Bazar günü günü, 15 noyabr 2026
     

Moskva sərhəd və kommunikasiya məsələsində İrəvanı yox, Bakını dəstəklədi...

Image


Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və bu ilin 11 yanvar tarixli üçtərəfli bəyanatlarından irəli gələn öhdəliklərin icrası İkinci Qarabağ müharibəsindən sonra regionda sülhün bərqərar olması, əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm əhəmiyyət kəsb edir. Lakin Azərbaycan bu öhdəliklərin icrası istiqamətində əməli addımlar atsa da, Ermənistan hələ də bəyanatlarda təsbit edilən bir sıra bəndlərin icrasına laqeyd yanaşır.

Üstəlik Ermənistan sülh prosesinə xələl gətirən addımlar atmaqda da davam edir. Azərbaycanla dövlət sərhədində, eləcə də  Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində ermənilər tərəfindən atəşkəs hallarının mütəmadi qaydada pozulması, minalanmış ərazilərin xəritələrinin indiyə qədər  tam şəkildə ölkəmizə təqdim edilməməsi də bunun real sübutudur. Ermənistanın bu mövqe və addımları, Azərbaycanla yanaşı, üçtərəfli bəyanatlara imza atan digər dövlət kimi Rusiya tərəfindən də narazılıqla qarşılanır. Rusiya Xarici İşlər Nazirliyinin məsələyə münasibəti də bunu təsdiq edir. Rəsmi Moskva bəyan edir ki, üçtərəfli razılaşmaların həyata keçirilməsi Rusiya Federasiyasının xarici siyasətinin qeyd-şərtsiz prioritetidir. Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşündən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamaları da qeyd edilənlərin növbəti təsdiqidir.

Lavrov bildirir ki, uzunmüddətli həll yalnız sərhədlərin delimitasiyası və demarkasiyası ilə mümkündür: “Biz Ermənistan və Azərbaycan arasındakı bütün məsələlərin yalnız siyasi və diplomatik üsullarla həll edilməli olduğunu düşünürük. Uzunmüddətli həll yalnız sərhədlərin delimitasiyası və demarkasiyası ilə mümkündür. Rusiya prezidentinin bununla bağlı təşəbbüsü hamıya məlumdur”. Onun sözlərinə görə, Rusiya bölgədəki kommunikasiyaların blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupun işindən razıdır: “Moskva ümid edir ki, bu mexanizm regionun iqtisadi bərpasına kömək edəcək və uzunmüddətli rifah üçün möhkəm zəmin yaradacaq”. Hesab olunur ki, Rusiyanın üçtərəfli razılaşmaların şərtlərinin yerinə yetrilməsi ilə bağlı tələbləri bu sənədlərin icrasını sürətləndirə bilər. Məhz bu halda Ermənistanın sərhəd zonasında və digər istiqamətlərdə Azərbaycana qarşı yaratmaq istədiyi süni gərginliklərə də son verilməsi mümkündür. Belə vəziyyətdə regional əməkdaşlıq üçün real addımlar atıla bilər və Azərbaycan buna hazır olduğunu dəfələrlə ən yüksək səviyyədə bəyan edib. Ermənistan rəhbərliyi nəzərə almalıdır ki, sülh və əməkdaşlığa qarşı yönəlmiş istənilən cəhdi sonda iflasa məhkumdur. Çünki Ermənistanın Azərbaycana qarşı çıxmaq üçün əvvəlki qaydada nə gücü, nə də digər potensialı var. Elə Rusiyada da belə fikir hakimdir ki, Ermənistan düşdüyü çıxılmaz vəziyyətdən xilas olmaq üçün qarşıdurma əvəzinə əməkdaşlığa can atmalıdır. Üçtərəfli razılaşmaların icrası, Azərbaycanla sülh müqaviləsinin imzalanması, əməkdaşlıq əlaqələrinin qurulması Ermənistanın düşdüyü ağır sosial-iqtisadi böhrandan xilas olmasının yeganə yoludur. Əks halda Ermənistanı daha böyük sosial-iqtisadi problemlər gözləyir.  Ermənistan onu da diqqətdən qaçırmamalıdır ki, üçtərəfli razılaşmaların yerinə yetirilməsində Rusiya və digər dünya ölkələri də maraqlıdır. Çünki bu halda Qafqazda sülh və əməkdaşlıq üçün əlverişli zəmin yaranacaq. Bu da regionda əməkdaşlıq əlaqələrini genişləndirmək istəyən xarici dövlətlərin maraq dairəsindədir. Rusiyalı hərbi ekspert İqor Korotçenko bununla bağlı bildirir: "Üçtərəfli bəyanatda Ermənistan tərəfinin yerinə yetirməli olduğu öhdəliklər dəqiq əksini tapıb. Onlara əsasən, Ermənistan Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən bütün silahlı birləşmələrini çıxarmalıdır. Nəqliyyat kommunikasiyalarını açması, sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlaması üçün, Rusiya tərəfindən də olmaqla, növbəti siyasi təzyiq tədbirlərindən istifadə edilməlidir”. Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycanı təxribata çəkmək istəyir. Belə ki, rəsmi Bakını sərhəd münaqişələrinə cəlb etməklə bunun sonradan daha böyük müharibəyə keçəcəyinə ümid edir: “Ermənistanın təxribatçı siyasətinə Azərbaycan tərəfindən əvvəl-axır müəyyən cavab veriləcək. Rəsmi İrəvan praktiki nəticələr çıxarmalıdır, çünki revanş yolu sonu olmayan yoldur”. Korotçenko əmindir ki, Ermənistan ictimaiyyətinin böyük hissəsi ötən ilin noyabrında düşdüyü vəziyyətə yenidən düşmək istəmir. Onun fikrincə, Ermənistanın siyasi elitası bundan dərs çıxarmalıdır: “Rəsmi İrəvanın bunu istəyib-istəməməsindən asılı olmayaraq, mehriban qonşuluq münasibətlərini qoruyub saxlamaq lazımdır. Bunun alternativi yoxdur”.

Rusiyalı ekspertin qənaətincə, əsas problem Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri, eləcə də Azərbaycan, Ermənistan, Rusiya liderlərinin yanvar ayında Moskva görüşündə əldə edilən razılaşmanın şərtlərini yerinə yetirmək istəməməsidir. Ekspert hesab edir ki, onillərlə yeritdiyi destruktiv siyasətini davam etdirən Ermənistan müharibədə məğlub olduqdan, ordusu darmadağın edildikdən sonra belə mövcud gerçəkliyi qəbul etmək istəmir: “Amma Qarabağ münaqişəsi artıq mövcud deyil, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan isə bunu qəbul etmək istəmir. Sülh sazişini imzalamaqdan boyun qaçırır və hərbi təxribatlarla məşğuldur”.

Nahid SALAYEV

 

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ