Bazar günü günü, 15 noyabr 2026
     

Gəldilər, gördülər, çəkdilər və yazdılar - Əkbər QOŞALI yazır

Image


Türk Keneşinin təşkil etdiyi 4 günlük mediaturda iştirak etdim. Mediatur Ermənistanın vandalizmini, erməni barbarlığını, Azərbaycanın dinc quruculuq siyasətini, azadlıqdan abadlığa keçidi Keneş üzvü olan ölkələrin jurnalistlərinin bilavasitə görməsinə və göstərməsinə (yazmasına) xidmət edirdi.

Mediatur iştirakçıları üçün tərtib olunan marşurut, proqram qısa şəkildə dörd sözlə ifadə oluna bilər: GƏLDİK, GÖRDÜK, ÇƏKDİK, YAZDIQ... Bəli, hələ 2012-ci ildə “Gəldik, gördük, yazdıq” layihəsi ilə çıxış etmiş, eyni adlı kitab tərtib etmiş qardaşınız olaraq, bu mediaturun fəlsəfəsi, tərtibi mənə çox məntiqli gəldi – məncə, bütün iştirakçılara da müsbət təsir göstərdi.

İş elə alındı ki, mən qonaqlara Şuşada qoşuldum (Vaqif Poeziya Günlərində iştirak etdiyimçün Şuşadaydım). Mediatur iştirakçılarını, o cümlədən özbək, qazax, qırğız və digər qardaşlarımızı Şuşada salamlamaq xoş idi. Bəri başdan deyim, heyətdəki azərbaycanlı jurnalistlər, habelə bir gənc qazax, bir gənc özbək də daxil olmaqla, daha öncə tanış olduğumuz jurnalistlərlə məhz Şuşada görüşmək xoş idi. Qonaqların Şuşaya gəliş günü Qırğız Respublikasının, Şuşada ilk səhərləri isə Özbəkistanın dövlət müstəqilliyinin 30-cu ildönümünə təsadüf edirdi. Əgər inansaq ki, bu aləmdə, təsadüf yoxdu, nə olursa təvafüqlükdəndir (“Lə tucəd sadfətə fil aləm, hunəkə tavafuq”), o zaman qardaş ölkə gənc aydınlarını Şuşada qutlamaq lap yerinə düşdü. Qardaşlarımızın bayrağı uca olsun! Umaram, hər bir qardaş ölkənin gələcəkdə Şuşada konsulluğu açılar (inşallah). Digər qardaş ölkə jurnalistlərinin Azərbaycan və Türkiyə bayraqlarını Şuşanın girişində qoşa dalğalanan görməsi də, özünəməxsus mahiyyət daşıyırdı. Elə bilirəm, hər qardaş ölkə öz bayrağını orda görmək istərdi... (Azərbaycan və Türkiyə dövlət bayraqlarının Şuşada, bir çox şəhər və rayonumuzda Azərbaycan, Türkiyə və Pakistan dövlət bayraqlarının qoşa dalğalanması Azərbaycanın qədirşünaslığının ifadəsidir. Bu ifadəlilik 44 günlük müharibədə bizim haqq işimizə Türkiyənin, Pakistanın yüksək, əvəzsiz mənəvi, siyasi dəstəyini özündə barındırır).

Türk Keneşinin mediaturu - davamlı olsun

Türk Keneşinin ölkəmizin işğal, müharibə və müharibəsonrası gerçəklərinini əyani göstərməyə imkan verən mediatur təşkil etməsi çox anlamlıdır. İnşallah son olmaz; hər kəs razılşar ki belə mediaturlar hər ay təşkil olunmalıdır. Qoy daha çox jurnalist həqiqətlərlə yerindəcə tanış olsun, daha çox insan Azərbaycanı tanısın. Zatən tanıdıqca sevəcəklər, inanacaqlar. Azərbaycan bir başqadır. Azərbaycanın Şuşası bir başqadır. Bir başqadır 44 günlük müharibəmiz, müharibədəki qızıl ləyaqətimiz, müharibəsonrası ildırımsürətli quruculuq işlərimiz...

Ümumiyyətcə hər hansı ölkənin konstruktiv mövqeli jurnalistinin işğaldan azad edilmiş bölgələrimizə gətirilməsi məqsədəuyğundur; lakin məhz Türk Keneşi xətti ilə təşkil edilən mediaturların öz yeri var.

Ayrıca, ortaq türk qurumlarında təmsilçimiz olan həmvətənlərimizin çalışmaları nə qədər güclü olarsa, bu, həm ölkəmizə, həm də türk dünyasına (bütün tərəqqipərvər bəşəriyyətə) xeyirlidir.

Yol boyu qədim dostumuz-qardaşımız, Əməkdar jurnalist Azər Həsrətlə elə hey bu mövzularda danışırdıq. Sağolmuş rusdilli ilə rusca, ingilisdili ilə ingiliscə, hələ bir arada almanca danışır, tərcüməçi, politoloq, kulturoloq, türkoloq kimi performans göstərərək hansı tərəfdn baxsan ordan görünürdü. “DAILY SABAH”dan Kənan Kıran, Özbəkistanın “Xalq sözü” qəzetindən gənc jurnalist Dilşad, Azərbaycanlı jurnalistlər, Media Agentliyinin departament rəisi Rasim Bağırov, Türk Keneşi Baş katibinin müavini Qismət Gözəlov və b.-ları ilə söhbətlər, dərdləşmələr, uğurlaşmalar xoş idi.

Biz mediaturda olarkən araşdırmaçı-yazar dostumuz Oktay Hacımusalı zəng etdi ki, bəs "EaDailyCom"da müsahibən yayınlanıb. Dedim, mən elə bir media orqanına müsahibə verməmişəm; dedi, "Daily Sabah"dan götürüb, öz bildikləri kimi də yorumlayıblar: "Turtsiya prevraşşaet Şuşu v simvol panturkizma"...

Saytın redaksiya heyətinə baxdım: "Zamestitel qlavnoqo redaktora — Aqadjanyan Mixail Vyaçeslavoviç;

Redaktor otdela "Zakavkazğe" — Beqlaryan Anna Albertovna". - Məsələ aydındır, necə deyərlər: no comment.

Şuşa izlənimləri

Şuşanın azad olunacağını ağıllarına gətirməyən, dağlarda əbədi toy çaldıqlarına inanların iç üzünü, saxta mədəniliklərini, saxta qəhrəmanlıqlarını, dünyanın dörd tərəfində Azərbaycan əleyhində saxta təbliğatlarını... görmək, göstərmək, çəkmək, yazmaq bir başqadır...

Yaxşı xatırlayırıq: 10 ay öncələri Şuşa şəhər komendantlığını öz üzərinə götürəcəyini, bununla Şuşanı keçilməz edəcəyini söyləyən bir Seyran Ohanyan vardı. Adam general-polkovnikdi guya, “qalib ordu”ya rəhbərlik etmişdi, neynəmişdi... – bəlli oldu ki, Azərbaycan vulkanı qalxınca, Azərbaycan Ordusu şahlanınca Ohanyan bir şəhər komendantlığına da yaramırmış. Təsəvvür edin: o Ohonyan və ya Ohonyanlar dağların başındaydı. 28 il orada möhkəmlənmişdilər və üzərlərinə gedən Azərbaycan hərbçilərinin ən yüksək rütbəlisi polkovnikdi – o polkovniklərin başçılıq etdiyi bölmələrdəki mənsubların bir çoxu Şuşa səmtində ilk dəfə olurdu, buna baxmayaraq, heç nəyə baxmayaraq, onlar çıxılmaz dağlara dırmanırdı, mümkün olmayanı mümkün edirdi! Şuşada doğulmuş general-polkovnik Ohanyan və onun kimi ohonyan-mohonyanlar rəzil oldu bizim aslanparçaları qarşısında. “Keçilməz Ohanyan xətti”nin müəllifi olan “əfsanəvi general-polkovnik”, “yenilməz qəhrəman” 2020-ci il noyabrın ilk günlərində Şuşadan öz murdar canını zar-zor qurtarıb qaçdı İrəvana... İndi uğursuz dövlətin parlamentinin üvüdür, mülki qiyafətdə ön cərgədə oturub tribunaya butulka-zad atır... Bu, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi müzəffər Azərbaycan Ordusunun yaratdığı tarixi gerçəklikdir.

Ohanyanlar-mohanyanlar doğrudan da çox keçilməz maneələr quraşdırmışdı; bu barədə jurnalistlərə Füzlidə, Ağdamda, Hərbi Qənimətlər Parkında izahat verildi. İşğalçıların Ağdam istiqamətində 7 qat, Füzuli istiqamətində 5 qat keçilməz sədlər silsiləsi quraşdırdığını bilincə, görüncə Azərbaycan Ordusunun əks-hücumda da, sülhə məcburetmədə də nə qədər fövqəladə uğur qazandığı əyani müstəviyə keçir. Amma işğalçılar Azərbaycanda onların keçilməz sandıqlarını, onların 30 ilə quraşdırdıqlarını 44 gün içində darmadağın edən bir mükəmməl ordu yetişdirildiyinin fərqində olmamışdılar, qaliba. Qaliba, bizim məğlubiyyətlə barışa biləcəyimizi düşünmüşdülər; düşünmüşdülər ki, əgər bu barışıq baş tutmayıb da, hücuma keçərsək, silsilə maneələr arasında qalıb, çoxsayda itkilərlə yeni məğlubiyyətlərə uğryaracağıq... Bunlardan başqa fikirdə olanları belə, Şuşa, Laçın, Kəlbəcərə yetə bilməyəcəyimizi, ən uzağı, Ağdam, Cəbrayıl, Füzuli istiqamətində irəliləməklə yetinəcəyimizi düşünürdülər bəlkə. Bunları niyə yazıram? Türk ölkə və topluluqlarından olan qardaşlarımıza, bölgə dövlətlərinə, hər kəsə Azərbaycanın necə bir dəhşətli, məkrli, həyasız, arxalı düşməni yendiyini bildirməmiz çox önəmlidir. Bilinsin ki, 44 günlük müharibənin nəticəsi etibarı ilə Zəngəzur dəhlizinin də açılışı olacaq. O dəhlizin xeyri bütün qardaşlarımızın həyatına təsir edəcək.

Zəngəzur dəhlizinin işə düşməsi bir yana, onun haqqında düşünmək belə bir il öncəyədək xəyal kimiydi. Böyük xəyalı olmayanın böyük gələcəyi olmaz deyiblər. Təbii, Biz yalnız xəyal qurmadıq, ordu qurduq; o xəyalın, necə deyərlər çertyojunu çəkdik, infrastrukturunu layihələndirdik. Təsəvvür edilməyən necə gerçəklik olar? İndi ildırımsürətli təmir-bərpa, quruculuq, abadlıq gedən Qarabağ torpaqlarında yeni bir Azərbaycan möcüzəsi yaşanır.

Azərbaycan dünyada, bölgədə bir çox yeniliklərə imza atıb. Azərbaycan qızıl ləyaqətlə apardığı 44 günlük müharibə ilə, Şuşanın azad olunması əməliyyatı ilə, qalib gəldikdən sonrakı dözümlü, qızıl ləyaqətli davranışları ilə də bir örnəkdir! Azərbaycanın qədrini bilmək, Azərbaycanın dostluğunu, qardaşlığını qiymətləndirmək özü bir dəyərdir.  

Füzuli

Biz Zəfər Yolu ilə getdik-gəldik. Zəfər Yolu Füzulidən başlayır. Füzuli şəhəri yoxdur, Füzuli şəhər yeri, Füzuli şəhər yaddaşımız var. O yaddaşdır ki, bizə ildırımsürəti ilə hava limanı tikməyi nəsib etdi. Dövlət babanın qətiyyəti, şəxsən dövlət başçısının prinsipiallığı, uzaqgörənliyi sayəsində hava yollarımızın, limanlarımızın xəritəsi dəyişdi, artıq Füzuli hava limanına uçuş həyata keçirilib; bugün-sabah Zəngilan, Laçın hava limanlarının açılışı olacaq.

70 il içində SSRİ-nin, 30 il işğal müddətində işğalçı Ermənistanın Qarabağda, o cümlədən Füzulidə, Laçında, Şuşada, Kəlbəcərdə, Ağdamda, Cəbrayılda, Zəngilanda, Qubadlıda... qurmadığı, yaratmadığı infrastruktur çox qısa zamanda müstəqil Azərbaycan dövləti tərəfindən yaradılmaqdadır. Ermənistanla məsələ aydındır – onlar vandallardı, onlar qurmaqçün yox, dağıtmaqçün mövcuddur, enində-sonunda öz uğursuz dövlətləri də başlarına uçacaq, günlərin bir günü Qafqaza gəldikləri (gətirildikləri) kimi, Qafqazdan cəhənnəm olub, gedəcəklər... Ancaq SSRİ kimi qüdrətli bir dövlət 70 il içində Laçında hava limanı tikmişdimi? – Yox. SSRİ Kəlbəcərə ehtiyac olan körpüləri çəkmiş, tunelləri açmışdımı? – Yox. SSRİ Zəngilanda ağıllı qəsəbələrmi salmışdı, hava limanımı salmışdı? – Yox, yox. SSRİ dövründə Ağdam şəhərində 100 min əhali üçün münbit ortam yaradılmışdımı? – Yox. – Bugün-sabah Ağdam şəhəri Qarabağın da, Azərbaycanın da, Qafqazların da ən ağ, ən gözəl, ən çağdaş və də ağıllı şəhəri olacaq!

Bəlkə SSRİ Yollar Nazirliyinin Füzulidən Şuşaya yol çəkmək imkanı yoxuydu? Müstəqil Azərbaycan 7 aya Zəfər Yolu çəkdi. Yəni ölkə, şəhər, xalq özünün olanda, dövlət milli olanda, dövlət başçısı vətəncanlı olanda belə olur: yol da çəkilir, körpü də tikilir, tunellər də qurulur, hava limanları da işə salınır! Bax, biz bu fərqi görürük, göstəririk, öyünürük. Yəni biz yalnız müharibə aparmağı deyil, müharibədən sonrakı qurucluğu – azadlıqdan abadlığa keçidi də ləyaqətlə, şərəflə yerinə yetirə bilirik. Ötən il hərbçi qardaşlarının döyüş meydanında göstərdiyi şücaəti, fədakarlığı, ləyaqəti indi dinc quruculuq meydanında inşaatçılar, energetiklər, təmir-bərpa ilə məşğul olan bütün qardaş-bacılarımız özünəməxsus şəkildə davam etdirir.  

Biz nə müharibə edərkən, nə də indi insanlığa, ən ümumi bəşəri dəyərlərə qarşı heç bir addım atmadıq, atmırıq, gələcəkdə də atmayacağıq – bu, bizim xarakterimizdir. Qardaş, dost ölkələrdən gələn jurnalistlərə də bunu deyir, bunu göstəririk...

Gəncə

Bəllidir ki, Gəncə döyüş bölgəsindən uzaqlarda, heç bir hərbi əməliyyat zərurəti olmayan, dinc Azərbaycan şəhəridir. Jurnalistlərin məhz Gəncəyə atılmış raketlərlə dağıdılmış evləri görməsi, raket zərbələrinin günahsız qurbanları – gecəyarısı yuxudaykən öldürülmüş körpələr, qadınlar, qocalar haqqında bilgiləndirilməsi Azərbaycanın necə bir ləyaqətsiz, kuraltanımaz düşmən üzərində qələbə qazandığını göstərmək baxımından çox önəmlidir. Bəzən başqa-başqa informasiya agentliklərinin yanlış yönləndirməsinə məruz qalmış qardaş ölkə jurnalistlərinin çəkingən tavrlarını görürük. Görürük ki, bizim jurnalistlər onlardan müsahibə almaq istərkən könülsüz olurlar, yaxud "siyasi sual olmasın" deyirlər və s... Ancaq döyüş bölgəsindən uzaqdakı bir qədim mədəniyyət beşiyinin heç bir hərbi zərurət olmadan, sırf təşviş yaratmaq, günahsız azərbaycanlıları öldürmək məqsədi ilə raket zərbələrinə məruz qoyulduğunu görüb, susmaq çox çətindir. O acı mənzərə artıq siyasi deyil, insani münasibət tələb edir...

Ağdam

Gəncədən sonra Ağdam şəhərinə, daha doğrusu, şəhər yerinə səfər etdik. Bu, mənim Ağdama ikinci səfərim idi. Bu il martın əvvəlində etdiyim birinci səfərlə müqayisədə, maşallah, şəhər planlaması, quruculuq prosesi, infrastruktur müəyyənləşmələri açıq-aydın görünür. Çoxmərtəbəli bina tikintisi üçün işlək kran, ağıllı şəhərin baş planına uyğun təməlatmalar, yeni ünvanların göstəriciləri, nişanlar... – Ağdamın gələcək ağ günlərinin xəbərçisidir. Dünyada Ağdam kimi Ağdam olmayacaq! Ağdamlı dostlarımı indidən təbrik edirəm! Cəmi bir neçə ildən sonra “Keşkə, Ağdamda evim olsaydı” deyəcyik. Deyək. Deyə-gülə gedək Ağdama. Qara günlərin keçmişdə qaldığına, ağgünlərin əbədi olacağına sarsılmaz inamımız var. Bu inamı bizə bəxş edən şəhidlərimizin əziz ruhu qarşısında baş əyir, torpağını öpürəm.

Bayrağımız uca olsun, dövlətimiz var olsun!

Ağdamda Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovun jurnalistlərin suallarına aydın, səmimi cavabları xüsusi yaddaqalan oldu. Necə deyərlər, ənənəvi icra başçısı tipindən çox uzaq, çağdaş, səmimi, üzüişıqlı, əlçatan bir rəhbər (doğrudan da, xüsusi nümayəndə) olaraq gördük Emin Hüseynovu. Prezidentin Şuşadakı Xüsusi nümayəndəsi Aydın Kərimovu da, hər iki Xüsusi nümayəndəlikdə çalışan köhə dostları da çağdaş çağırışlara açıq, səmimi, dövlətcanlı, vətəncanlı, xalqcanlı gördük, şad olduq. İşləri nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir!

İşləri avand olsun!

Hərbi Qənimətlər Parkı

Mədəniyyət Paytaxtından Qarabağın yeni hava limanına evsahibliyi edən Füzuli üzərindən Gəncəyə - 880 illiyi bu il qeyd olunan Nizaminin yurduna, oradan Qarabağımızın Ağdamına, oradan da ölkəmizin paytaxtı Bakıya səfər etdik.

“Bizim Bakı – bizim ürək”!

Qonaqların son işçi günündə ziyarətlərimiz Hərbi Qənimətlər Parkından başladı.

Mükəmməl konsepsiyalı Hərbi Qənimətlər Parkında diqqətimi xüsusi çəkən bəzi məqamları bölüşmək istərdim. Parkda işıqlandırma dirəkcikləri olaraq işğalçıların top mərmilərinin gilizindən, oturacaq olaraq düşmən sursat saxlanclarından (yeşiklərindən) istifadə edilib. Kiçik atıqlar üçün silindirik qablar yenə düşmən hərbi sursatlarından irdələnib, tasarlanıb.

Düşmənin bizim üzüm tənəklərindən istifadə edərək, yaratdığı səngərlər, hərbi müşahidə mövqeləri də ustalıqla canlandırılıb. Yəni işğalçılar bizim üzüm tənəklərini hərbi məqsədlər üçün, qan-qada üçün, işğal siyasəti üçün istifadə edib, biz isə onların işğalçün istifadə etdiyi silah-sursatdan dinc məqsədlər üçün yararlanırıq. - Hərbi qənimətlərə sənətin estetik dəyərləri ilə yanaşmışıq, əla da alınıb.

Üzəri QARABAĞ AZƏRBAYCANDIR! şüarlı erməni hərbi texnikalarına aid çoxsaylı fərqlənmə nömrələri də, ermənilərin Azərbaycanlıların mülki avtomobillərinin nömrələrindən düzəltdiyi və şövqlə turistlərə göstərdiyi məlum lövhəyə sərrast cavabdır. Ziyarətçilər belə fərqli yanaşmalar əsasında (da) iki xalqın, iki dövlətin fərqini, hadisələrə, insana, dəyərlərə, dünyaya münasibətini açıq-aydın görə bilir. Məncə, bu dəfəki mediatur iştirakçıları məhz bu fərqi xüsusi fərq etdilər...     

Heydər Əliyev Mərkəzi

Qonaqların yalnız müharibə yaxud müharibəsonrası hadisələrlə deyil, Azərbaycanın tarix, mədəniyyət və digər həqiqətləri, uğurları, bəşəri töhfələri ilə tanış edilməsi çox gözəl düşüncədir. Onlar görür, onlar soruşur, onlar çəkir, yazır, yayır... Bu isə sövq-təbii tərənnümə, təbliğata çevrilir. Azərbaycan olduğu kimi tanıdılmağı və sevilməyi artıqlaması ilə haqq edir. Azərbaycanı tanıyıb, sevməmək sadəcə mümkün deyil!

Çağdaş sənət örnəklərinin sərgiləndiyi Heydər Əliyev Mərkəzində Azərbaycanın qədim yaşayış məskənlərinə evsahibliyi edən unikal ölkə olduğu əyani vəsaitlərlə nümayiş olunur: Azıx mağarası, Qobustan Qayaüstü abidələri və s. buna sübutdur. Azərbaycan bir sıra dəyərləri ilə yalnız aid olduğu Qafqazlara, Türk-İslam dünyasına deyil, Avropaya, Qərb ölkələrinə örnəkdir:

-Dünya ədəbiyyatında ilk “Xəmsə”şəkilli bədii yaradıcılıq örnəyini dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıb. Nizamidən sonra hind şairi Dəhləvi, özbək şairi Əlişir Nəvai və başqları bu üsula müraciət edib. Dahi şairin 880 illik yubileyi şərəfinə 2021-ci il respublikamızda Nizami İli adlandırılıb;

- Şərqdə ilk diplomat qadın Qaraqoyunlular dövlətinin qurucusu Uzun Həsənin anası Sara Xatundur.

-Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətidir. Xalq Cümhuriyyətimiz Şərqdə qadınlara seçki hüququnun verilməsi ilə də ölkəmizə bir ilk yaşadıb;

-Müsəlman aləmində ilk dünyəvi qızlar məktəbi Azərbaycanda açılıb. Hacı Zeynalabdin Tağıyev 1896-1901-ci illərdə inşaatı başa çatmaqla Şərqdə ilk dünyəvi qızlar məktəbi olmuş təhsil və tərbiyə ocağının açılmasına nail olub;

-Müsəlman Şərqində opera sənətinin əsası 12.01.1908-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə qoyulub. Operanın müəllifi dahi bəstəkarımız Üzeyir Bəy Hacıbəyli olub;

-Şərqdə ilk opera yazan qadın bəstəkar, mərhum Xalq artisti, dünya şöhrətli musiqiçi, bəstəkar Şəfiqə Axundovadır. O, 1971-ci ildə “Gəlin qayası” operasını yazmaqla Ümumşərq tarixində uğura imza atıb;

-Güney Avropa, Yaxın Şərq və Qafqazda ilk qadın pilot azərbaycanlı Leyla Məmmədbəyovadır. O, Bakı Aviasiya Klubunda peşəkar təyyarəçi olaraq yetişdirilib və ilk uçuşunu 1931-ci ildə edib;

-Dünya tarixində ilk dərin neft quyusu 1844-cü ildə qazma üsulu ilə Bakı mədənlərində qazılıb. Bu hadisə əllə qazmanın sonu olub;

-Dünya neft tarixində ilk dəfə buruq üsulu 1884-cü ildə istifadə olunub. Bu hadisə sonralar dünya neft elmində Bakı üsulu adı ilə ün qazanıb;

-Dünyada ilk dəfə açıq dənizdə neft platforması Xəzər Dənizinin Azərbaycan sektorunda salınan Neft Daşları platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulan bu şəhər dünyanın “8-ci möcuzə”si (“Möcuzələr adası”) kimi də ün qazanıb;

-Dünyada ilk dəfə anelgeziyanı kəşf edən alim Mustafa Topçubaşovdur. Dünya anesteziologiya elm tarixində ilk dəfə olaraq orginal keyitmə üsulunu (inyeksiyon efir yağ narkozunu “Analgezin”i) o kəşf edib (1937). Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına görə, geniş tətbiq edilib;

-Yüksək oktanlı benzin və məhvedici kokteylin ixtirası da Azərbaycanla, Azərbaycan alimləri ilə bağlıdır. Əfsanəvi akademik Yusif Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu  hazırlayıb ki, bu da II Dünya Müharibəsi illərində Azərbaycanın da tərkibində olduğu SSRİ aviasiyasının yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək edib. Faşist ordularına qarşı SSRİ-nin qələbəsində tank əleyhinə qarışığın kəşfinin də çox böyük önəmi olub. Onun tərkibi Yusif Məmmədəliyev tərəfindən toluolun (partlayıcı maddələr üçün xammalın) əldə edilməsi əsasında işlənərək hazırlanıb;

- (Keçmiş) SSRİ-nin kosmik proqramlarının qurucusu soydaşımız Kərim Kərimov olub. Raketlər və kosmik sahədə bir çox ixtiralar, təkmilləşdirmələrlə SSRİ-də bütün digər elm adamlarını ötüb keçən Kərim Kərimov 1966-cı ildə SSRİ-nin Kosmik Gəmilər üzrə Dövlət komissiyasının sədri seçilib, 25 il bu vəzifədə çalışıb. Kərim Kərimiov kosmik araşdırmalar və elmi sahədə etdiyi ixtiralar müəllifi olaraq, kosmik qoşunların general-leytenantı rütbəsinə yüksəlib;

-Azərbaycanın dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı (bu sətirlər yazılarkən adgünü olan) Lütfizadədir. Lütfizadə hazırda bütün dünyada rəqəmsal texnologiyaların istehsalı və tətbiqində işlədilən qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı olub;

-Dünyada ilk Miniatür Kitab Muzeyi Azərbaycanda fəaliyyətə başlayıb. Muzeyin açılışı 23.04.2002-ci ildə olub. 3500-dən çox eksponatın yer aldığı muzey İçərişəhərdə yerləşir;

-Dünyada ilk və yeganə Beynəlxalq Muğam Mərkəzi də Bakı şəhərində yerləşir. Mərkəz 2009-cu ildə fəaliyyətə başlayıb.

Əlbəttə, bu Azərbaycan İLKlərinin tam siyahısı deyil.

Respublikamız, xalqımız, alimlərimiz, idmançılarımız, sənətçilərimiz, gənclərimiz daim fərqli sahələrdə öz sözünü deməyi bacarıb.

Azərbaycanın “Avroviziya” mahnı yarışmasında qalibiyyəti və bu yarışmaya evsahibliyi etməsi, “Baku-2015” – I Avropa Oyunlarının (ardınca IV “İslam Oyunları”nın, eləcə də, “Formula-1” yarışlarının və s.) keçirliməsi – yüksək səviyyədə  keçirilməsi ölkəmizi Avrasiya və dünya miqyasında daha çox tanıdıb, xarici ölkə vətəndaşlarının diqqətini cəlb edib. Bu da özünü ölkəmizin iqtisadi və mədəni sahədə inkişafında göstərib. Bu və bu kimi iqtisadi, siyasi, elmi, mədəni (digər əməli çalışma) sahələr(in)də  uğurlar gələcək günlərdə də dünya miqyasında özünü göstərəcəkdir.

Heydər Əliyev Mərkəzinin sərgi salonları Azərbaycan İLKləri də daxil olmaqla, Azərbaycanın bəşər mədəniyyətinə töhfələrini, özüməməxsusluğunu, potensialını, multikultural dəyəyərlərini universal şəkildə, çağdaş İKT tətbiqi ilə nümayiş etdirir.

Bizim görəvlərimizdən biri də məhz  müstəqilliyimizi, milli dəyərlərimizi qoruyub onlara sahib çıxmaq, onları tanıtmaqdır.

Elə Heydər Əliyev Mərkəzinin özü bir İLKdir – dünyanın nadir memarlıq incisidir.

Bakı Kristal Zalı (Baku Crystal Hall)

Türk Keneşi xətti ilə ölkəmizə səfər edən jurnalistlərin başqa bir duracağı da paytaxtımızın böyük mədəniyyət müəssisəsi - Bakı Kristal Zalı oldu. Qonaqlara Azərbaycan gənc sənətçilərinin “Avroviziya” mahnı yarışmasında başarılı iştirakı, 2012-ci ildə qısa müddət içində istifadəyə verilmiş memarlıq hadisəsi Bakı Kristal Zalı haqqında bilgi verildi. 

İTV-nin Baş direktoru Balakişi Qasımovla çay süfrəsi arxasında görüş də Bakı Kristal Zalında baş tutdu. Balakişi Qasımov İTV-nin fəaliyyəti daxil olmaqla, qonaqları maraqlandıran bir sıra suallara cavab verdi. 

Təkliflərim:

-Mediaturların marşurutu elə cızılmalı, vaxt elə ayarlanmalı ki, yolda keçən saatlar, ziyarətlərə, işgüzarlığa həsr olunmuş saatlara nisbətdə daha az olsun;

-Mediatur iştirakçılarından arzu edənlərin qatıldığı sosial media qrupları yaradılsın və o qruplarda müzakirələr gələcəkdə də davam etsin;

-Belə mediaturlardan sonra bir kataloq, hansısa jurnalın xüsusi buraxılışı yaxud kitab nəşri, sənədli film hazırlanması məqsəduyğun olardı.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ