Bazar günü günü, 15 noyabr 2026
     

Ətraf mühitə laqeyd münasibət bəşəriyyəti böyük təhdidlərlə üz-üzə qoyub

Image


 

Dövrümüzdə ətraf mühitin mühafizəsi tarixdə heç olmadığı qədər  aktuallaşıb. Hesab edilir ki, problemə kifayət qədər diqqət yetirilməməsinin nəticələri fəlakətli ola bilər. Söhbət burada təkcə bəşəriyyətin rifahından yox, artıq onun sağ qalmasından gedir.

Təbiətin qorunması əsrin əsas vəzifəsidir

İndi qabaqlayıcı tədbirlər görülmədiyi halda insanların yaşaması üçün təbii mühitin tənəzzülü geridönməz xarakter ala bilər. O da ciddi narahatlıq yaradan məqamlardandır ki, təbii mühitin çirklənməsi kompleks xarakter daşıyır. Sudan tutmuş havaya, torpağa qədər təbii mühitin insan fəaliyyəti nəticəsində məhvə sürüklənməsi müşahidə edilir. Burada suyun çirklənməsi insan sağlamlığına və balıq ehtiyatlarına ciddi ziyan vurur. Kənd təsərrüfatı torpaqlarının deqradasiyası bir çox ərazilərdə quraqlığa və torpaq eroziyasına səbəb olub. Buna görə qidalanma, aclıq, xəstəlik problemləri getdikcə özünü daha çox göstərir.  

Havanın çirklənməsi də insan sağlamlığına getdikcə daha ciddi ziyan vurur. Meşələrin kütləvi qırılması, yanması iqlimə mənfi təsir edir və biomüxtəlifliyi, genofondu azaldır. Günəşdən gələn zərərli radiasiyadan qoruyan ozon qatının tükənməsi də sağlamlıq üçün ciddi təhlükədir. "İstixana effekti", yəni atmosferə karbon qazının artan emissiyası nəticəsində qlobal istiləşmə Yerin iqlimində fəlakətli dəyişikliklərə səbəb olur. Atmosferə atılan karbon qazının miqdarının durmadan artması Yerin istilik balansının pozulmasına və temperaturun artmasına səbəb olur. Qütblərdə temperaturun artması bu gün daha çox müşahidə olunur. Ona görə də Arktika və Antarktidada buzlaqlar əriyir və bu da son dərəcə təhlükəlidir.  Mineral mənbələrdən səmərəsiz istifadə onların tükənməsinə gətirib çıxarır ki, bu da bəşəriyyətin sağ qalma problemini yenidən gündəmə gətirir. Nəhayət, radioaktiv və zəhərli maddələrlə əlaqəli müəssisələrdə baş verən qəzalar da insan sağlamlığına və təbiətə böyük ziyan vurur. Çernobıl Atom Elektrik Stansiyasında və Hindistanda Amerika Kimya Zavodunda baş verən qəzanı xatırlamaq kifayətdir. Ətraf mühitə böyük ziyan həm də silahlı qarşıdurmalardan qaynaqlanır, bunu Vyetnam, Kamboca, Fars körfəzi, Yuqoslaviyada, İraqda, Suriyada baş verən müharibələrin təcrübəsi sübut edir. Bütün bunlar fonunda təbiətin qorunması əsrimizin vəzifəsidir, həlli vacib olan ümumdünya xarakterli sosial problemdir. Amma problemin həlli istiqamətində addımlar yetərli deyil. Ətraf mühiti təhdid edən təhlükəni insanlar dəfələrlə eşidik, amma yenə də bir çoxları onları xoşagəlməz, lakin qaçılmaz bir sivilizasiya məhsulu hesab edir. Bu fonda insanların bir çoxu hələ də ortaya çıxan bütün çətinliklərin öhdəsindən gəlmək üçün vaxtın olduğuna inanır. Halbuki reallıq tamam fərqlidir. İnsanın ətraf mühitə təsiri geniş vüsət alıb. Vəziyyəti kökündən dəyişmək üçün məqsədyönlü və düşünülmüş fəaliyyətə ehtiyac var.

Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə ermənilər tərəfindən vurulan böyük ziyan...

Ətraf mühit, xüsusən də iqlimlə bağlı baş verənlər Azərbaycan üçün də aktualdır.  Bu gün dünya üçün ən aktual məsələlərdən biri də intensivləşən iqlim dəyişmələrinin aqrar sahəyə, ərzaq təhlükəsizliyinə göstərdiyi təsirlə bağlıdır. Artıq bu məsələ ilə bağlı dünya miqyasında araşdırmalar olduqca intensivləşib. Məsələ, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan üçün də xüsusi aktuallıq kəsb edir. Belə ki, iqlim dəyişmələrindən problem yaşayan sahələrdən biri də kənd təsərrüfatıdır.

Dünya Bankı ilə Asiya İnkişaf Bankı tərəfindən birgə hazırlanan “İqlim risqi olan ölkələrin profili” adlı son hesabatda bildirilir ki, aqrar sektor Azərbaycan iqtisadiyyatının mühüm sahələrindən biridir. Ölkə torpaqlarının təqribən 58 %-i əkinçilik üçün istifadə edilir. Hesabata əsasən, ölkə əhalisinin 36,4 %-i bu sahədə çalışır: “Kənd təsərrüfatında məhsuldarlıq ölkə ortalamasının altındadır. Kənd təsərrüfatı məhsullarının istehsalı 2013-2017-ci illərdə orta hesabla ÜDM-in 5 % -ni təşkil edib. Azərbaycanda iqlim dəyişikliyinin məhsul istehsalı proseslərinə birbaşa və dolayı yolla təsir edəcəyi gözlənilir. Birbaşa təsirlərə karbon qazı ilə bağlı məsələlər, yağıntılar və temperatur dəyişiklikləri daxildir. Dolayı təsirlərə su ehtiyatlarının mövcudluğu və mövsümi təsirlər, torpaq üzvi maddələrinin transformasiyası, torpaq eroziyası, zərərvericilərdəki dəyişikliklər və torpaqların deqradasiyası, səhralaşma səbəbindən əkin sahələrinin azalması daxildir”. Bu səbəbdən hesab edilir ki, Azərbaycan iqlim dəyişmələrinin belə təsirinə qarşı indidən preventiv addımlar atmalıdır. Bundan əlavə, ölkəmizdə meşə sahələrinin artırılması da olduqca vacibdir.

O da yaddan çıxmamalıdır ki, Ermənistanın bəşəriyyətə və insanlığa qarşı yönələn terror siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə ciddi ziyan vurub. İşğal dönəmində həmin yerlərdə fauna və flora ciddi zərər görüb, faydalı qazıntı yataqları təhlükəli formada istismar edilib. İndi Azərbaycan üçün əsas məsələlərdən biri bu zərərin aradan qaldırıılması, işğaldan azad edilən ərazilərdə ətraf mühitin bərpa edilməsidir. Bu, ilk növbədə sağlam təbii mühit şəraitində yaşamaq üçün olduqca zəruridir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ