Bazar günü günü, 15 noyabr 2026
     

“Möhtərəm Prezidentimizin mədəniyyət paytaxtımıza hər səfəri verdiyi vədlərin reallığa çevrilməsinin təqdimatıdır” - Vüqar Rəhimzadə

Image


“Avqustun 29-da dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağın tacı Şuşamıza sayca beşinci səfəri təkcə xalqımızın deyil, həm də dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Ümumiyyətlə, möhtərəm Prezidentimizin  mədəniyyət paytaxtımıza hər səfəri verdiyi vədlərin reallığa çevrilməsinin təqdimatı kimi dəyərləndirilir.

Müzəffər Ali Baş Komandan 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” vədinin  davamı olaraq növbəti çıxışlarında “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin bərpa ediləcəyini bildirmişdi. Həmçinin dövlət başçısı Şuşanın əvvəlki simasının bərpa ediləcəyini, dünyanın ən gözəl şəhərləri sırasında olacağını əsas hədəf kimi müəyyənləşdirmişdi. Bu baxımdan artıq əminliklə demək olar ki, Prezident İlham Əliyevin  mədəniyyət paytaxtımıza hər səfəri mühüm hadisələrlə dolu Zəfər tariximizi yeni-yeni  çalarlarla zənginləşdirir. Cənab İlham Əliyevin  Şuşa şəhərinə növbəti səfəri də bir daha  bu unikal diyarımızın zəngin mədəni və mənəvi ruhunun dünyaya çatdırılması istiqamətində mühüm addım oldu. Şuşanın dirçəldilməsi, bərpasi, yenidən Azərbaycanın mədəniyyət və incəsənət paytaxtına çevrilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində   bir sıra açılışlar edildi, ən əsası Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa olundu. Gözün aydın, Qarabağın tacı, Azərbaycanımızın döyünən ürəyi əziz Şuşamız!”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, cənab Prezidentin və birinci xanımın iştirakı ilə Molla Pənah Vaqifin büstünün və məqbərəsinin, Bülbülün ev-muzeyinin açılış mərasiminin keçirilməsi, eyni zamanda, “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması son 9 ayda erməni əsirliyindən xilas olmasının sevincini yaşayan Şuşamızın mədəni və sosial həyatında mühüm hadisə oldu. “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı: “Dünyaya səs salan, Azərbaycan xalqının tolerantlığına, tarixinə, mədəniyyətinə bağlılığının təqdimatı olan, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” musiqi festivalının ardınca Vaqif Poeziya Günlərinə ev sahibliyi edən Şuşanın qonaqları gördükləri unikal mənzərələrdən heyrətlərini gizlədə bilmirlər. Qısa müddətdə bərpa və quruculuq işlərinin  miqyasının genişliyi, ən əsası Şuşanın sözün əsl mənasında dirçəldilməsi hər bir azərbaycanlının qəlbində  sonsuz qürur hissi yaratmaqla yanaşı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vaqif Poeziya Günlərinin rəsmi açılışındakı nitqində yer alan, işğalçı Ermənistana və onun havadarlarına ünvanlanan  “Biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”   bəyanatı  sabahımıza böyük inam, əminlik,  gözü hələ də Şuşamızda olan yağı düşmənə ciddi mesaj oldu”.

V.Rəhimzadə vurğulayıb ki, dövlət başçısı, müzəffər Ali Baş Komandan  İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza, xüsusilə mədəniyyət paytaxtımız Şuşaya hər səfəri ermənilər tərəfindən böyük kədərlə qarşılanır: “30 il Şuşanı erməni şəhəri kimi təqdim etməyə çalışan düşmən bunu bacara bildimi?  Təbii ki, yox! Çünki  yalanın həqiqət üzərində qələbəsi mümkün deyil. Hər zaman danışan tarix, onun əsas yardımçısı isə əlahəzrət fakt olur. Dövlət başçısı İlham Əliyev sözügedən  tədbirdəki nitqində “Əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb” fikirləri ilə  bir daha bu reallığı da açıqladı ki, torpaqların sahibi qurucu, bərpaedici, hər daşını, qayasını bir tarix kimi qoruyan olur. Dünya Azərbaycanın timsalında bunu görür. Dağıtmaq, məhv etmək, özgəsinin torpağına göz dikmək ermənilərin xislətidir. Ermənistanda nə qədər hakimiyyət dəyişsə belə, onların faşizm ideologiyası, xislətləri dəyişməz olur. Amma yenə də qalib tərəf ədalətə, beynəlxalq hüquqa əsaslanan, hec bir dövlətin torpağında gözü olmayan, humanizm prinsiplərinə söykənən ölkə, xalq olur”.

Baş redaktor ölkə Prezidentinin Vaqif Poeziya Günlərinin rəsmi açılışındakı nitqində yer alan  bu mühüm məqama da xüsusi diqqət yönəldib ki, işğal dövründə həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, bu vəziyyətə düşməzdik. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü, səbirli olmaq lazımdır. Ədaləti bərpa etmək  üçün isə yorulmadan çalışmaq,  hədəfə doğru getmək gərəkdir. Bu gün hamımız deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi.

“Azərbaycan ədalətin bərpa olunması üçün 30 ilə yaxın səbir, dözüm nümayiş etdirdi, eyni zamanda, diplomatik üstünlük qazandı” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsində də möhkəm hüquqi baza əsas rol oynadı: “Azərbaycan Ordusu öz torpaqlarımızda döyüşdü, ərazi bütövlüyümüzü bərpa etmək, 30 ilin işğalına son qoymaq üçün mübarizə apardı, şəhidlərimizin canı, qanı bahasına Qələbəmizi qazandıq. Bu Zəfər Azərbaycanın 28 ildir dünyaya ünvanladığı çoxsaylı sualları  da cavablandırdı. Dövlət başçısının da vurğuladığı kimi, danışıqlar prosesi 30 ilə yaxın davam etdi,  heç bir nəticəsi olmadı.

“Postmünaqişə dövrünün reallıqları, ən əsası 30 illik işğal və İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq güclərin tutduğu mövqe onu göstərdi ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki  azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyir,  dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Dövlətimiz isə  ən yüksək tribunalardan Azərbaycan xalqının işğalla heç zaman barışmayacağını, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyimizi bəyan edirdi. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqımıza əsas verirdi. Azərbaycan 44 günlük Vətən müharibəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi,  ədaləti bərpa etməklə illərdir onun yoxluğu barədə düşüncələrdə də dəyişikliyə şərait yaratdı. Bir daha təsdiqləndi ki, bütün münaqişəli məsələlərin həllində, həmçinin beynəlxalq münasibətlərdə güc və  hüquq, ədalət əsasdır. Bütün sahələrdə  böyük uğurlara imza atan, təcrübəsi nümunə olan Azərbaycan dünyanın hərb tarixinə yeni parlaq səhifə yazmaqla müharibə praktikasının, taktikasının öyrənilməsini də bir zərurətə  çevirdi”, - deyə baş redaktor bildirib.  

V.Rəhimzadə 30 ilin reallıqlarına qısa baxış fonunda böyük qürurla işğaldan azad edilən torpaqlarımızın, o cümlədən Şuşanın  cənnət məkana çevrilməsindən də bəhs edib: “Artıq Şuşa şəhərinin də baş planı təqdim edildi. Bu, Böyük Qayıdışa doğru növbəti addımdır. Şuşanın bərpasına dövlət başçısı İlham Əliyevin mədəniyyət paytaxtımıza ilk səfəri zamanı, yanvarın 14-də start verilmişdi. 8 ayda görülən işlərin, icra olunan layihələrin əhatə dairəsi genişdir. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları bu layihələri uğurla baş çatdırmağa əsas verir. Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan qurtulmuş ərazilərimizə hər səfəri bərpa və quruculuq işləri ilə bağlı hədəfləri özündə ehtiva edən “yol xəritəsi”nin ölkə ictimaiyyətinə, həmçinin dünyaya təqdimatında mühüm rol oynayır. Tarixlə müasirliyin vəhdəti  fonunda aparılan bərpa və quruculuq işləri tezliklə Şuşamızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcək”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ