Bazar günü günü, 15 noyabr 2026
     

Bakı və Ankara Ermənistan üçün əsas ümid yerinə çevrilir...

Image


Məlumdur ki, Azərbaycan Ermənistana İkinci Qarabağ müharibəsindən sonra sülh müqaviləsi imzalamaq təklifi ilə müraciət edib. Eyni zamanda Türkiyə də Ermənistanla münasibətlər qurmağa hazır olduğunu bildirib. Elə bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd edib ki, bölgədə yeni, konstruktiv yanaşmalara ehtiyac var: “Düşüncə və gözləntilərdə fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də daxil olmaqla, etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səy göstərmək lazımdır. Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik. İndi sülhü və sabitliyi davamlı etməli, iqtisadi inkişaf və regional əməkdaşlıq üçün şərait yaratmalıyıq. Azərbaycan da oxşar anlayışla Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edir”. Bu fonda Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Türkiyə tərəfindən verilən müsbət siqnalları qiymətləndirəcək, bu siqnallara müsbət siqnalla cavab verəcək. 

Bütün bunları şərh edən Rusiyanın “gazeta.ru” nəşri yazır ki, Ermənistan türk pəncərəsi ilə Rusiyanın orbitindən Avropaya doğru uzaqlaşmağa çalışır. Nəşrə müsahibə verən mütəxəssislər İrəvanın Qərb dünyasına mümkün inteqrasiya naminə Türkiyə ilə yaxşı münasibətlər qurmağa çalışdığını bildiriblər. Politoloq Benyamin Matevosyan qeyd edib: “Bu bir paradoksdur, amma Paşinyan və komandası Türkiyəyə Avropaya açılan bir pəncərə kimi baxır. Məhz bu səbəbdən Paşinyanın komandasının əsas simaları müharibədən dərhal sonra Türkiyə ilə əməkdaşlıq qurulması və qalib gələn tərəflə, yəni Azərbaycanla dialoq zərurəti haqqında bildiriblər”. Onun sözlərinə görə, sabiq prezident Levon Ter-Petrosyan və onun, Paşinyan da daxil olmaqla, komanda üzvləri Türkiyə və Azərbaycanla bağlı problemlərin son həlli olmadan Ermənistan dövlətçiliyinin həyat qabilyyətli olmayacağı fikrinin tərəfdarlarıdırlar. Rus türkşünas Viktor Nadein-Rayevski bildirib ki, Ermənistanın Türkiyə ilə əlaqələr quracağı təqdirdə əldə edə biləcəyi tək şey sərhədlərin açılmasıdır və nəticə olaraq gəlirlərin artması, yeni investisiyalar da mümkündür:
“Amma eyni zamanda, bunun qaçılmaz bədəli ölkə ərazilərinin itirilməsi olacaq, bu isə, hətta Paşinyan tərəfdarları üçün də çox yüksək qiymətdir. Eyni zamanda, Rusiya baxımından Ermənistanla Türkiyə arasında normal münasibətlərin qurulması iqtisadi cəhətdən sərfəli ola bilər”. Digər rus ekspert Aleksey Fenenko qeyd edib  ki, Ermənistan ilk növbədə Azərbaycanla münasibətlər qurmaq yolunda irəliləməyə hazır olduğunu sübut etməlidir. Məhz bundan sonra Ankara ilə İrəvan arasında gələcək münasibətlər məsələsi müzakirə oluna bilər: “ Bunsuz Türkiyə Ermənistanla dialoqa getməyəcək. Bu, “iki vur iki” kimi bəsit bir məsələdir. Paşinyan hiss etməlidir ki, onun başqa yolu yoxdur. Paşinyan hər zaman oynamağa çalışır. O, iki od arasında qalıb. Ona görə də, bir tərəfdən xırda təxribatlar taktikasını davam etdirməyə, digər tərəfdən isə hansısa sülh təşəbbüslərini irəli aparmağa çalışır. Sərhəddə atışma bunun bariz nümunəsidir. Bu onun iki stulda oturmaq istəyi ilə bağlıdır". Erməni siyasi şərhçi Tevos Arşakyan bildirir ki, əslində, İrəvan Bakı və Ankara ilə razılığa getməyə məcburdur. Çünki ölkənin hansısa real müttəfiqi yoxdur: “2016-cı ilin aprel müharibəsi zamanı Serj Sarkisyan və onun komandası Ermənistan ictimaiyyətinə 800 hektar ərazi üzərində nəzarətin itirilməsini və 78 hərbçimizin həlak olmasını qələbə kimi təqdim etməyə çalışırdı. İndiki hakimiyyətin dövründə də belədir. Məsələn, son müharibə zamanı Azərbaycan Şuşanı öz nəzarətinə götürəndə hakimiyyətimiz "taktiki geri çəkilmə" haqqında nağıl danışırdı. Guya bir azdan biz "düşməni məhv edəcəyik". Bütün bunlar nə ilə qurtardı, hamımız yaxşı xatırlayırıq. Hətta indi Ermənistan cəmiyyətinin, demək olar ki, öz hökumətinə inamı və hörməti qalmadığı bir vaxtda da İrəvan bizi axmaq saymağa davam edir, öz uğursuzluqlarını nailiyyət və qələbə kimi qələmə verir. Ermənistan hakimiyyəti müttəfiqlərlə yaxşı münasibətlərdən danışır. Bu gülüncdür. Hansı müttəfiqlər? Bütün bu ölkələr müharibədən sonra qazanılmış qələbə münasibətilə Azərbaycanı təbrik etdilər. İrəvan bunu "Ermənistanın maraqlarının irəliləməsi" və ya "nailiyyət" hesab edir? İrəvanın müttəfiqi yoxdur. Çünki hamı hər şeyi görür və başa düşür. Ona görə də Bakı və Ankaranın şərtlərini qəbul etməli olacağıq". Erməni politoloq Stepan Danielyana görə, İrəvan Moskvadan imtina edib, həqiqətən də Türkiyə və Azərbaycanla normal münasibətlər qurmalıdır: “Azərbaycanın indi bir neçə hədəfi var. İlk növbədə Azərbaycan anklavlar və yollar məsələsini həll etməyə çalışır. İkincisi, ərazi bütövlüyünün tanınması tələbini irəli sürür. Türkiyə isə tarixi problemlərin münasibətlər kontekstində müzakirə edilməməsinin tərəfdarıdır. Burada söhbət  “erməni soyqırımı”nın tanınmasından gedir. Azərbaycan və Türkiyə hər şeyi əldə etmək istəyir. Rusiya vasitəçilik funksiyasına malik olduğundan, açıq şəkildə Ermənistanla Azərbaycan arasında debata girmək istəmir. Daxili müzakirələrdə isə Rusiyanın öz marağı var. Çünki Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısa, o zaman “ruslar orada nə etməlidir” sualı yaranacaq. Əlbəttə ki, belə halda  ruslar getməlidirlər, çünki Azərbaycan sülhməramlıların statusunu tanımayıb. Bütün bunların fonunda Rusiya Cənubi Qafqazda nə edir? Türkiyənin Orta Asiyada türkdilli ölkələrin konfederasiyası məsələsini təbliğ edəcəyini nəzərə alsaq, Rusiya nə etməlidir? Lakin suallar açıq qalır. Anladığım qədərilə Rusiya indi Azərbaycanla konfliktə girməməyə çalışır. Bu və ya digər formada vaxt qazanmaq istəyir. Bu səbəbdən Ermənistan cəsarətli davranıb, Türkiyə və Azərvbaycanla münasibətlərini yoluna qoymalıdır”.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ