Bazar günü günü, 15 noyabr 2026
     

Azad ərazilərdə abadlıq-quruculuq işlərinin miqyası erməniləri də heyrətə gətirib...

Image


Bu gün Azərbaycan üçün əsas prioritet məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, bu yerlərə böyük qayıdışının reallaşdırılması üçün müvafiq infrastrukturun yaradılmasıdır. Hazırda qeyd edilən istiqamətdə Azərbaycan dövləti tərəfindən genişmiqyaslı işlər görülür.

Qeyd edilən fonda Prezident İlham Əliyev tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamın, iyul ayında isə “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanın imzalanması azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. İqtisadi rayonların yeni təsdiq olunmuş bölgüsündə Qarabağ iqtisadi rayonunun (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonunun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yer alması işğaldan azad olunmuş ərazilərin sürətlə və məqsədyönlü şəkildə inkişaf etdirilməsinə imkan verməklə yanaşı, tarixi, ənənəvi sosial-iqtisadi, mədəni bağlılıq kimi məsələlərin də səmərəli həllinə imkan verir.

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması onlar üçün xüsusi inkişaf proqramlarının qəbul olunaraq həyata keçirilməsinə imkan verəcək. Bu zaman  görüləcək işlər konkret əlaqələndirilmiş şəkildə icra olunacaq və işğaldan azad edilmiş ərazilərimiz qısa zamanda digər rayonların inkişaf səviyyəsinə çatdırılacaq.  Bu, Azərbaycan ərazilərində qalan ermənilərin daha tez Azərbaycan vətəndaşlığını qəbul etməsinə də öz müsbət təsirini göstərəcək. Çünki həmin ermənilərə  dilənçi  vəziyyətində yaşayan yoxsul Ermənistandan heç bir fayda yoxdur. Məhz qeyd edilən məqamlar “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanın daha bir strateji əhəmiyyətini ortaya çıxarır. Digər tərəfdən, hazırda Azərbaycanın azad edilən ərazilərdə həyata keçirdiyi abadlıq-quruculuq işləri artıq erənilərin ölkəmizə baxışını dəyişir. Erməni siyasi icmalçı Xaçatur Xaçatryan bu xüsusda yazır: “Artsax günü” deyirsiniz? Bəs belə bir gün keçirmək üçün nə etdiniz? Baxın, indi orada Azərbaycan nələr edir. Baxın və utanın! Müasir yollar çəkilir, infrastruktur bərpa edilir. Bəs bizim hökumətimiz 30 il ərzində “Artsax” üçün nə edib? İrəvan bu üç onillikdə Qarabağda bir iş də görə bilməyib. Bir dövlət də “DQR”i rəsmən tanımadı. Və ümumiyyətlə, Ermənistan orada heç bir şey tikmədi, ancaq taladı, dağıtdı… İndi Qarabağda Azərbaycan fəal tikinti işləri aparır, aeroportlar, mehmanxanalar, tunellər tikir. Bütün bunlar Ermənistanın əvvəlki və hazırkı hakimiyyətinin “fəaliyyəti”nin real göstəricisidir”. Xatırladaq ki, bu günlərdə Ermənistanda nəşr edilən “Qraparak” qəzeti də Azərbaycanın Şuşa şəhərində genişmiqyaslı tikinti-abadlıq işləri həyata keçirdiyindən yazmışdı. Erməni nəşri indi Şuşanın işıqlarının gecələr hətta Xankəndidən göründüyünü qeyd edirdi: “Yol və tuneldən əlavə yüksək gərginlikli elektrik stansiyası da tikilib. Şuşaya aparan yolda, hələ sovet illərində tikilmiş və Şuşanı qidalandıran yarımstansiyanın bir neçə metrliyində cəmi bir neçə ay ərzində yeni yarımstansiya tikilib, indi bu yarımstansiya Şuşanı elektriklə qidalandırır və şəhəri işıqlandırır. Azərbaycan işıqları ilə möhtəşəm şəkildə işıqlandırılmış Şuşa şəhəri indi hətta Xankəndidən görünür. Ruslar isə Azərbaycan hərbçilərinin baxışları altında Xankəndiyə keçib gedənlərin pasportlarını yoxlayır”. Qeyd edək ki, “Azərenerji” ASC cəmi bir neçə ayda nəinki Şuşada, o cümlədən Kəlbəcərdə və Füzulidə yeni yarımstansiyalar tikib, hazırda Zəngilan, Qubadlı və Ağdamda yarımstansiyaların tikintisi davam edir. Uzun illərdir Qarabağda yoxsulluq və səfalət içərisində yaşayan ermənilər üçün bu cür geniş miqyasda və bu sürətlə abadlıq-yenidənqurma işləri, müasir infrastrukturun qurulması, əlbəttə ki, işğal nəticəsində üzləşdikləri vəziyyətlə Azərbaycanın azad edilmiş ərazilərində baş verən dəyişikliklər arasında müqayisə aparmaq imkanı yaradır. Və onlar cəmi bir neçə ay əvvəl baş nazir Nikol Paşinyanın “boz və miskin şəhər” adlandırdığı Şuşanın işıqlarına Xankəndidən tamaşa edib gec-tez bu nəticəyə gələcəklər ki, normal yaşamaq üçün Azərbaycan pasportlarını almaqdan başqa yol yoxdur. Onu da qeyd edək ki, Azərbaycanın gördüyü abadlıq-quruculuq işləri beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Məsələn, ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Füzuli hava limanı timsalında bu xüsusda bildirir: “Füzuli rayonunda beynəlxalq hava limanının tez və keyfiyyətli şəkildə tikilməsi rəsmi Bakının azad olunmuş regionların hərtərəfli inkişafına strateji yönəlməsini nümayiş etdirir”. Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda qısa zamanda, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının tikilməsi görünməmiş hadisədir və azad edilmiş torpaqlarda aparılan bərpa işlərinin miqyasını bir daha nümayiş etdirir. Hava limanının tikintisinə bu il başlanılıb və onun sentyabr ayında təhvil verilməsi planlaşdırılır. Ekspertin fikrincə, beynəlxalq hava limanı regionun iqtisadi inkişafı üçün böyük potensiala malikdir və turizmin inkişafına təsir göstərəcək. O bildirib ki, bu hava limanının sayəsində yerli sakinlər münasib qiymətlərə başqa ölkələrə səfər etmək imkanı qazanacaqlar: “Eyni qaydada, yerli iş adamları öz məhsullarını beynəlxalq bazara çıxarmaq imkanı əldə edəcəklər”. Piter Teys əlavə edib ki, rəsmi Bakı etibarlı ticarət tərəfdaşı kimi öz rolunu bütün dünyaya sübut edir və regionda gəlirli kommersiya layihələrinin işə salınması üçün şərait yaradır: “Zəfər yolu daim artmaqda olan iqtisadiyyatın arteriyasıdır. Şuşa böyük mədəniyyət mərkəzi olacaq, onun zəngin tarixi irsi isə o qədər qonaq cəlb edəcək ki, bura Avropanın turizm istiqamətləri xəritəsində cəlbedici mirvariyə çevriləcək”.

Tahir TAĞIYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ