Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanla sərhəd erməni kəndləri boşalır…

Image


Azərbaycanın dəfələrlə irəli sürdüyü təklifə rəğmən, Ermənistan ölkəmizlə sərhədlərin müəyyən edilməsi, sülh müqaviləsinin imzalanması prosesini uzadır. Amma bundan ən çox zərər görən də elə ermənilərin özləridir. Hər halda, sərhəddə yerləşən erməni kəndlərinə nəzər salmaqla bunu görmək olar. Məlumatlara görə, Azərbaycanla sərhəddə erməni kəndlərinin vəziyyətinin acınacaqlı olması ilə bağlı daha bir narazılıq yayılıb. Zod yatağının yerləşdiyi Şişqaya kəndinin (ermənilər “Geqamasar” adına dəyişdirib) başçısı Akop Avetyan erməni mediasına açıqlamasında hakimiyyətin sanki sərhəd kəndlərin əhalisini unutduğunu bildirib.

O deyib  ki, kəndləri Basarkeçər bələdiyyəsinə birləşdirmək istəyirlər: “Bizim bələdiyyədə 18 kənd birləşib. Ancaq indi deyirlər ki, bu azdır və bizi Basarkeçər (ermənilər Vardenis deyir ) şəhər bələdiyyəsinə birləşdirmək istəyirlər”. O iddia edib ki, bələdiyyəyə diqqət və qayğı yoxdur, kəndlilər taleyin ümidinə buraxılıb. Kəndlilər də buna görə köçüb gedəcəklər. Qazaxın işğal altında olan Əskipara kəndində də maraqlı vəziyyət müşahidə edilir. Burada ucaldılan bayraq dirəyi ilə bağlı erməni tərəfində diqqətçəkən iddialar gəzir. Erməni mənbələr dirəyin Azərbaycan bayrağının asılması üçün hazırlandığını yazır. Ehtiyatda olan erməni polkovnik-leytenant Razmik Qriqoryan bu xüsusda bildirir ki, dostu bayraq dirəyinin fotosunu ona göndərib: “Bayraq dirəyinin məqsədini kənddə yaşayanlardan soruşub. Bildiriblər ki, dirək bir neçə gün öncə qoyulub. Proses Tavuşa çatdı, dirəkdə Azərbaycan bayrağı dalğalanacaq”. Qeyd edək ki, Rusiya hərbçiləri də Əskipara kəndinə yerləşdirilib. Onların gəlişinin Qazaxın 7 kəndi istiqamətində sərhədin delimitasiyası prosesi və o istiqamətdən keçəcək kommunikasiya marşrutu ilə bağlı olduğu ehtimalı var. Onu da qeyd edək ki, Ermənistanın sərhəd kəndlərinin əksəriyyətinin düşdüyü acınacaqlı vəziyyət əhalinin kütləvi köçü ilə müşayiət olunur. Ölkəmizlə həmsərhəd olan kəndlər uzaqdan sanki xarabalığı xatırladır. Artıq bu kəndləri taleyin ümidinə buraxan Ermənistan hökuməti sanki onları biryolluq unudub. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndi istiqamətində yerləşən Ermənistanın Ərəfsə (ermənilər bura Arevis deyir) kəndi də öz acınacaqlı halı ilə bunu təsdiq edir. Kəndin küçələrindəki cığırları ot basıb. Yolların kələ-kötür, səliqəsiz relyefi ümumiyyətlə bura uzun illərdir insan ayağının dəymədiyini göstərir. Təmirsiz binalar, damları uçuq evlər, suya həsrət qalan dağılmış bulaq, yarıuçuq tikililər XXI əsrdəki erməni kəndlərinin real simasına çevrilib. İnsansız küçələrdə arada gözə dəyən köhnə, nimdaş geyimli, kasıb ermənilərin üzlərində isə miskinlik və çarəsizlik var. Cansıxıcı kəndin ərazisində dağılmış evlərin sayı abad binalardan dəfələrlə çoxdur. Əksər kəndlər məhz bu durumdadır.

Erməni siyasi şərhçi Tevos Arşakyan bildirir ki, Ermənistan və erməni xalqına artıq heç nə kömək edə bilməyəcək: “Azərbaycanla sərhəddə olan bütöv kəndlərimiz boşalıb. Oranın sakinləri qaçıb Rusiyaya gediblər. Gənc ermənilər Rusiyada öz ailələrini quracaqlar. Ermənistanda iş yox, heç bir perspektiv yoxdur. Gənclər buradan başlarını götürüb qaçırlar. Hökumət isə yaxın illər üçün Ermənistanda demoqrafik vəziyyətin yaxşılaşdırılması strategiyasından danışır. Bu absurddur”. O, həmçinin, Azərbaycanla həmsərhəd olan erməni kəndlərinin praktiki olaraq boş qaldığına dair sübutlar da təqdim edib: “Hamı evlərini qoyub çıxıb gedir. Bu kəndlərin sakinləri bizdən çox şey bilirlər və onlar başa düşürlər ki, bütün bu ərazilər Azərbaycan tərəfinə veriləcək”. Ukraynanın “Kiyevo-Mogilyanskaya akademiya” milli institutunun britaniyalı professoru Taras Kuzio bildirir ki, bütün bunlardan xilas ola bilmək üçün erməni tərəfi Azərbaycanla razılığa gəlməlidir:”Ermənistan Azəbaycanla sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanmasına razılıq versə, həm Azərbaycan, həm də Türkiyə ilə sərhədlər yenidən açılacaq, bu isə ona iqtisadi baxımdan böyük imkanlar yaradacaq. Ermənistan keçmiş müttəfiq ölkələrin sərhədini Azərbaycanla beynəlxalq sərhəd qismində, o cümlədən Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etsəydi, iqtisadi artım və ticarət artımı böyük qazanc gətirərdi”. Kuzio onu da qeyd edib ki, son 3 onillik ərzində Ermənistan yalnız Rusiya və İranla ticarətə bel bağlayıb, bu isə korrupsiya, durğunluq və əhalinin ölkəni tərk etməsinə aparan faciəyə səbəb olub. Bunu “Joxovurd” nəşri də xüsusi olaraq vurğulayır. Qəzet yazır ki, təkcə son 1 ildə Ermənistan 1 milyard 370 milyon dollar borc toplayıb: “İqtisadiyyatın vəziyyəti pisdir, borc da artır və bu, ağır yük olacaq. İyun ayının sonuna olan vəziyyətə əsasən, Ermənistanın dövlət borcu, təxminən 9 milyard dollara çatıb. Bu məbləğdən 1 milyard 370 milyonu yalnız son 1 ildə formalaşıb. Ermənistan, demək olar, 29 il ərzində 7 milyard 403 milyon dollar borc toplayıb, təkcə son 1 ildə isə bu hakimiyyət Nikol Paşinyanın başçılığı altında borcu 1 milyard 370 milyon dollar artırıb. Üstəlik, həm daxili, həm də xarici borc artır”. Müharibənin nəticələri də ölkənin iqtisadi və sosial vəziyyətinə təsir göstərməkdə davam edir. Ermənistanın iqtisadi inkişafının yeganə yolu qonşuları ilə siyasi və iqtisadi münasibətləri normallaşdırmaqdır. Əks təqdirdə, böhran idarəolunmaz hala gələcək. "Moody's" beynəlxalq reytinq agentliyi isə bu fonda Ermənistanın çətin vəziyyətdən çıxması üçün çıxış yolunun məhz qonşularla normal münasibətlərdən keçdiyini bildirib. Beynəlxalq reytinq agentliyi Ermənistan iqtisadiyyatının inkişaf prespektivlərini qonşu ölkələrlə gərginliyi aradan qaldırmaqda görür. Dünya miqyasında hesab edilir ki, Azərbaycanla sülh müqaviləsi, sərhədlərin demarkasiya və delimitasiyası, regionda kommunikasiya xətlərinin açılması, o cümlədən regionun bütün ölkələri üçün çox əhəmiyyətli Zəngəzur dəhlizinin reallaşması Ermənistanın iqtisadi inkişafı üçün əsas şərtdir.

Ramil QULİYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ