Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi humanitar məqsədlər, ermənilərin gediş-gəlişi üçün nəzərdə tutulsa da, çox təəssüf ki, burada da ciddi qanun pozuntuları, üçtərəfli bəyanatın bəndlərinə zidd davranışlar nümayiş olunur. Laçın dəhlizindən Qarabağa gələnlər günü-gündən çoxalır və onlar arasında turistlər də var.
Yayılan məlumatlara görə, Qarabağın Rusiya sülhməramlı kontingentinin nəzarət etdiyi hissəsinə xarici turistlər də səfər edir. Ermənistan KİV-ləri xəbər verir ki, 2021-ci ilin yanvar-avqust aylarında Laçın dəhlizi vasitəsilə Qarabağa 2560 əcnəbi turist gəlib. Onlar arasında Rusiya vətəndaşları 90%-dən çox olub.
Bundan başqa, ABŞ, İran, Ukrayna və Fransa vətəndaşları da Qarabağa gələnlər arasındadır.
Bu qanunszluqlar necə baş verir? Sülhməramlılar nə üçün buna yol verirlər? Bura qanunsuz turist səfərlərinin təşkilindən əldə edilən vəsait kimlərə qalır?
“Bu tam olaraq qanunsuzdur, qəbul olunmuş konvensiya və qətnamələrə zidd bir addımdir”
Turizm üzrə tanınmış ekspert Elçin Rüstəmov “Bakı-Xəbər”ə bildirdi ki, Laçın dəhlizi vasitəsilə Qarabağa turist səfərlərinin təşkili böyük qanun pozuntusudur.
“Qeyd etdiyiniz kimi, bura gələnlər əsasən Rusiya vətəndaşlarıdır. Ancaq onu da deyim ki, bu Rusiya və digər ölkələrin vətəndaşlarının bir çoxu qeyri millətlər deyil, elə ermənilərdir. Yəni Rusiya və başqa ölkələrin vətəndaşlığını almış ermənilər. Onlar sərhəddən keçəndə başqa ölkələrin vətəndaşları olduqları üçün turist kimi qeydə alınırlar. Təbii ki, bu tam olaraq qanunsuzdur, qəbul olunmuş konvensiya və qətnamələrə zidd bir addımdir. Ancaq məsələ erməni həyasızlığıdırsa, onlarda bu sərhəd tanımır. Mən muharibə vaxtı da bir cox müsahibəmdə qeyd etmişdim ki, biz şərəfli millətlə muharibə etmirik, ermənilərlə edirik, yəni mən onlardan hər cür rəzil hərəkət gözləyirəm”.
E.Rüstəmov təəssüflə qeyd etdi ki, xarici ölkələrdən Qarabağa təşkil edilən qanunsuz turist səfərlərindən əldə edilən gəlir separatçı tör-töküntülərinə qalır. “Qanunsuz turist səfərlərindən əldə edilən gəlir sözsüz ki, məhv edilmiş qondarma rejiminin separatcı tör-töküntülərinə qalır. Sulhməramlıların nə ücün buna yol verdiyi məsələsinə gəlincə, birmənalı şəkildə deyə bilərəm ki, sülhməramlı qüvvələr qəti şəkildə neytral mövqe tutmurlar, əksinə, ermənilərin maraqlarına xidmət edən qərarlar verirlər. Sülhməramlılar nəinki başqa ölkə vətəndaşlarının gəlişinə, hətta bir cox halda Ermənistan silahlı qüvvələrinin gəlişinə də icazə verirlər. Bu da, bildiyiniz kimi, sərhəddə silahlı toqquşmalara gətirib cıxarır”-deyə E.Rüstəmov bildirdi.
İradə SARIYEVA