Dövlət katibi Entoni Blinken Ermənistanın yeni XİN başçısı Ararat Mirzoyana göndərdiyi təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli həlli üçün dəstəyini davam etdirəcəyini bildirib.
O deyib ki, iki ölkə Minsk Qrupu həmsədrləri çərçivəsində "predmetli danışıqları" bərpa etməlidir.
"Predmetli danışıqlar" dedikdə ABŞ-ın nəyi nəzərdə tutduğu məlumdur.
Blinken habelə Ermənistanı korrupsiya, demokratik institutların inkişafı və qanunun aliliyi sahəsində tərəfdaş ölkə adlandırıb.
Ramil QULİYEV