Bazar günü günü, 15 noyabr 2026
     

Bu gedişlə Ermənistanda adam qalmayacaq – ölkənin demoqrafik durumu katastrofik həddə…

Image


Aparılan hesablamalar göstərir ki, bu ilin yanvar-iyul aylarında Ermənistanda əhalinin təbii artımı cəmi 1252 nəfər təşkil edib. Ermənistan Milli Statistika Xidmətinin məlumatında bildirilir ki, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 1.8 dəfə, 2019-cu illə müqayisədə isə 2.9 dəfə azdır. Müqayisələr göstərir ki, ölkədə təbii artım dinamikasındakı tendensiyalar pisləşməyə doğru gedir. Bunda Ermənistanda koronavirusdan ölənlərin sayının kəskin artması da rol oynayıb. Belə ki, yanvar-iyul aylarında koronavirusdan 2.3 mindən çox ölüm hadisəsi baş verib. Bu rəqəm ötən ilin analoji dövründə 800 nəfər idi.

Bundan başqa, təbii artımın azalmasına ermənilərin kütləvi şəkildə ölkəni tərk etməsi də ciddi təsir göstərir. 2018-2020-ci illərdə və bu ilin yanvar-iyun aylarında 103.6 min erməni Rusiya vətəndaşlığını qəbul edib. Onlardan 21.9 mini bu ilin yanvar-iyun aylarının payına düşür. Ötən il Rusiya vətəndaşlığına 30.5 min erməni qəbul edilib. Göstərilən rəqəmlərdən də aydın olur ki, proses artım xarakteri daşıyır. Miqrasiya prosesi təkcə Rusiya ilə məhdudlaşmır. Əsasən reproduktiv yaşda olan kişilər və qadınlar da daxil olmaqla, daha çox gənc ailələr ölkəni tərk edir. Bu da qısa müddətdə ölkənin demoqrafiyasında mənfi nəticələrə gətirib çıxarır. “News.am” portalı bu xüsusda yazır: “Miqrasiya sahəsində ötənilki rekordun bu il artacağı tamamilə mümkündür. Emiqrasiya prosesinin yalnız Rusiya ilə məhdudlaşmadığı məlumdur. Həm də aydındır ki, reproduktiv yaşda kişilər və qadınlar da daxil olmaqla, əsasən gənc ailələr mühacirət edir. Bu, artıq qısa müddətdə ölkənin demoqrafiyasını aradan qaldırıla bilməyən mənfi nəticələrlə təhdid edir”. Ölkədə ötən illərə nisbətən xeyli pisləşən sosial-iqtisadi vəziyyət, yaxın perspektivdə həlli görünməyən siyasi böhran əhalinin gələcəklə bağlı bütün ümidlərini məhv edib. Elə bu səbəbdən həyatını Ermənistandan  kənarda davam etdirmək istəyənlərin sayı artır. Rəsmi rəqəmlərə əsasən, Ermənistanda əhalinin sayı 2,9 milyon nəfərdir. Lakin ermənilərin özləri etiraf edir ki, reallıqda bu göstərici xeyli azdır. Çünki rəsmi qeydiyyatda olan əhalinin tərkibinə xaricdə yaşayan, ancaq Ermənistan vətəndaşlığından çıxarılmayan şəxslər də daxildir. Ermənistan hökumətinin demoqrafiya probleminin həlli üçün həyata keçirdiyi siyasət, o cümlədən əhali artımını stimullaşdırmaq üçün elan etdiyi proqramlar, faktiki olaraq, iflasa uğrayıb. Bu səbəbdəndir ki, ölkəni tərk edənlərin sayı hər il artır. Erməni ekspert Qaqik Yeqanyan bildirir ki, ölkəni tərk edənlərin 1,1-1,2 milyonu Rusiyaya, 150 mini ABŞ-a, 120-150 mini Avropaya, digərləri MDB-nin müxtəlif ölkələrinə və digər dövlətlərə köçüb: “Kütləvi mühacirət 1992-1994-cü illərdə qeydə alınıb. Son 3 il ərzində təxminən 600 min vətəndaş və ya o dövrdə əhalinin 16% -i Ermənistanı geri dönməmək şərti ilə tərk edib. 1995-2001-ci illər ərzində Ermənistandan təqribən 250 min nəfər, ildə orta hesabla 40-45 min insan mühacirət edib”.
Onun sözlərinə görə, 2002-2007-ci illərdə ölkəni tərk edənlərin sayı ildə 25-27 min nəfər təşkil etsə də, 2016-18-ci illərdə bu rəqəm 35-40 min nəfər olub: “Maraqlıdır ki, 1 yanvar 1991-ci il tarixinə qədər Ermənistanda əhalinin sayı 3 milyon 574 min 500 nəfər idi. Buradan 30 ildə mühacirət edən 1,6-1,7 milyonu çıxsaq, Ermənistanın əhalisi 1,8-1,9 milyon nəfər olmalı idi. Bu arada, rəsmi statistikaya görə, 1 yanvar 2020-ci il tarixinə (bu son rəsmi məlumatdır) Ermənistan əhalisi 2 milyon 961 min 900 nəfərdir. Amma reallıq rəsmi statistikanın yalan olduğunu göstərir. Əgər 1980-ci illərdə Ermənistanda hər il 90 min uşaq dünyaya gəlirdisə, son illərdə 10-12 min uşaq dünyaya gəlir. Bunların da sayı azalmağa doğru gedir”. O bildirir ki, indiki sosial-iqtisadi vəziyyətdə gənclər ailə qura bilmir: “Ailə qurduqdan sonra cütlüklər dünyaya çoxlu uşaq gətirmək istəmirlər ki, bu da sosial problemlərlə bağlıdır. Bu, həm də miqrasiyanın hesabına baş verir, çünki Ermənistandan gedənlər arasında reproduktiv və əmək qabiliyyətli adamlar üstünlük təşkil edir. Bunun hesabına yaşlı əhalinin xüsusi çəkisi artmaqda davam edir". Ermənistan həm də daha çox yaşlı əhaliyə malik olan ölkədir. Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, ölkələrdə mövcud olan yaşlanmanın nisbəti 65 yaş və ondan yuxarı, ümumi əhalinin 7%-ni təşkil etdikdə həmin ölkə yaşlı əhaliyə malik ölkə hesab olunur. Ermənistanda bu göstərici 11%-ə çatıb. BMT-nin məlumatına görə, 2050-ci ildə Ermənistanda əhalinin 40%-dən çoxunu yaşlı insanlar təşkil edəcək. Demoqrafik vəziyyətdə təhlükənin əsas göstəricilərindən biri məktəblərdə və universitetlərdə tələbələrin sayının ildən-ilə azalmasıdır. Ölkəni tərk edənlərin təxminən 30%-i universitet məzunu, 49%-i orta məktəb məzunudur.

Dünya Bankının məlumatına görə, Ermənistanda bəzi sahələrdə qadınların aktivliyi kişilərlə müqayisədə daha yüksəkdir. Məsələn, ötən il kənd təsərrüfatında çalışanların 32.8 faizini qadınlar, 26.9 faizini isə kişilər təşkil edib. Xidmət sahələrində çalışanların 58.2 faizini qadınlar, 48.9 faizini isə kişilər təşkil edib.

Bu ölkədə qadınların sayı kişilərlə müqayisədə daha yüksəkdir. Demoqrafik disbalans da 10 faiz fərqlə qadınların xeyrinədir. İndi Cənubi Qafqaz ölkələri içərisində Ermənistan ən az əhaliyə malik ölkədir. Bu sahədə problemlərin davam etməsi isə qaçılmaz hesab edilir.

Nahid SALAYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ