Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan işğal faktına son qoymaqla həm də dünyanı təhlükəli narkotik marşrutundan xilas etdi

Image


Əfqanıstanda hakimiyyətə gələn “Taliban” ölkə iqtisadiyyatı üzərində də nəzarəti ələ alıb. Hazırda maraq doğuran məsələ dünyada ən böyük narkotik istehsalçılarından biri olan Əfqanıstanda qeyd edilən istiqamətdə vəziyyətin bundan sonra necə olacağıdır.

Məsələ ilə bağlı Rusiyanın “RİA Novosti” portalı yazır: “Taliban” narkotik maddələrin istehsalının dayandırılacağını bildirir. “Taliban” hərəkatının nümayəndəsi Dabihulla Mücahid bu xüsusda bəyan edib:  "Nə narkotik maddə istehsalı olacaq, nə də qaçaqmalçılıq. Əfqanıstan artıq xaşxaş becərən ölkə deyil". Belə vədlər əvvəllər də səsləndirilib. 2000-ci illərdə islamçılar xaşxaş becərilməsini yasaqlamışdılar. Narkotik maddə yetişdirilən sahələri isə məhv etmişdilər. Və narkotik maddə dövriyyəsi, həqiqətən də, məhdudlaşmışdı. Ancaq ABŞ Əfqanıstana girəndən sonra silahlılar hakimiyyəti itirdilər və beləliklə, tiryək, heroin, metamfetamin ticarəti yenidən çiçəkləndi. BMT-nin Narkotiklər və Cinayətkarlığa Nəzarət üzrə İdarəsi (UNODC) Əfqanıstanı dünyanın nəhəng tiryək istehsalçısı hesab edir. Keçən il bu ölkədə xaşxaş istehsalı 37 faiz artıb. Bitkinin ümumi əkin sahəsi 263 min hektar təşkil edib ki, bu da mütləq rekorddur.

UNODC-un hesablamalarına görə, Əfqanıstan narkotik maddə ticarətindən illik 400 milyon dollar gəlir əldə edir. Uzun illər bu sahə ölkənin əsas gəlir mənbəyi olub. Ancaq son illərdə vəziyyət dəyişib – islamçılar öz iqtisadiyyatını şaxələndirməyə başlayıb. “Taliban” qruplaşmasının əsasını qoyan molla Ömərin oğlu, hərəkatın liderlərindən biri Məhəmməd Yaqub başqa gəlir mənbələri axtarmağa çağırıb. Və silahlılar məqsədyönlü şəkildə mineral resurslarla zəngin bölgələri ələ keçirməyə başlayıblar. Əfqanıstanda faydalı qazıntılar – mis, boksit, dəmir filizi, mərmər, az tapılan yüngül metallar çoxdur. Qızıl da var. Və bütün bunlar bir neçə trilyon dollar dəyərində hesablanır. Bəzi faydalı qazıntı yataqlarına indiyə kimi toxunulmayıb. Silahlıların əlinə keçən yataqlar illik 460 milyon dollar gəlir gətirə bilər. "The Financial Times" jurnalistlərinin verdiyi məlumata görə, bu təbii resursların əsas alıcıları, əsasən Çin, Pakistan və BƏƏ şirkətləridir. Bu ilin may ayında BMT-dən bildirildiyinə görə, “Taliban”ın illik gəliri 300 milyondan 1,6 milyard dollara qədərdir. Təkcə keçən il taliblər vergidən 160 milyon dollar pul toplayıblar. Qruplaşma əyalətləri ələ keçirməklə yerli xəzinəni boşaldıb, silah və zirehli texnikanı mənimsəyib, eləcə də müəssisələrdən və əhalidən xərac toplayıb. Taliblər nəzarət etdikləri ərazilərdə kommunal xidmətlərə görə 10 faizlik vergi tətbiq ediblər (təkcə elektrik enerjisindən illik 2 milyon dollar əldə olunub). Onlar yüklərin tranziti üçün xərac tələb edir, hər bir biznes sahəsinə müdaxilə etməyə çalışırlar. Yanacaq, siqaret, qida məhsulları, dərman, ilkin tələbat mallarının tədarükü isə ayrıca nəzərdən keçirilməli mövzudur. Bütün bunlarla yanaşı, “Taliban”a xaricdən də yardım olunur. Fars körfəzi ölkələri – Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki xüsusi sponsorlardan ildə 500 milyon dollar vəsait daxil olur”.

Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev də Əfqanıstanda hələ də narkotikin yetişdirilməsinin artmaqda olduğunu bildirir: “Son 20 il ərzində ABŞ Əfqanıstanda qlobal narkotik laboratoriyası yaradıb. Ölkədə tiryək istehsalı 40 dəfədən çox artıb, Əfqanıstan dövlətinin inkişafı isə onilliklərlə geriyə atılıb”. Onun sözlərinə görə, Amerika qoşunlarının mövcudluğu zamanı Əfqanıstanda terror hücumlarının sayı sürətlə artıb. O qeyd edib ki, bir çox terror təşkilatları Əfqanıstan torpaqlarını baza hesab edir. Təhlükəsizlik Şurasının sədri əlavə edib ki, ABŞ Əfqanıstanda iyirmi illik hərbi-siyasi mövcudluğu dövründə narkotik maddələrin alveri ilə mübarizə aparmaq əvəzinə, qlobal miqyasda narkotik laboratoriyası yaratmaq layihəsini həyata keçirib: “Qərb heç vaxt Əfqanıstan ordusun, polisinə və xüsusi xidmət orqanlarına hərbi biliyi öyrədə bilmədi. Mənəvi və psixoloji cəhətdən korlanmış hərbi qüvvələr döyüşmədən təslim oldu”.

Narkotik maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların Avropa ölkələrinə keçmək üçün Azərbaycan ərazisindən tranzit maşrut kimi istifadə etməsi də sirr deyil. Lakin bu hal Azərbaycan ərazilərinin işğal altında qaldığı müddətdə baş verib. Əfqanıstan-İran-Dağlıq Qarabağ marşrutu ilə ermənilər sayəsində daim narkotik daşınıb. Azərbaycanın, həm də dünya ictimaiyyətinin nəzarətindən kənar qalan Əfqanıstan-İran-Dağlıq Qarabağ marşrutu ermənilərə xeyli vəsait qazandırıb. Lakin Azərbaycanın ərazi bütövlüyünü və İranla sərhədləri üzərində nəzarəti tam bərpa etməsi vəziyyəti kökündən dəyişib. Artıq Əfqanıstan-İran-Dağlıq Qarabağ marşrutu yoxdur və bu xətlə dünyaya narkotik paylanılmır. Bu, həm də Azərbayanın dünya ictimaiyyəti üçün ən böyük xidmətlərindən biridir.

Tahir TAĞIYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ