dünya bazarında layiqli yerini tutmaqdadır. Bu məqsədlə xarici ölkələrdən ixrac ediləcək məhsullara sifarişlərin qəbul edilməsi ilə bağlı “Azeksport” portalı fəaliyyət göstərir. Bu isə Azərbaycan məhsullarını dünya ölkələrinə tanıtmaqda mühüm rol oynayır. Amma bu istiqamətdə problemlər də mövcuddur. Məsələn, ixrac bazarının şaxələndirilməsinə ciddi ehtiyac var. Ölkəmizdə bir çox rəqabətqabiliyyətli kənd təsərrüfatı və aqrar sektor məhsullarının artırılması potensialından zəif istifadə olunur. Bunun əsas səbəbi belə məhsulalrın ixrac bazarının coğrafiyasının məhdud olmasıdır. Məhz buna görə də bu sahədə ixrac potensialının daha obyektiv qiymətləndirilməsi və səmərəli ixrac istiqamətlərinin müəyyənləşdirilməsi problemləri həll edilməlidir.

İndilikdə, yuxarıda qeyd olunduğu kimi, qeyri-neft sektoru üzrə Rusiya hələ də əsas bazardır. Milli Məclisin deputatı Vüqar Bayramov məsələ ilə bağlı qeyd edib ki, qeyri-neft ixracatımızın üçdə biri Rusiyanın, təxminən 30 faizi isə Türkiyənin payına düşür: “Mövsümlə bağlı olaraq, Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının həcmi artıb. Növbəti aylarda, Türkiyə də daxil olmaqla, qeyri-MDB ölkələrinə daha çox məhsulun ixrac olunacağı gözlənilir. Digər tərəfdən, Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmində artımlar var. Qeyd edək ki, bu ilin mart ayından etibarən Azərbaycanla Türkiyə arasında 15 əsas mal qrupu üzrə preferensial (seçim) ticarət rejimi qüvvəyə mindi. Bu isə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərir. Bütövlükdə, iki ölkə arasındakı mövcud 4,5 milyard dollarlıq ümumi ticarət dövriyyəsini 2023-cü ilədək 15 milyard dollara çatdırmaq hədəflənir. Artımda digər səbəb qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir. Belə ki, bu ilin ilk 8 ayında qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68 faiz, pambıq lifi 88,5 faiz, alüminium və ondan hazırlanan məmulatlarda isə 45 faiz artım olub”. Ekspertin sözlərinə əsasən, son 5 ilin statistikası göstərir ki, pandemiyanın təsir etdiyi 2020-ci il istisna olmaqla hər il əvvəlki ilə nisbətən qeyri-neft ixracatında artım qeydə alınıb: “2016-cı ildə 1 milyard 237 milyon dollar olan qeyri-neft ixracatı 2017-ci ildə 1 milyard 538 milyon dollar, 2018-ci ildə 1 milyard 689 milyon dollar, 2019-cu ildə 1 milyard 954 milyon dollar, 2020-ci ildə isə 1 milyard 900 milyon dollar olub. Bütövlükdə, son statistika göstərir ki, “lock-down” tədbirlərinin tətbiq olunmadığı müddətdə qeyri-neft sektoru istehsal və ixrac imkanlarını artırmaq potensialına malikdir. Bu baxımdan, pandemiya davam edən aylarda da real sektorda sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur. Bu ilin ilk 8 ayında artım tempini nəzərə alsaq, 2021-ci ildə qeyri-neft ixracının ilk dəfə 2 milyard dollardan çox olacağı gözlənilir”. Amma yuxarıda qeyd olunduğu kimi, ixrac bazarının şaxələndirilməsi də burada ön planda yer almalıdır. Hazırda qarşıda qoyulan əsas vəzifə qlobal iqtisadi mühitdə xam neft, təbii qaz ixracının verdiyi maliyyə imkanlarından bəhrələnərək, geniş çeşidli, dayanıqlılıq və rəqabətqabiliyyətlilik meyarlarına söykənmiş qeyri-neft malları ixracı potensialının yaradılmasıdır. Düzdür, ölkənin aqrar məhsul ixracından əldə etdiyi gəlir neft-qaz ixracının gətirdiyi gəlirlə müqayisədə xeyli az olsa da, ekspertlər hesab edir ki, gələcəkdə iki istiqamətdə gəlirlərin bərabərləşməsi mümkündür. Amma bunun üçün ixrac bazarlarının şaxələndirilməsi, meyvə-tərəvəz və digər aqrar məhsulların ixracında Rusiyadan asılılığa son qoyulmalıdır. Nəzərə alınmalıdır ki, azad edilmiş ərazilərdə əsas etibarı ilə aqrar məhsulların istehsal potensialı olduqca yüksəkdir. İndiki halda Rusiya bazarı Azərbaycanın aqrar məhsullarının ixracı üçün böyük imkanlar yaratsa da, bir bazardan asılılıq həm də problem yaradır. Rusiyanın bir müddət əvvəl Azərbaycandan pomidor idxalına qoyduğu qadağa da bunun təsdiqidir. Sonradan ixrac, demək olar ki, tam bərpa edilib, amma vaxtaşırı bu cür problemin yaranması Azərbaycanda iqtisadiyyat, yerli sahibkarlar üçün böyük çətinliklər törədir. Ekspertlərə görə, Azərbaycan aqrar məhsullarının Yaxın Şərqə ixracını genişləndirə, eləcə də Avropaya ixrac edə bilər. Ölkənin aqrar məhsullarının ixracının 20-30%-nin ərəb ölkələrinin payına düşməsi Azərbaycan üçün mühüm yenilik ola bilər. Bu mənada, Azərbaycan öz məhsullarının ərəb bazarlarında geniş təqdimatını etməlidir. Bu işi həyata keçirmək üçün isə vaxt lazımdır. Ekspertlərin fikrincə, Azərbaycan məhsulları bir müddət sonra ərəb bazarlarında yerini tuta biləcək, çünki bu məhsullar çox keyfiyyətlidir. Azərbaycan məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı da təmin edilə bilər. amma bu istiqamətdə proseslər tezləşməlidir.

Tahir TAĞIYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ