Bazar günü günü, 15 noyabr 2026
     

Dövlət və ictimai maraqların müdafiə işi qeyri-dövlət təsisatları sektorunda...

Image


İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur.

Məlumdur ki, ictimai maraqlar hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır. Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. İctimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir. İctimai maraqları tənzimləyən və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları, media subyektləri hüquqi imkanlarla ictimai maraqların müdafiə edilməsini gerçəkləşdirir.

  • Müxtəlif amillər mediada dövlət və milli maraqların müdafiəsini daha çox ön plana çəkirdi

Buraya ictimai və dövlət maraqlarının müxtəlif aspektlərinə dair hüquqi bazanın təkmilləşdirilməsi, monitorinqi və s. məsələlər daxildir. Bu baxımdan, ictimai və dövlət maraqlarının qorunması ilə bütün məsuliyyəti yalnız dövlətin üzərinə atmaq olmaz.  Biz görürük ki, Azərbaycandakı media sübyektləri və QHT-lər də bu maraqların qorunması istiqamətində ciddi addımlar atırlar. Bu məqamda Prezident İlham Əliyevin fikirlərindən bir sitatı xatırlatmaq lap yerinə düşər: “Bizim mətbuatımız da,  əlbəttə ki, ilk növbədə dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır. Mən hesab edirəm ki, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq”.

Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra “sovet şinel”indən çıxan jurnalistikamız artıq müstəqil və gənc ölkənin tribunasına çevrildi. Zəngin ənənələrə malik Azərbaycan jurnalistikası ictimai əhəmiyyətli informasiya vermək funksiyasını yerinə yetirməklə yanaşı, 90-cı illərin çətin dövründə həm də ictimai və dövlət maraqlarını qorumalı idi. Ermənistanın təhriki ilə Qarabağda müharibənin başlanması, beynəlxalq mediada erməni və “havadar”larının Azərbaycan əleyhinə qərəzli “informasiya hücumları”nın geniş vüsət alması, gənc ölkədə separatçılıq meyillərinin cücərməsi və s. amillər mediada dövlət və milli maraqların müdafiəsini daha çox ön plana çəkirdi. Lakin zamanla dövlətçiliyin daha da möhkəmlənməsi, ölkənin iqtisadi tərəqqisi sayəsində Azərbaycan mediası da inkişaf edərək çətinlikləri arxada qoydu. 1998-ci ildə ulu öndər Heydər Əliyevin senzuranı tamamilə aradan qaldıran sərəncamı ilə jurnalistikamızın azadlıq üfüqləri daha da genişləndi. 

  • Mediamız öz milli dəyərlərinə, kimliyinə və  dövlətçilik ənənələrinə bağlı olub

Azərbaycan mediası üçün böyük güclərin maraqlarının kəsişdiyi mürəkkəb beynəlxalq aləmdə, xüsusilə də post-müharibə dönəmində dövlət maraqlarının müdafiəsinin əhəmiyyəti daha da artır. Bir sıra beynəlxalq qurumlar və Avropa institutlarının söz və mətbuat azadlığı ilə bağlı hansısa  faktı “əldə bayraq” edib, digər ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi acı bir gerçəkdir. Xüsusilə gənc və müstəqil demokratik ölkələrə qarşı bu yanaşma hansısa dövlətin öz ictimai və dövlət təhlükəsizliyi və maraqları baxımından atdığı addımın “mətbuat azadlığının pozulması” kimi qələmə verilməsi buna nümunədir. Səbəb isə sadədir: qlobal informasiya məkanında  super güclərin digər ölkələrin informasiya məkanını nəzarətə almaqla həmin regionu, ölkəni  öz maraqlarına uyğun idarə edə bilməkdir. Çünki müasir dövrdə ən güclü silah informasiyadır. Və bu  faktiki olaraq, həmin dövlətin maraqlarının və dövlətçiliyinin təhlükə altında qalması deməkdir. İnamla deyə bilərik ki, bunu nəzərə alan Azərbaycan mətbuatı tarix boyu  öz milli dəyərlərinə, kimliyinə və dövlətçilik ənənələrinə bağlı olub. Bu gün də dövlət və milli maraqlarımız mətbuatımız üçün hər cür şəxsi və qrup maraqlarından yüksəkdə  dayanır.

  • Bu məsələdə milli  KİV və yerli QHT-lərin  də üzərinə mühüm vəzifələr düşür

Onu da nəzərə almaq lazımdır ki, müasir dünyada reallıqlar sürətlə dəyişir və dövlətlərin daxili sabitliyi, ərazi bütövlüyü, suverenliyinə yönəlik təhdidlər müxtəlif formalarda özünü büruzə verir. Son illər dünyanın bəzi ölkələrində  yaşanan dəhşətli hadisələr bunu bir daha sübut etdi. Bu baxımdan Azərbaycanda hər bir fərd, qrup, təşkilat və struktur tərəfindən dövlət maraqlarının müdafiəsi milli və ictimai vəzifə kimi daha aktualdır. İctimai və dövlət maraqlarının qorunmasına xüsusi önəm verilməlidir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Ermənistan xaricdəki havadarlarının dəstəyi ilə ölkəmizin suverenliyinə qarşı təhdidlər artır. Onlar ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi amilli ilə razılaşmırlar. Dünyada hökm sürən ikili standartlar və digər ədalətsizliklər üzündən Azərbaycan ərazilərini öz gücünə işğaldan azad etdi. Ermənistan və onları himayə edən müəyyən güclər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə mane olmaq, suverenliyinə zərbə vurmaq və daxili sabitliyini pozmaq üçün müxtəlif vasitələrdən yararlanmağa çalışırlar. Azərbaycanda inkişafa mane olunması, son nəticədə qarşıdurma mühitinin yaradılması və ölkənin mənfi imicinin formalaşdırılması qarşıya qoyulan məqsədlər sırasındadır. Bu istiqamətdə zaman-zaman müxtəlif vasitələrə əl atblar. Xaricdən himayə olunan bəzi marginal qruplar onların əlində alətə çevriliblər. Dövlət rəsmiləri də zaman-zaman çıxışlarında Azərbaycanın milli maraqlarına zərbə vurmaq yönündə xidmət göstərən bəzi QHT və KİV-lərin olduğunu bəyan ediblər. Elə buna görə də Azərbaycanın dövlət maraqlarına zidd olan bu fəaliyyətin qarşısının alınması üçün bir sıra addımlar atılıb. Məsələn, QHT-lər haqqında qanunvericiliyə dəyişiklik edilib. Xarici donorların bəzi QHT-ləri maliyyələşdirməsinə qanuni şəkildə məhdudiyyət qoyulub. Bu, xarici donorların Azərbaycanda daxili sabitliyə yönəlik planlarının qarşısının alınmasında mühüm rol oynayıb. Sözügedən məsələdə milli  KİV-lərin  və yerli QHT-lərin  də üzərinə mühüm vəzifələr düşür. Bu da KİV-də və yerli QHT-lərin fəaliyyətində  dövlət maraqlarının milli və ictimai müdafiəsinin mühüm  ictimai vəzifə olması ilə bağlı maarifləndirmə işinin aparılmasıdır.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ