Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistanın anklav kəndlər məsələsində Azərbaycana heç bir müqavimət imkanı qalmadı...

Image


“Əminəm ki, anklavlar məsələsi çoxdan danışıqlar masasına qoyulub və erməni tərəfi öz razılığını verib”. Belə bir açıqlama ilə beynəlxalq təhlükəsizlik məsələləri üzrə erməni ekspert Armen Manvelyan çıxış edib.

O qeyd edib ki, müxalifətin narazılığı da daxil olmaqla, müxtəlif səbəblər olduğu üçün Ermənistan hakimiyyətinin bunu indi həyata keçirə bilməməsi başqa məsələdir. Manvelyan bildirib ki, erməni tərəfi indi azərbaycanlıları geri qaytarmağa çalışmır və indiki halda şərtləri azərbaycanlıların diqtə etdiyinə dair bir vəziyyət yaranır. Bu fikri erməni polittexnoloq Armen Badalyan da dəstəkləyir. Zəngəzur dəhlizi ilə bağlı danışarkən ekspert bu xüsusda bidirib: “Baş nazir Nikol Paşinyan ya Azərbaycana şifahi şəkildə hansısa razılıq verib, ya da Bakı hazırkı imkanlarından istifadə edərək güzəşt tələb edir. Ermənistan hakimiyyətinin təkzib etməsinə baxmayaraq, Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin Zəngəzur dəhlizini müzakirə etdiyi qətiyyən istisna edilməməlidir. Ermənistan baş nazirinin dəhlizlə bağlı heç bir söz vermədiyi barədə sözlərini həqiqət kimi qəbul etmək olmaz. Hakimiyyət 44 günlük müharibə zamanı da bir söz deyib, başqa şey edirdi”. Badalyanın fikrincə, prezident İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü zamanı Paşinyanın hansısa vədlər verməsi tam mümkündür. Politoloq deyib ki, Azərbaycan müharibədən sonra Ermənistanın indiki vəziyyətindən də istifadə edə bilər: “Azərbaycan Ermənistanı ikinci kapitulyasiyaya məcbur edir: bu dəhliz Azərbaycan və Türkiyə arasında vacib rol oynayır. Eyni zamanda, Zəngəzur dəhlizi Qərbə də lazımdır”. Politoloq, həmçinin onu da qeyd edib ki, Azərbaycan anklavlarını da tələb edir və yəqin ki, buna da nail olacaq: “Rus sərhədçilərin Dilicanda peyda olması bu ssenarinin gerçəkləşməsinə xidmət edə bilər. Ola bilsin ki, o ərazidə delimitasiya aparılsın və anklavlar geri verilsin. Yeni sərhədlər müəyyənləşəndən sonra isə sərhədə nəzarət rus sərhədçilərinə veriləcək”. Digər bir sıra erməni politoloqlar və hərbi ekspertlər hesab edirlər ki, Paşinyan sözdə Zəngəzur dəhlizi məsələsinin olmadığını desə də, əslində dəhlizin açılması, o cümlədən anklavların qaytarılması ilə bağlı öhdəlik götürüb.

Qeyd edək ki, bu məsələdə “Qarabağ klanı” Paşinyana qarşı genişmiqyaslı təbliğat aparır. Bu xüsusda "Şərəf duyuram" parlament fraksiyasının üzvü Tiqran Abramyan bildirir ki, 102-ci hərbi baza çərçivəsində Rusiya qoşunlarının yerləşdirilməsi və ya Ermənistanın müxtəlif bölgələrində istehkamların qurulması anklavların Azərbaycana qaytarılmasına hazırlıqdır: “Ermənistanın nəyə əsaslanaraq Rusiyadan Dilican bölgəsində zastava və ya dayaq məntəqələrini yerləşdirməsini xahiş etdiyinin aydınlaşdırılması vacibdir”. “Ermənistan” fraksiyasından olan deputat Geqam Nazaryan isə qeyd edir: “Parlamentdə dava, sərhəddə baş verən təxribatlar – Ermənistanda rejim öz simasını itirib. Təəccüblənmək lazım deyil. Bu rejimin qeyri-insani addımları nəticəsində günahsız insanlar həbsxanalarda ölür. Sizə nə olub ki, bu qədər günaha batmağa razı olursunuz? Niyə indiki və gələcək nəsillər tərəfindən lənətlənmək istəyirsiniz? Bütün bunlardan sonra siz nə üçün konstruktivlik, tolerantlıq haqqında danışırsınız? Sizin sərsəmliyinizə görə ölkə belə ağır vəziyyətdədir, lakin siz dayanmırsınız, eyni üsullarla fəaliyyətinizi davam etdirirsiniz. Bu halda da anklav deyilən ərazilərin tezliklə Azərbaycana veriləcəyini görəndə təəccüblənməyin". Məsələ ilə bağlı politoloq Edqar Elbakyanımn açıqlamaları da çox maraqlıdır. O hesab edir ki, Azərbaycan Ermənistanı növbəti kapitulyasiya razılaşmasını imzalamağa məcbur edir. Onun fikrincə, Dilicanda müəyyən ərazilərin  Azərbaycana verilməsi həndəsi silsilə ilə çoxalan mənfi effektə gətirib çıxaracaq: “Əgər bu anklavlar Azərbaycana verilsə, Dilicanda ön cəbhə dağılacaq, azərbaycanlılar qoşunlarımızın arxa cəbhəsinə keçəcək. Ermənistan azərbaycanlılar Dilicandan Gürcüstana və Rusiyaya, ya da Zəngəzurdan İrana gedən yolu bağlayana qədər mövcud olacaq. Əgər bu baş versə, ölkə total blokadaya düşəcək”. Erməni mediası yazır ki, Dilican vilayətindən dövlətlərarası yol keçir, Ermənistanı Gürcüstan və Rusiya ilə bağlayır. Dilican anklavlarının verilməsi halında bu yolun iki kilometrindən çoxu Azərbaycanın nəzarətinə keçəcək. Eyni problemlər artıq Ermənistan və İranı birləşdirən dövlətlərarası yolda baş verib. Erməni mediası ona da diqqət çəkir ki, Azərbaycanla sərhəd zonalarda erməni əhalinin sayının azalması vəziyyəti daha da ağırlaşdırır. Bildirilir ki, Ermənistanın regionlarında yaşayan əhalisi sürətlə azalmağa davam edir. Əhalinin sayında ən çox azalma Zəngəzurda qeydə alınıb. Belə ki, Zəngəzurda əhalinin sayı cari ilin birinci yarısında təxminən 700 nəfər azalıb. Zəngəzurun inzibati mərkəzi sayılan Qafanda sözügedən rəqəm 400 nəfərə bərabər olub. Göstərilən rəqəmlər onsuz da əhalisinin ümumi sayı sürətlə azalan Ermənistan üçün olduqca təhlükəli həddədir. Ermənistanın Azərbaycanla sərhəd Dilican vilayətində də analoji vəziyyət hökm sürür. Burada cari ilin birinci yarısında əhalinin sayı 600 nəfər azalıb. Bu halda erməni mediası vilayətdə anklavların Azərbaycanın nəzarətinə daha tez keçə biləcəyini istisna etmir.

Samirə SƏFƏROVA

 

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ