Son zamanlar Qarabağdakı rus sülhməramlıları arasında müxtəlif xəstəliklərə yoluxma faktları haqqında xəbərlər dolaşmaqdadır. “Telegram” kanallarının yaydığı informasiyaya görə, bu yoluxmaların əksəriyyəti cinsi yolla keçən infeksiyalardır. Səbəb kimi isə erməni qadınlarının intim xidmətləri göstərilir. Məlumatlarda o da qeyd edilir ki, Xankəndidə yuxarı sinifdə oxuyan erməni qızları sülhməramlılara intim xidmət göstərirlər.
Danılmaz faktdır ki, ermənilər hər zaman qadınları qabağa verib. Onlar istəklərinə nail olmaq üçün qadınlardan istifadə etməkdən belə çəkinməyiblər. Hətta məktəbli yaşlı qızlar belə onlar üçün heç bir məna ifadə etməyib.
“Erməni məktəbli qızlar sülhməramlılara intim xidmət göstərir, həmin qızlar bu xidmətləri barədə sosial şəbəkələrdə də paylaşım edirlər”
Hərbçi ekspert Rasim İsgəndərov bildirdi ki, ermənilər hər zaman qadınlardan istifadə edib: “Oradakı qadınlar erməni millətçiliyinin davakar formullarını həyata keçirmək üçün istifadə edilən bir vasitədir. Ümumiyyətlə, onlar bütün vasitələrdən istifadə edirlər. Vasitələrinin müəyyən hissəsi bitib-tükənəndə qadınları qabağa verirlər. Hətta məktəbli qızlar da sülhməramlılara intim xidmət göstərirlər. Həmin qızlar bu xidmətləri barədə sosial şəbəkələrdə də paylaşım edirlər.
Onu da bildirim ki, bu yaxınlarda rus sülhməramlıları arasında yoluxucu xəstəliklərin yayılması haqda məlumat yayıldı. Məlumatda bildirilirdi ki, sülhməramlılar arasında sifilis, QİCS kimi xəstəliklərin yaranmasının səbəbi onların erməni qadınlarla münasibətdə olmasıdır. Xankəndi və digər bölgələrə köçürülən ermənilərin əksəriyyəti isə səfil kişilər və evsiz pozğun qadınlardır. Bu isə sülhməramlıların nəzarətində ermənilərin narkomaniya və fahişəlik planını işə salır ki, ilk ziyan görənlər elə ruslar olacaq. Ümumiyyətlə, belə bir hadisənin baş verməsi biabırçılıqdır. Buna biabırçılıqdan başqa qiymət vermək olmaz”.
Günel CƏLİLOVA