Bazar günü günü, 15 noyabr 2026
     

Qondarma “artsax”ın builki “bayramı” qara gəldi - Bakı şərtləri diqtə etdi, İrəvan tabe oldu

Image


Sentyabrın 2-də Qarabağda ermənilər qalan ərazidə baş verənlər bir daha bu yerlərin sahibinin Azərbaycan olduğunu bütün dünyaya nümayiş etdirdi. O da bəlli oldu ki, həmin ərazidə məhz Azərbaycanın diqtəsi həyata keçir. Artıq bunu ermənilər özləri də etiraf edir.

Qeyd edək ki, sentyabrın 2-də qondarma “Qarabağ rejimi”nin yaradılmasının 30 illiyi ilə bağlı Xankəndi şəhərində bayram tərdbirləri keçirilməli idi. Hətta “Telegram” kanalının erməni seqmentində İrəvandan 20 nəfərdən ibarət “ali nümayəndə heyətinin” gəlişi haqda anons verilmişdi. Lakin sonradan bəlli oldu ki,  Xankəndidə heç bir bayram tədbiri olmayacaq. Onu da qeyd edək ki, Qarabağda rus sülhməramlılarının arxasında gizlənərək keçirilən təxribat xarakterli “mərasimə” Ermənistan hakimiyyətindən rəsmi şəkildə heç kəs qatılmayıb. Yalnız parlamentdə təmsil olunan fraksiyaların bir neçə deputatı gəlib. Hər il təmtəraqlı mərasimlər, rəsmi nümayəndələrin səfərləri, çıxışları ilə keçən qondarma “Artsax”ın “müstəqillik” günü bu il sadəcə bəyanatlarla “qeyd olundu”. Üstəlik,  bədnam “bayram”ı qeyd etmək üçün hər il İrəvandan Xankəniyə gələn Ermənistan rəhbərliyi və siyasətçilər bu il eyni addımı atmağa cürət etmədilər. Gücləri yalnız quru bəyanatlara çatdı. Səbəb isə aydındır. Azərbaycan buna icazə vermədi.  Erməni siyasi ekspert Tevan Poqosyan da bunu təsdiq edir: “İlk dəfə olaraq Ermənistan rəhbərliyi “müstəqillik günü” münasibətilə Qarabağa getmədi. Bunun səbəbini Ermənistan rəhbərliyinin qorxu və narahatlığında axtarmaq lazımdır. Necə deyərlər, iki qorxu – bir ölüm. Bəlkə də vəzifələrini itirməkdən, bəlkə də Azərbaycan və İlham Əliyevin reaksiyasından qorxurlar”. Ermənistan parlamentinin deputatı, “Ermənistan” frkasiyasının üzvü Areqnaz Manukyan da ölkə hakimiyyətini tənqid edib. Deputat qondarma rejimin yaradılmasının 30 illiyi ilə bağlı tədbirlərdə prezident Armen Sarkisyan, baş nazir Nikol Paşinyan və spiker Alen Simonyanın iştirak etməməsinin səbəbini izah edib: “Qarabağdakı “müstəqillik” tədbirinə Ermənistanın 3 ən yüksək vəzifəli şəxsi qatılmayıb. Bu, misli görünəmiş hadisədir. Müharibədən sonra yalnız xarici işlər naziri Ara Ayvazyan Qarabağa getmişdi. Bundan sonra Əliyev bu hallar təkrar olunacağı halda reaksiya verəcəklərini bildirdi. Bu sözlərdən sonra Qarabağa səfərlər dayandırıldı”. Jurnalistlər də Ermənistanın yüksək səviyyəli dövlət nümayəndələrinin niyə qondarma “Artsax”ın yaradılmasının 30-cu ildönümü münasibətilə oranı ziyarət etmədiklərini, Paşinyanın isə belə bir vaxtda məzuniyyətə getdiyini soruşublar. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Vaaqn Xaçatryan məsələni belə izah edib:  “Deməli belə lazımdır. Bunun üçün siyasi qərar qəbul edilib. Bu cür addım atmaq zəruridir. Başqa heç nə axtarmayın, hər şey yaxşıdır”. Xaçatryan bundan böyük bir problem düzəltməyə gərək olmadığını vurğulayıb: “Ermənistan hakimiyyəti bu günlə əlaqədar tədbirləri belə keçirmək qərarına gəldi. Heç bir problem yoxdur. Bundan böyük problem yaratmayın”. "Şərəf duyuram" fraksiyasının üzvü Tiqran Abramyanın fikrincə, Qarabağda Ermənistanın yüksək vəzifəli rəsmilərinin olmaması hakimiyyətin Azərbaycanın diqtə etdiyi oyun qaydalarını qəbul etməsi deməkdir. Erməni politoloq Emil Orduxanyan isə bildirir: “Ermənistan və Qarabağ arasında əlaqə zəifləyir, bu, Bakıdan diqtə edilən prosesdir”. Onun sözlərinə görə, sentyabrın 2-də Ermənistandan rəsmilərin Qarabağa gəlməməsi bunun sübutudur: “Ermənistan Rusiya-Türkiyə-Azərbaycan üçbucağına düşüb və çıxa bilmir. Üçbucağın təsəvvür etdiyi “sülh formulu” Ermənistanın təsəvvür etdiyi ilə sadəcə ziddiyət təşkil edir”.

Onu da bildirək ki, Qarabağda təxribat xarakterli “mərasimə” qatılan Ermənistan parlamentində təmsil olunan fraksiyaların üzvlərinə də burada xoş münasibət sərgilənməyib. “Qraparak” qəzeti yazır ki, həmin deputatlar Xankəndidə hücuma məruz qalıb. Belə ki, Xankəndi şəhərinə gələn deputatlar yerli sakinləri qəzəbləndirib. Ermənistanın hakim partiyasının deputatlarının gəlməsindən xəbər tutan Qarabağda məskunlaşdırılan bəzi ermənilər daş-kəsəklə “silahlanaraq” “Ermənistan” otelinin qarşısına yığılıblar və deputatlara daş atıb, təhqirlər yağdırıblar. Aydın olub ki, ora toplaşanlar övladları İkinci Qarabağ savaşında ölən əsgərlərin valideynləridir və onlar övladlarının ölümündə Ermənistan hakim partiyasını günahlandırırlar. Onlar deputatların Qarabağa gəlməyə haqqı olmadığını da bildiriblər. O da məlum olub ki, erməni əhali deputatların ölən əsgərlərin basdırıldığı qəbiristanlığı ziyarət etməsinə imkan verməyib. Onların deputatların qaldığı “Ermənistan” otelinə girməsinə isə polis imkan verməyib. Deputatlar ölən əsgərlərin doğmalarının aksiyasından xəbər tutaraq, qəbiristanlığı ziyarət etməkdən imtina ediblər. Yalnız bir müddətdən sonra xüsusi mühafizəçilərlə tez-tələsik qəbiristanlığa dəyib şəkil çəkdirməyi və ziyarət etdikləri görüntüsünü yaratmağı bacarıblar.

Politoloq Qabil Hüseynli  qeyd edir ki, Nikol Paşinyanı nə Qarabağ, nə də Qarabağdakı qondarma “müstəqillik günü” maraqlandırır: “Belə olmasaydı, o, avqustun 31-dən sentyabrın 3-nə kimi məzuniyyətə çıxıb istirahət etməzdi. Gec də olsa, erməni siyasi dairələri başa düşür ki, özgə torpağından vətən olmaz”. Q.Hüseynlinin sözlərinə görə, Ermənistan rəhbərliyi anlayır ki, indki halda Qarabağdakı qondarma “müstəqillik günü” tədbirlərinə qatılmaq rəsmi Bakıya aşkar meydan oxumaqdır: “Ermənistan artıq bir dəfə bu səhvi edib: baş nazir Nikol Paşinyanın Qarabağa səfər etməsi, Cıdır düzündə sərxoş halda yallı getməsi, qanunsuz inauqurasiya mərasimi təşkil etməsi və sair kimi davranışları məhz 44 günlük müharibənin başlamasında əsas səbəb oldu. Digər tərəfdən, Ermənistan rəhbərliyi də anlayır ki, ölkələri yeni bir müharibəyə girəcək gücə sahib deyil. Mövcud erməni iqtisadiyyatı, müharibənin qapanmayan yaraları, narazı valideynlər, daxildəki siyasi xaos, darmadağın olmuş ordu Ermənistanın düşünməli olduğu başlıca problemlərdir. Yəni bu problemlər ola-ola Ermənistan rəhbərliyindən kiminsə Qarabağdakı qondarma “müstəqillik günü”nə qatılması ağılsız bir davranış olardı. Bu, Azərbaycana müharibə səbəbi vermək deməkdir.

Digər tərəfdən, Azərbaycan tərəfi də belə bir şeyin baş verməsinə, çətin ki, razı olsun. Ordumuz da, xalqımız da istənilən erməni təxribatına layiqli cavab verəcək gücdədir”. Politoloq bildirib ki, Qarabağda yaşayan ermənilər, xüsusən də onların ziyalıları reallıqla barışmalıdır: “Qarabağda qondarma “müstəqillik günü” keçirənlər erməni xalqının əsas düşmənləridir. Bu şəxslər boş bir xülya ilə yaşayan, işğalı davam etdirməyə və fəlakətlərə can atan insanlardır. Hər kəsdən öncə erməni ziyalıları bu və bu kimi şəxslərə qarşı mübarizə aparmalıdır. Qarabağda ikinci bir müstəqil erməni dövləti olmayacaq. Bu artıq reallıqdır. Qarabağ erməniləri nə qədər tez bu reallıqla barışıb Azərbaycan vətəndaşlığını qəbul etsələr, bu onların özü üçün yaxşı olacaq. Təbii ki, heç kəsə "Azərbaycan vətəndaşı ol" deyə bilmərik. Bu reallığı qəbul edə bilməyənlər dünyanın istənilən ölkəsinə gedə bilər”.

Samirə SƏFƏROVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ