Bazar günü günü, 15 noyabr 2026
     

ABŞ-ın Əfqanıstan “özfəaliyyətinin” acı nəticəsi - NATO parçalanır, Avropa öz ordusunu yaradır…

Image


Əfqanıstanda baş verənlər dünyanın ən güclü hərbi təşkilatı olan NATO-nun gələcəyi ilə bağlı ciddi suallar yaradıb. Buna əsas səbəb indi ABŞ və Avropa arasında Əfqanıstan hadisələrindən sonra ciddi ixtilafların meydana gəlməsidir.

Qeyd edək ki, Avropa İttifaqının xarici əlaqələr üzrə ali nümayəndəsi Cozef Borrel və birliyin hərbi komitəsinin sədri Klaudio Qraziano təşkilat daxilində azı 5 min personaldan ibarət çevik reaksiya birliyinin yaradılması təklifi ilə çıxış edib. Onlar Avropa İttifaqının azı 5 min nəfərlik belə qüvvəsinin olması fikrinə Əfqanıstandakı təxliyə əməliyyatından sonra gəliblər. NATO-nun baş katibi Yens Stoltenberq İngiltərənin “Telegraph” qəzetinə müsahibəsində bunu təhlükəli hal adlandırıb. O qeyd edir ki, NATO hərbi ittifaqının rəhbərliyi Avropa İttifaqının özünün xüsusi ordusunu yaratmağına qarşıdır: “Şimali Amerika və Avropa arasındakı bağları zəiflədən hər təşəbbüs təkcə NATO-nu yox, Avropanı da parçalayar. Paralel strukturlar qurmaq, qoşa komandanlıq iyerarxiyası yaratmaq, birgə hərəkət qabiliyyətimizi və birlikdə fəaliyyət gücümüzü zəiflədə bilər. Resurslarımızın məhdudluğu şəraitində bir-birinə zidd cəhdlərə gərək yoxdur. Avropanın müdafiə qabiliyyətini artırmağa yönəlmiş cəhdlərdən məmnunluq duyuram, amma bu, NATO-nu əvəz edə bilməz. Şimali Amerika və Avropa arasındakı bağları zəiflədən hər təşəbbüs təkcə NATO-nu yox, Avropanı da parçalayar”. Lakin Avroittifaqın ən güclü iqtisadiyyatına malik Almaniya da Avropanın öz ordusunun olmasını istəyir. Almaniya kansleri Angela Merkel bildirir ki, NATO qoşunlarının geri çəkilməsindən sonra Əfqanıstan terror ocağına çevrilə bilər, buna müqavimət göstərmək lazımdır: "Missiyanın əvvəlində 2001-ci ildə qarşıya qoyulan məqsədə çatdıq. O vaxtdan bəri Əfqanıstandan qaynaqlanan beynəlxalq terror aktları baş vermədi. Bu, ölkəmizin təhlükəsizliyinə konkret töhfə idi, bizim əsgərlərimizin xidməti idi. Ancaq müttəfiq qoşunların çıxarılması ilə Əfqanıstanın yenidən beynəlxalq terror təhlükəsinin ocağına çevrilə biləcəyinə gözümüzü yummamalıyıq. Bunun qarşısı alınmalıdır". Hesab edilir ki, bu halda Avropa İttifaqının öz ordusunu yaratması NATO-nun sonda parçalanmasına gətirib çıxaracaq. Rus ekspert Viktoriya Nikiforova da qeyd edir ki, Əfqanıstan istiqamətindəki uğursuzluq ABŞ-ın bütün hərbi ittifaqlarını sarsıdıb: “Əfqanıstandan Amerikasayağı qaçışın yaratdığı xaos ona gətirib çıxardı ki, nə almanlar, nə hollandiyalılar, nə də çexlər öz vətəndaşlarını vaxtında Kabil aeroportundan çıxara bilmədi. Heç kimlə məsləhətləşməyən amerikalılar avqustun 31-ni təxliyənin son günü elan etdilər. Bəs bizim vətəndaşlarımız necə olacaq? Amerikanın NATO üzrə müttəfiqləri indi bu sualı verir. Ancaq Vaşinqtondan cavab gəlmir. Dünyada ən güclü ordu sayılan ABŞ ordusunun dabanına tüpürüb qaçması onlarda artıq xoş olmayan şübhələr yaradıb. Amerikalılar Əfqanıstanda yalnız adamları deyil, döyüş təyyarələrini, helikopterləri, zirehli texnika və silah-sursatı da atıb gediblər. Baş verənlər ABŞ-ın NATO üzrə müttəfiqləri üçün pis sürpriz oldu”. Ekspert xatırladır ki, 2018-2020-ci illərdə ABŞ-ın Əfqanıstandakı keçmiş səfiri Zalmay Xəlilzad Donald Trampın adından “Taliban” nümayəndələri ilə gizli danışıqlar aparmışdı: “Onlar 2020-ci ilin yazında taliblərlə sövdələşməni başa çatdırdılar. Bu tamamilə Vaşinqtonun özfəaliyyətindən ibarət idi. Ağ Ev öz planlarına NATO üzrə Avropa müttəfiqlərini daxil etməmişdi. 2021-ci ildə dövlət katibi Entoni Blinken müntəzəm şəkildə Pakistan hakimiyyəti ilə telefon əlaqəsi saxlayırdı. İyun ayında isə Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Uilyam Berns İslamabada uçdu. Cənab Bernsin Pakistan rəhbərliyi ilə nə barədə danışdığı hamıya maraqlı olsa da, danışıqların məzmunu gizli saxlanıldı. Müttəfiqləri ən çox qəzəbləndirən o oldu ki, məsləhət-məşvərət eləmədən, minimum diplomatik nəzakət belə göstərmədən Vaşinqton qoşunlarını Əfqanıstandan çıxarmaqla, sadəcə olaraq, onları fakt qarşısında qoydu. Əlbəttə ki, ictimaiyyət qarşısında blokun birlik içində olduğunu nümayiş etdirmək lazım gəlirdi. Ancaq aparıcı Avropa siyasətçilərinin qəzəbi istər-istəməz kənara sızdı. Hətta “Brexit”dən sonra tamamilə ABŞ-dan vassal asılılığına düşmüş İngiltərə belə kəskin ifadələr işlətməkdən çəkinmədi. Keçmiş baş nazir Toni Bleyer ABŞ-ın hakimiyyətdə olan prezidentini "ağıldankəm" adlandırdı. Hazırkı Baş nazir Boris Conson isə bəyan etdi ki, Trampla işlər Co ilə olduğundan daha yaxşı gedirdi. Düzdür, sonradan o bunu söylədiyini boynuna almadı, amma iş-işdən keçmiş və artıq onun sözləri ağızdan-ağıza düşmüşdü.

Britaniyalı tabloidlər hakimiyyətin ən yuxarı təbəqələrinin sözlərini tirajlayır: ingilis nazirlər belə hesab edirlər ki, Bayden Əfqanıstandan qoşunların çıxarılması əmrini verərkən tamam ağlını itirib. Toni Bleyer bildirir: "Bizim böyük müttəfiqimizin Əfqanıstanda missiyanı başa çatdırmaq barədə qərarı, demək olar ki, müttəfiqlərlə məsləhətləşmədən qəbul olunub və dərindən düşünməyə vadar edir". Angela Merkelin Almaniyanın yeni kansleri vəzifəsinə irəli sürdüyü Armin Laşet isə bildirir ki, Əfqanıstandan qoşunların çıxarılması NATO blokunun bütün tarixi boyunca ən böyük məğlubiyyətidir.

Fransa prezidenti Emmanuel Makron Baydenə zəng edərək, əfqanları ölkədən çıxarmaqdan imtina etdiyinə görə onu kəskin tənqid etdi. Fransa prezidentinin əsəbi başadüşüləndir: amerikalı tərəfdaşlar əfqan qaçqınları problemini hiyləgərliklə avropalıların üzərinə atdılar. On minlərlə qeyri-qanuni mühacir tezliklə Avropa İttifaqı və İngiltərəyə axışacaq və onların arasında nə qədər potensial terrorçunun olacağını düşünmək belə dəhşətlidir. Və əgər avropalılar sərhədləri bağlamağa çalışsalar, Vaşinqton onları açıq şəkildə vicdansızlıqda günahlandıracaq”. Məhz bu şəraitdə Avropa indi Amerikaya çox güvənmir və öz ordusunu yaratmaqda israrlıdır. Elə bu da NATO-nun parçalanma prosesinin başlanğıcı hesab edilir.

Nahid SALAYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ