Bazar günü günü, 15 noyabr 2026
     

Rusiyalı yeni həmsədr Xovayev İrəvanda separatçı ilə görüşdü - axırı xeyir olsun…

Image


Yayılan məlumatlara görə, ATƏT-in Minsk Qrupunun yeni təyin olunmuş rusiyalı həmsədri İqor Xovayev İrəvanda Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanla görüşüb.

Azərbaycan üçün olü qurum olan ATƏT-in Minsk Qrupunun yeni təyin olunmuş rusiyalı həmsədri İqor Xovayevin İrəvanda Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanla görüşməsi müxtəlif suallar yaradır.

Ümumiyyətlə, bu görüş hansı anlam daşıyır? Rusiyalı həmsədr  niyə Arutyunyanla görüşüb, məqsəd nə ola bilər?

  • Rövşən Rəsulov: “Heç şübhəsiz, bu səfər və görüş birbaşa məqsədlidir, eləcə də aşkar təxribatçı xarakterlidir”

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə bildirdi ki, ATƏT-in Minsk Qrupu ölü bir qurumdur və bütün dünya onun yarıtmaz fəaliyyətinin şahidi oldu: “Hələ 44 günlük Vətən müharibəsindən əvvəlki vaxtlarda, Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğala məruz qaldığı dövrlərdə açıq-aydın görünürdü ki, ya ATƏT-in Minsk Qrupu üzərinə düşən missiyanın öhdəsindən gələ bilmir, ya da bu missiyasını kağız üzərində saxlamaqla işğalçıların mövqeyini müdafiə edir. Yəni bu bir faktdır, əks halda münaqişə sülh yolu ilə həll olunardı. Lakin göründüyü kimi, BMT-nin dörd qətnaməsi ilə yanaşı, digər beynəlxalq təşkilatların da işğal altındakı torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi ilə bağlı çıxardıqları qərarlar, sənədlər nəicəsiz qaldı. Söz yox ki, Azərbaycan dövləti heç vaxt işğal faktı ilə barışa bilməzdi və bu gün həmin məqam göz önündədir. Beləliklə, Ermənistan 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquqa sayğı göstərmədisə, eləcə də ATƏT-in Minsk Qrupu üzərinə düşən vəzifəni icra edə bilmədisə, bundan sonra həmin qurum sadəcə “cansız bədən” mənasını daşıya bilər. Yeri gəlmişkən, Prezident İlham Əliyev də ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edərkən öz qəti qərarını verdi və əslində onlara heç bir ehtiyacın qalmadığını da bəyan etdi. 

İndi bu gün Ermənistanın danışıqların bu qurum çərçivəsində bərpa edilməsi üzərindəki var-gəlləri də nəticəsiz qalacaq, çünki qarşı tərəfin məqsədi məlumdur – İrəvan işğalçılıq məqsədlərindən geri çəkilmək istəmir və işğalçılıq stereotiplərini bu və ya digər şəkillərdə nümayiş etdirir. Halbuki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bütün beynəlxalq hüquq çərçivələrində təsbit olunub. Lakin Ermənistan hələ də öz kirli məqsədlərinin realizə ediləcəyi düşüncəsində qalır. Təbii ki, belə davam edə bilməz və etsə belə, bu, 44 günlük müharibədən rüsvayçı məğlubiyyətlə çıxmış Ermənistan üçün ölüm hökmü sayıla bilər”.

R.Rəsulovun sözlərinə görə, təkcə son səkkiz ayda ölkəni 122 min əhali tərk edib, iqtisadiyyat çöküb, ordu isə yox səviyyəsindədir. Onun bildirdiyinə görə, sadəcə, belə sərsəm iddialardan əl çəkə bilmədiyini sərgiləyən rəsmi İrəvan sözün əsl mənasında “sadomazoxizm” siyasəti ilə özünü məhvə sürükləyir: “Yaşana biləcək bu kollaps barədə isə biz deyil, onların özləri düşünməlidir. 

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan yeni həmsədrinin İrəvana gedərək separatçıların lideri Araik Arutyunyanla görüş keçirməsi isə gülünc və istehza doğurucu bir məqamdır. O cümlədən, düşündürücüdür. Sual yaranır ki, rus həmsədr bu görüşündə qarşı tərəfi hansı titulda və ya statusda görüb: Qarabağ separatçılarının rəhbəri qismində, Azərbaycan ermənilərinin rəhbəri qismində, yoxsa "Dağlıq Qarabağ Respublikasının prezidenti" qismində?

Heç şübhəsiz, bu səfər və görüş birbaşa məqsədlidir, eləcə də aşkar təxribatçı xarakterlidir. Düşünürəm ki, guya onlar Bakıya hər hansı bir messenc göndərdiklərini düşünürlər. Amma belə oyunbazlıqların vaxtı çoxdan gedib, Bakı real işlərlə məşğuldur, bir sıra nüfuzlu dünya şirkətləri Azərbaycanın dəvəti ilə Qarabağı yenidən inşa edir, dirçəldir, bu olanlarla yanaşı ölkəmiz hərbi qüdrətini artırır və s. ATƏT-in Minsk Qrupu isə, 30 ildə olduğu kimi – dolayısı ilə işğalçıların mövqeyindən çıxış edir.

Daha bir diqqətçəkici məqama nəzər salaq: niyə məhz Rusiyadan olan həmsədr İrəvana gedib? Bəs Fransa və ABŞ nümayəndələri harada idilər? Əslində bu sualın da cavabı bəsitdir – Fransa yaxşı bilir ki, regionun ona ümumiyyətlə aidiyyəti yoxdur, ABŞ isə bu oyunbazlığa getməyərək, müəyyən siyasi maraqlarını kölgə altına salmamağa çalışır. O cümlədən, nə Fransa, nə də ABŞ Rusiyanın Qarabağdakı birtərəfli maraqları üçün özlərini çirkaba atmaq fikrindədir. Yəni rusiyalı həmsədrin İrəvanda separatçıların lideri ilə görüşməsi son vaxtlar Qarabağda rusiyalı sülhməramlı kontingentin sözün əsl mənasında özbaşınalıqlarına yaranan etirazlarla da bağlıdır. Baxın, Bakı onlara mandat verməyə tələsmir, əksinə, kontingentin Laçın dəhlizindən qanunsuz erməni silahlılarını buraxdıqlarını faktlarla sübuta yetirir, zaman-zaman İrandan yük maşınları Xankəndiyə gedir və həmin vasitə ilə ölkəmizin suverenliyinə xələl vurulur və s. və i. Təbii ki, Azərbaycan rəhbərliyi bütün bunlara görə susqun qalmayacaq və sərt, qətiyyətli ismarıclarını göndərəcək, yeri gələndə isə antiterror əməliyyatlarına qədər addım ata biləcək, bu, ölkəmizin birmənalı hüququdur. Ona görə də rus həmsədrin erməni separatçısı ilə görüşü guya Azərbaycana olan işarədir və s. Amma belə oyunbazlıqlar artıq keçmir, çünki ATƏT-in Minsk Qrupuna heç bir ehtiyac qalmayıb və Azərbaycan özü öz torpaqarını işğaldan azad edib.

Sonda isə daha bir nüansı da qeyd edim ki, rus həmsədr görüş üçün Xankəndiyə getməyib, yəni buna cürət etməyərək, İrəvana gedib. Təkcə bu fakt özü-özlüyündə bütün kartları açır və nümayiş etdirir”-deyə R.Rəsulov qeyd etdi.

  • Akif Nağı: “Rusiyalı həmsədrin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən və azərbaycanlılara, eləcə də Azərbaycan dövlətinə qarşı törətdiyi cinayətləri göz önündə olan Araik Artunyunyanla görüşməsi heç bir halda izah oluna bilməz”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının fikrincə də, bu birbaşa təxribat xarakterlidir. Bir müddət əvvəl rusiyalı həmsədrin regiona səfər etdiyini xatırladan A.Nağının bildirdiyinə görə, o, Azərbaycan rəhbərliyi və dövlət rəsmiləri ilə görüşüb, bundan sonra isə İrəvana gedib orada Baş nazirlə və rəsmilərlə görüş keçirib. “Eyni zamanda, rusiyalı həmsədr Qarabağda qalmış separatçı tör-töküntülərinin “rəhbəri” kimi özünü təqdim edən Araik Arutyunyanla da İrəvanda görüşüb. Yəni təbii ki, bu görüş diqqətdən qaça bilməz. Ümumiyyətlə, rusiyalı həmsədrin səfərini biz diqqətlə və narahatlıqla izləyirik. Bu, Minsk Qrupunun həmsədrlərinin yenidən dirçəldilməsi cəhdidir. Azərbaycan rəhbərliyinin birmənalı mövqeyi oldu ki, Minsk Qrupuna artıq ehtiyac yoxdur. Bəs indi onlar nə işlə məşğul olacaqlar? Belə müəyyən mülahizələr, fikirlər səsləndirilir ki, guya onlar 10 noyabr bəyanatının yerinə yetirilməsinə nəzarət edəcəklər. Təbii ki, onlara ehtiyac yoxdur. Bilirsiz ki, Fransa və ABŞ “danışıqlar”ın bərpasında təkid edir, Rusiya bir qədər loyal görsənir, amma etiraz da etmir. Ermənistan təkidlə bütün səviyyələrdə, mərtəbələrdə Minsk Qrupuna bir “nicat yolu” kimi baxır ki, o “danışıqlar”ı yenidən başlasın, yenidən uzansın, o da oradan nə isə əldə etsin. Təbii ki, 30 il ərzində Minsk Qrupu həmsədrləri Ermənistanı və erməniləri himayə edib, ermənilər də yenidən həmin prosesin başlanmasını istəyir. Ona görə də hesab edirik ki, rusiyalı həmsədrin özünün bölgəyə səfərinə heç bir ehtiyac yox idi. Nələr müzakirə olunur, Rusiya nə istəyir, məqsədi nədən ibarətdir? Buna aydınlıq gətirilməlidir. Azərbaycan rəhbərliyi bu məsələdə prinsipial olmalıdır. Rusiya olmur, hansı dövlət olursa olsun, heç bir tərəfin təşəbbüsü ilə bu proses bərpa olunmamalıdır. Yəni bu, Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Xüsusən də prosesin gedişində rusiyalı həmsədrin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən və azərbaycanlılara, eləcə də Azərbaycan dövlətinə qarşı törətdiyi cinayətləri göz önündə olan Araik Arutyunyanla görüşməsi heç bir halda izah oluna bilməz. Həmsədrlə görüş separatçılara “ruh verir”, onlar yenidən separatizmə həvəslənirlər, hər şeyin “Rusiyanın nəzarətində olduğu” təsəvvürü yaradırlar. Hesab edirik ki, bu məsələyə Azərbaycan rəhbərliyi aydınlıq gətirməlidir. Xovayevin Araiklə görüşü Azərbaycanın razılığı ilə olub, yoxsa öz təşəbbüsləridir, burada Azərbaycanın iradəsindən kənar proses gedir? Biz yəni bu məsələyə çox ehtiyatla yanaşırıq. Belə görsənir ki, bəzi istiqamətlərdə Azərbaycanın iradəsindən kənar proses gedir. Yəni Rusiya Azərbaycanın maraqlarına zidd olan mövqeyini diqtə etməyə çalışır. Bu proseslərin qarşısı qəti şəkildə alınmalıdır. Qarabağdakı erməni tör-töküntülərinin rusiyalı həmsədrlə və başqaları ilə görüşməsinə heç bir ehtiyac yoxdur. Rusiyanın və digər ölkələrin nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri heç zaman separatçılarla görüşməməlidirlər. Onlar bu görüşlərlə müəyyən mənada onlara “legitimlik” vermiş olurlar. Bu təhlükəli bir prosesdir. Məqsəd aydındır. Rusiya özünü elə göstərmək istəyir ki, guya hər şey onun nəzarətindədir. Onsuz da rus sülhməramlılarından narazılıq var, Rusiyanın davranışlarından narazılıqlar var. Azərbayacanın nəzarətindən kənarda olan ərazilərində rus sülhməramlıları yerləşibsə, bu o demək deyil ki, Rusiya burada hakimi-mütləqdi, nə istəyir onu etməlidir. Azərbaycan Rusiyanın bu planlarını birmənalı şəkildə pozmalıdır”-deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ