Bazar günü günü, 15 noyabr 2026
     

Qafqazda terror təhdidi yenidən baş qaldırır...

Image


Əfqanıstanda baş verən son olaylar fonunda dünya üçün narahatlıq yaradan əsas məqamlardan biri də terror təhlükəsi ilə bağlıdır. Bu ölkədə mövcud vəziyyət terrorçu qrupların yenidən Əfqanıstandan baza kimi istifadə etməsinə münbit şərait yaradır. Artıq İŞİD-in, “İslam Dövləti-Xorasan” qruplaşmasının Əfqanıstanda yenidən fəallaşması da qeyd edilənlərin təsdiqidir. Elə bu da dünya, o cümlədən MDB miqyasında ciddi narahatlığa yol açır.

MDB Antiterror mərkəzinin rəhbəri Andrey Novikov da bildirib ki, terror fəaliyyətinin, xüsusilə də Mərkəzi Asiyada yerləşən MDB ölkələrinin ərazisinə keçmək risqi var. O qeyd edib ki, Əfqanıstanda “Taliban”dan savayı digər terror qruplaşmaları da fəaliyyət göstərir və onlar nə talibançılara, nə də beynəlxalq strukturların qətnamələrinə tabe olmaq niyyətindədir: “Əfqanıstanda yerləşən bu terror təşkilatlarının öz siyasi hədəflərini həmsərhəd ölkələrin, o cümlədən MDB ölkələrinin ərazisində həyata keçirməyi planlaşdırma ehtimalı var”. Novikov bildirib ki, Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra MDB ölkələrinin əks-kəşfiyyat bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib: “Bunun Misir, Liviya, Suriyada necə baş verdiyini yaxşı xatırlayırıq. İndiyədək yatmış olan bütün təşkilatlar, şübhəsiz ki, silahlanmağa çalışır. Bunun baş verməməsi üçün sərhədlərin mühafizəsi, qaçaqmalçılıqla mübarizə gücləndirilir, xüsusi xidmət orqanları ölkə ərazisinə silah keçirilməsinin qarşısını almaq üçün operativ fəaliyyət göstərirlər”. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da Əfqanıstandakı vəziyyətlə əlaqədar olaraq cənub sərhədlərinin təhlükəsizliyini təmin etməyin Rusiya üçün çox vacib olduğunu bildirib: "Əfqanıstandakı vəziyyətlə əlaqədar olaraq özünün cənub sərhədlərinin, Mərkəzi Asiyada tərəfdaşların təhlükəsizliyini təmin etmək Rusiya üçün çox vacibdir". İndi məsələnin təhlükəli tərəfi MDB ölkələrinə ayaq aça biləcək terrorçuların yenidən Şimali Qafqaza da gələ biləcəyidir. Əvvəllər Suriyada olan terrorçuların Şimali Qafqazla sıx əlaqəsi olub. İndi eyni taktikadan Əfqanıstanda olan terrorçuların da istifadə edə biləcəyi istisna olunmur. Bu da Azərbaycanın şimal sərhədlərində təhdidlər yaranması deməkdir. Xatırladaq ki, Rusiyanın cənub hissəsində yerləşən Şimali Qafqaz zəngin təbiətə məxsus olması ilə yanaşı, qarışıq etnik tərkibə də malikdir. Bölgə Adıgey, İnquşetiya, Çeçenistan, Dağıstan, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya kimi 7 respublika, Krasnodar və Stavropol diyarlarından ibarətdir. Çeçenistan və Dağıstan respublikalarında vaxtaşırı qeydə alınan terror hadisələri, münaqişələr, etnik qruplar arasındakı konfliktlər bölgədə gərginliyin yüksəlməsinə gətirib çıxarır. Burada bəzi qüvvələrin terrorçularla işbirliyində maraqlı olması Suriya, Əfqanıstandan olan analoji qruplaşmalrın daim bu yerlərə xüsusi diqqət göstərməsi ilə müşayiət edilir. İndilikdə isə əsas təhlükələrdən biri odur ki, Əfqanıstanı tərk edənlərin arasına terrorçular da daxil ola bilər.  

Hazırda Əfqanıstandan qaçanlar daha çox Orta Asiyaya sığınır. Son məlumatlara görə, artıq 20 minə yaxın əfqan qaçqın Tacikistana sığınıb. Ağır sosial-iqtisadi böhran içərisində olan Tacikistan isə bu qədər qaçqını təmin etmək gücündə deyil. Eyni zamanda, Tacikistan ordusunun da yaranmış vəziyyətdə ölkənin təhlükəsizliyini təmin etmək gücü yoxdur. Bütün bunlara görə Rusiya Əfqanıstandan və Orta Asiayadan böyük köçün başlayacağından ehtiyatlanır. Ona görə də Rusiya rəhbərliyi terrorçu təşkilat hesab etdiyi “Taliban” hərəkatının təmsilçiləri ilə rəsmi danışıqlar aparmaqdan çəkinmir. Rusiya Federasiya Şurasının üzvü Vladimir Cabarov Moskvanın Rusiyada qadağan edilən “Taliban”la gələcəkdə əlaqələrini inkişaf etdirə biləcəyini istisna etməyib. Diplomatik əlaqələrin artmasına baxmayaraq, Rusiya eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Tacikistana hərbi yardım edəcəyini də bir neçə dəfə açıqlayıb. Rusiya ilə yanaşı, Türkiyə də Orta Asiya respublikalarına “Taliban” təhlükəsi qarşısında hərbi dəstək vəd edib. İstisna deyil ki, Rusiya bu dəfə Taliban təhlükəsinə qarşı Türkiyə ilə birlikdə hərəkət edəcək. Suriya və Cənubi Qafqazda bu iki ölkə arasında əməkdaşlığın olmasını da nəzərə alanda, Rusiya ilə Türkiyənin “Taliban” təhlükəsinə qarşı Orta Asiyada faydalı əməkdaşlığı istisna edilmir. Belə bir əməkdaşlıq mümkün olacaqsa, Azərbaycan da bu prosesə öz töhfəsini verə bilər. Ümumiyyətlə, Azərbaycan üçün də Əfqanıstanda hadisələrin inkişaf axarı maraqlıdır. İlk növbədə o baxımdan ki, Əfqanıstanda etnik azərbaycanlıların da xüsusi çəkisi var. Əfqanıstanın bir çox yerinə səpələnmiş, əsasən Herat, Kabul, Qəznə, Məzari-Şərif, Beğlan, Bədəxşan və digər ərazilərdə yaşayan soydaşlarımızı Mərvi, Bayat, Qızılbaş, Şahsevən, Türkman, Əfşar, Qacar adı ilə tanıyırlar. Əfqanıstanda 3 milyona yaxın soydaşımızın böyük əksəriyyəti öz türk kimliyini qoruyub saxlayıb. Əfqanıstanda, qeyri-rəsmi olsa da, Azərbaycan türklərinin icmaları fəaliyyət göstərməkdədir. Bu mənada, sözügedən ölkədə baş verənlər Azərbaycan tərəfindən də diqqətlə izlənilir.

Nahid SALAYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ