Bazar günü günü, 15 noyabr 2026
     

“Füzuli Beynəlxalq Hava Limanı Qarabağın sülhə açılan hava qapısıdır” - Vüqar Rəhimzadə

Image


“Sentyabrın 5-i tarixi ölkəmiz üçün çox əlamətdar gün oldu. Dövlətimizin başçısı İlham Əliyevin Qarabağımızın hava qapısı kimi dəyərləndirdiyi  Füzuli Beynəlxalq Hava Limanına dünyanın 2 nəhəng hava gəmisi uğurlu eniş etdi. Azərbaycanın “Airbus A340-500” təyyarəsi və “SilkWay” şirkətinin “Boeing 747-400” təyyarəsi öz texniki uçuşlarını müvəffəqiyyətlə yerinə yetirərək  Zəfər tariximizin daha bir möhtəşəm səhifəsinin yazılmasının iştirakçısı oldular.

İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərini, həmçinin Böyük Qayıdışın reallığa çevrilməsinə xidmət edən bu kimi addımları xalqımızın necə sevinclə, qürur hissi ilə qarşıladığını təsəvvür etmək çətin deyil. 30 ilə yaxın düşmən tapdağı altında olan, hər daşı, qayası dağıdılan, yerlə-yeksan edilən bu torpaqlarımızda həyatın yenidən başlanmasından, onlara yeni, doğma nəfəsin verilməsindən sevincli  nə ola bilər? Bildiyimiz kimi, Füzuli Beynəlxalq Hava Limanının təməli dövlət başçısı İlham Əliyevin cari ilin yanvarın 14-də Şuşaya səfəri çərçivəsində qoyulmuşdu. Qarabağın hava qapısı adlandırılan bu müasir tipli beynəlxalq aeroport cəmisi 9 ay müddətinə tamamlanaraq, artıq  qonaqlarını qarşılamağa hazırdır”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, "Qarabağ" adını daşıyan sərnişin təyyarəsinin Füzuli Beynəlxalq Hava Limanına enməsi 30 ilə yaxın müddətdə həsrətlə gözlədiyimiz Böyük Qayıdışın daha bir rəmzi ifadəsi oldu: “Dövlətimizin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 30 ilin işğalına son qoyuldu. Tarixi Zəfərimiz 30 illik işğal dövrünün bütün reallıqlarına işıq saldı. Qonşu ölkələrə qarşı əsassız torpaq iddiası ilə çıxış edib bunu havadarlarının dəstəyi ilə həyata keçirən ermənilər tarixi saxtalaşdırmaqla yalanlarını həqiqət kimi sırımağa çalışsalar da, Qələbədən sonra danışan daşlar, qayalar belə bir daha bu reallığı ortaya qoydu ki, ədalət, beynəlxaq hüquq mövcuddur, sadəcə onların tətbiqi üçün aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar maraqlarını bir kənara qoyub hadisələrə açıq və obyektiv gözlə baxmalıdırlar. Ermənilər işğal etdikləri ərazilərimizdə 30 ildə bir dənə də olsun  quruculuq işi həyata keçirməyiblər. Əksinə mövcud olanları tamamilə dağıdıb, vəhşiliyin onlara xas xislət olduğunu bütün dünyaya nümayiş etdiriblər. Bu gün dünya həqiqətləri görməklə yanaşı, həm də onları etiraf etmək məcburiyyətindədir. Artıq bütün dünya torpağın əsl sahibi olan azərbaycanlıların işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərini necə böyük  həvəslə, qürur hissi ilə həyata keçirdiklərinə şahidlik edir. Bu gün əsas hədəf bu torpaqları öz əvvəlki məcrasına gətirmək, cənnət məkana çevirməkdir. Dövlət başçısı İlham Əliyevin əsas çağırışlarından biri də budur ki, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi olan Şuşa  dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir. Füzuli Beynəlxalq Hava Limanının tikintisində məqsədlərdən biri də mədəniyyət paytaxtımıza gediş-gəlişi yüksək səviyyədə təmin etməkdir. Təbii ki, burada yerli vətəndaşlarla yanaşı, xarici turistlərin səfərləri də nəzərə alınır. Yol infrastrukturunun yüksək səviyyədə qurulması ümumilikdə bu ərazilərin malik olduğu iqtisadi resurslardan səmərəli istifadəni təmin edəcək”.

Baş redaktor onu da bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi və müvafiq tapşırıqları  əsasında işğaldan azad edilmiş ərazilərdə  zəruri infrastrukturun yaradılması istiqamətində işlər uğurla davam etdirilir: “Ölkə Prezidenti ilə birgə işğaldan azad edilmiş ərazilərimizə səfərlər edən, burada aparılan quruculuq və bərpa işləri ilə yaxından tanış olan, yeni obyektlərin təməlinin qoyulmasında və bərpadan sonra açılışında iştirak edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirlərin Böyük Qayıdışın reallığa çevrilməsində, möhtəşəm  Qələbəmizin təqdimatında mühüm əhəmiyyəti vardır.  Hazırda dünyaya səs salan “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənələrinin bərpasında Heydər Əliyev Fondunun xidmətləri  böyükdür. Bu mühüm tədbirlər işğalçı  Ermənistana və ona dəstək verən dövlətlərə ciddi mesajlar olmaqla yanaşı, həm də bərpa və quruculuq  işlərinin daha böyük əhval-ruhiyyə, ruh yüksəkliyi ilə davam etdirilməsinə stimuldur”. 

Vüqar Rəhimzadə daha sonra qeyd edib ki, Qarabağın dünyaya açılan hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı ilə yanaşı, Laçın və Zəngilan rayonlarında da beynəlxalq aeroportların  tikintisinə başlanılıb: “Bu mühüm addımlar həm sosial-iqtisadi, həm də strateji cəhətdən olduqca önəmlidir. Yaradılan  bu infrastruktur qarşıdakı illərdə Azərbaycanın dayanıqlı inkişafına böyük dəstək olacaq. Azərbaycan dövləti bütün bu imkanlardan və üstünlüklərdən istifadə edərək öz qüdrətini daha da artıracaq. Hazırda Füzuli Beynəlxalq Hava Limanının ərazisində yaşıllaşdırma işləri həyata keçirilir. Bir sözlə, bu günlər Füzulidə qaynar həyat yaşanır. Qısa zamanda həyata keçirilən nəhəng quruculuq və bərpa işlərinin miqyasının genişliyi, eyni zamanda, Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bu gün üçün bizim yeganə rəqibimiz zamandır. Çünki bərpa və quruculuq işlərinin uğurla başa çatdırılmasının zamana ehtiyacı var”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ