Nəhayət ki, biz Qarabağ səmasında uçuşları həyata keçirməyə başlamışıq və keçirəcəyik. Bu barədə Trend-ə "Boeing 747-400" tipli yük təyyarəsinin kapitanı Rasim Əşrəfov deyib.
"Mən hər şeydən əvvəl bir azərbaycanlı pilot kimi qürur hissi keçirirəm. Nəhayət ki, biz Qarabağ səmasında uçuşları həyata keçirməyə başlamışıq və keçirəcəyik. Uçuş sxemi Füzuli aeroportuna çox geniş və rahatdır. Aldığımız avadanlıqlar, təchizat beynəlxalq standartlara uyğundur. Əminəm ki, biz bu yaxınlarda daha bir Qarabağ ərazisindəki aerodomlara uçuş təşkil edəcəyik", - deyə qeyd edib.