Bazar günü günü, 15 noyabr 2026
     

"Ucuz reklamla dividend qazanmağa çalışan Əli Əliyev kimi üzdəniraq siyasətçilərin yeri tarixin arxividir" - Vüqar Rəhimzadə

Image


“Son vaxtlar sosial şəbəkələrdən siyasi kapital toplamaq və məşhurlaşmaq üçün istifadə edən üzdəniraq “siyasətçi”lərin sayı artmaqdadır. Onlar qaragüruhçu və bəzi səbatsız izləyicilərin “like” və “baxışı” üçün milli maraqları arxa plana keçirməkdən belə utanıb qızarmırlar.  Bu ünsürlər 30 il bundan əvvəlki dövrün nostalgiyası ilə yaşayaraq düşünürlər ki, belə ucuz  yollarla  xalqın dəstəyini qazanacaq,  illərdir arzusunda olduqları hakimiyyəti ələ keçirə biləcəklər.

Ən qəribəsi və təəccüblüsü budur ki, belələri qaranlıq  keçmişlərini unudaraq xəyallar aləminə səyahət edirlər. Amma unutmayaq ki, bizim hər birimiz  gələcəyə keçmişimizlə addımlayırıq.  Hazırda ucuz reklama üstünlük verib, “mən də varam” iddiası ilə cəmiyyətdə görüntü yaratmaq sevdasına düşənlər  sırasında təmsil olunanlardan  biri  özünü siyasi xadim məqamında  hiss edən, reallıqda isə siyasət sözünün mənasını belə dərk etməyən  Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevdir. Görünür,  Əli Əliyev də tərəf müqabili  Əli Kərimli kimi milli kimliyini, qaranlıq keçmişini, əsl peşəsini unudaraq siyasət meydanında parlamaq xülyasını reallaşdırmaq üçün özü-özünü bilərəkdən “ulduz” xəstəliyinə yoluxdurub.   Sual oluna bilər: Niyə məhz Əli Kərimli kimi?  Ona görə ki, AXCP sədri illərdir özünüreklamı çıxış yolu hesab edərək,  milli maraqları şəxsi ambisiyalarına qurban verməklə, uğurlarımıza qara eynəkdən baxmaqla, hakimiyyətin milli maraqlara söykənən hər uğurlu addımının əhəmiyyətini azaltmaq, ictimai fikri çaşdırmaq yolunu tutmaqla  xalqdan dəstək gözləyir. Maraqlı, eyni zamanda, utancverici yanaşma deyilmi? Hələ də bu ünsürlər müxalifətçilik anlayışının mənasını dərk etmir, dövlətə, xalqa xəyanəti ictimaiyyətə müxalifətçilik kimi təqdim etməyə uğursuz cəhdlər göstərirlər.   Əli kərimlilərin ardıcılları sırasında yer alan  Əli Əliyev kimilər  nə  Azərbaycanın 30 il bundan öncəki Azərbaycan, nə də xalqın həmin xalq olduğunu unutmamalıdırlar. Dövr, zaman, ən əsası insanların düşüncələri dəyişib. Dəyişməyən Əli Əliyev, Əli Kərimli kimi siyasi qullar, şəxsi ambisiyalarının girovuna çevrilən üzdəniraqlardır. Bu baxımdan yaxşı olardı ki, özünü “dahi siyasətçi” qiyafəsində  görən Əli Əliyev heç vaxt bacarmadığı və bundan sonra da bacarmayacağı siyasətlə deyil, öz  ixtisası olan dovşançılıqla, ya da virtual təlxəkliklə məşğul olsun. Ümumiyyətlə,  ucuz reklamla dividend qazanmağa çalışan Əli Əliyev kimi  üzdəniraq siyasətçilərin yeri  tarixin arxividir.”

Bu fikirləri məşhur “91-lər”in üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Əli Əliyevin siyasi perspektivdən nəinki  danışması, hətta düşünməsi belə gülüncdür: “Hər kəs yaxşı bilir ki, Əli Əliyevin siyasi perspektivi hələ 2006-cı ildə sonlanıb. Məhz Etibar Məmmədovun qohumu olduğu üçün siyasətə atılan bu “dovşan həkimi” ailə həyatında, qohumluq əlaqələrində etdiyi rəzilliklər kimi, təmsil olunduğu partiyanı da intriqa, hərc-mərclik yuvasına çevirdiyi üçün  bir vaxtlar sədri olduğu AMİP-dən qovulub. Bu gün Azərbaycanda bilməyən yoxdur ki, Əli Əliyev heç bir haqqı-hüququ olmaya-olmaya Xalq rəssamı, professor Kamil Əliyevin mirasına sahib olmaq üçün iddia irəli sürüb. Ailə dəyərlərindən uzaq olan  birinin  bu gün xalqa mənəviyyat dərsi keçməsi, xalqın parlamentdə təmsilçisi olmaq sevdasına  düşməsi insanlar arasında ən azı ikrah hissi doğurur.  Amma Əli Əliyev  özünün kimliyindən “xəbərsiz” olsa da, xalq onun keçmişinə yaxşı bələd olduğu üçün bu günədək  qatıldığı bütün seçkilərdə layiq olduğu dəyəri verib. Parlament seçkilərində seçicilərin heç 1 faizinin  belə səsini qazanmamasından dərs almayan əli əliyevlərin yenidən millət vəkili olmaq xülyasına düşmələri onların simasızlıqlarının aydın ifadəsini yaradır.”

“Belə üzdəniraq “siyasətçi” bu gün hansı haqla  Yeni Azərbaycan Partiyasının ünvanına əsassız fikirlər səsləndirə bilər?” deyən  Vüqar Rəhimzadə əlavə edib ki,  Azərbaycanın müstəqillik tarixinin bələdçisi olan YAP-ın cəmiyyətdə nüfuzu, çəkisi göz önündədir. 760 mindən artıq üzvü sıralarında birləşdirən partiyanı cəmiyyətin avanqard qüvvəsinə çevirən bu siyasi təşkilatın  monolitliyi, sözlə əməlinin birliyi, dövlətin, xalqın gələcəyini düşünərək qəbul etdiyi qərarlar, dövrün, zamanın tələblərinə uyğun olaraq irəli sürdüyü təşəbbüslər, bir sözlə, Azərbaycanı daha güclü görmək istəyidir: “Əli Əliyev kimilər Yeni Azərbaycan Partiyasının fəaliyyət yolunu  ancaq dövlətçilik tarixindən oxuyub, öyrənə bilərlər. Nəinki partiyasını,  kiçik dövlət kimi dəyərləndirilən ailə modelini düzgün qurmağı bacarmayan birisinin bu gün heç bir haqqı, hüququ olmaya-olmaya  dövlət idarəçiliyi iddiasına düşməsi gülüncdür. Görəsən, illik xərci 200 manat olan, özünün yaxın çevrəsindən başqa 1 nəfər də olsun üzvü olmayan bir partiyanın yalnız möhürlü və qovluqlu sədri olan Əli Əliyev düşünmürmü ki, 760 minlik Yeni Azərbaycan Partiyasının hər bir üzvü 1 cümlə yazsa, qondarma VİP-in qondarma sədri ömrünü ancaq onları oxumağa sərf edə bilər.  Dərk etmirmi ki, bu gün sosial şəbəkə “ulduzu” olan  Əli Əliyev kimi qondarma siyasətçilərin də həyatını elə Yeni Azərbaycan Partiyası, onun yaradıcısı, müasir müstəqil  Azərbaycan dövlətinin qurucusu,   ümummilli lider Heydər Əliyev xilas edib? Görəsən, ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ötən əsrin 90-cı illərinin əvvəllərində parçalanmağın, vətəndaş müharibəsinin bir addımlığında  olan Azərbaycanı xilas edərkən, “91-lər”, partiyanın on minlərlə üzvləri, təəssübkeşləri və tərəfdarları meydanlarda mübarizə apararkən Əli Əliyev kimilər harada idilər? Özlərini şəxsi həyatda tapa bilməyənlərin siyasət nəhənglərinin ünvanına cəfəng və həqiqətdən uzaq   fikirlər səsləndirməyə haqları varmı? Ona görə də yaxşı olar ki, Əli Əliyev “Osmanqızı”, “Bumeranq” kimi “youtube” kanallarında monoloq şoularına son qoysun, öz adına olan 4-5 saxta “facebook” səhifələrini də bağlatdırsın. Unutmasın ki, siyasətdə ucuz reklam yolu ilə qərar tutmağa çalışmaq mümkünsüzdür.  Xalq kimin kim olduğunu yaxşı bilməklə yanaşı, utopiyalara deyil, reallıqlara dəyər verir. Bu günün reallığı isə budur ki, Azərbaycan ən yüksək zirvələri fəth edir, ölkənin  ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların partiyası olan Yeni Azərbaycan Partiyası yeni hədəflərin gerçəkləşməsinə töhfələr verməklə dövlətimizin daha da qüdrətlənməsinə, xalqın rifahının gündən-günə yüksəlməsinə səy göstərir.  YAP xalqın partiyasıdır.  Yaxşı olar ki,  Əli Əliyev kimi  siyasətdən, yaxın tariximizin dərslərindən xəbərsiz olanlar özlərində cəsarət tapıb reallıqları etiraf edərək siyasət meydanını tərk etsinlər. Özü də birdəfəlik!”




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ