Bazar günü günü, 15 noyabr 2026
     

Bakı və Ankara sülh təklifi ilə Ermənistanı dalana dirədi

Image


Azərbaycanın Ermənistan üzərində şəksiz üstünlüyə malik olmasını indi bu ölkənin özündə də getdikcə daha çox etiraf edirlər. Ermənilər onu da açıq şəkildə vurğulayır ki, Bakı sərhəd məsələsində, sülh müqaviləsinin imzalanmasında İrəvandan istədiklərini mütləq alacaq.

Erməni ekspert, Qarabağda qondarma qurumun keçmiş “nümayəndəsi” Senor Hasratyan bütün bunları təsadüf hesab etmədiyini bildirib. Bunu o, həm də Azərbaycan Prezidentinin siyasi, hərbi, diplomatik bacarığı ilə izah edir: “Rəqibimiz olan dövlətin rəhbərinin öz siyasi və diplomatik qabiliyyətləri ilə Ermənistanın baş naziri vəzifəsini tutan və ölkənin faktiki idarəetməsini həyata keçirən şəxsin imkanlarını üstələməsi artıq məlumdur. Bu fonda Azərbaycanın üstünlüyü, demək olar, hər gün Qarabağ və Ermənistanla bağlı baş verən əlverişsiz inkişaflar şəklində öz ifadəsini alır. Onu da demək olar ki, bir il əvvəl döyüş sahəsində silah gücü ilə deyil, çevik diplomatiya ilə İlham Əliyevin Nikol Paşinyana qarşı qazandığı qələbə bu gün də davam edir. Və hakimiyyətimiz ləyaqətli hakimiyyətə nail olmaq əvəzinə, nəyin bahasına olursa olsun, sülhə nail olmaq strategiyasını qəbul etdiyi müddətcə bu davam edəcək”. Lakin ekspertlər qeyd edir ki, əslində Ermənistanın narahatlığı üçün heç bir əsas yoxdur. Çünki Azərbaycan ona qarşı heç bir iddia irəli sürmür. Əksinə, Azərbaycan və Türkiyə Ermənistana sülh təklif edir. Elə bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd edib ki, bölgədə yeni, konstruktiv yanaşmalara ehtiyac var: “Düşüncə və gözləntilərdə fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də daxil olmaqla, etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səy göstərmək lazımdır. Yaxın tarix düşmənçilik mənbəyi olmamalıdır. Davamlı sülh və birlikdə yaşamaq üçün konstruktiv addımlar atılmalıdır. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik. İndi sülhü və sabitliyi davamlı etməli, iqtisadi inkişaf və regional əməkdaşlıq üçün şərait yaratmalıyıq. Azərbaycan da oxşar anlayışla Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edir”. Bu fonda Ermənistan hökumətinin iclasında Nikol Paşinyan bildirib ki, Ermənistan Türkiyə tərəfindən verilən müsbət siqnalları qiymətləndirəcək, bu siqnallara müsbət siqnalla cavab verəcək. Bu açıqlamalar revanşist erməni ictimai-siyasi ekspert dairələrində narahatlıq və narazılıqla qarşılanıb. “Hayeli” nəşri yazır: “Ermənistan bu imkanlara müsbət cavab versə, biz də lazımi addımları atacağıq” və ya “bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında” nə deməkdir? Yəni qoy Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın, yəni İlham Əliyevin təsəvvür etdiyi tələblərlə, Qarabağın itirilməsi ilə Azərbaycanın ərazi bütövlüyünü tanısın, biz Ermənistanla sərhədi açacağıq”. “Respublika” partiyasının mətbuat katibi Eduard Şarmazanov isə iddia edir ki, Paşinyan hakimiyyəti Türkiyənin beşinci kolonu funksiyasını yerinə yetirir: “Erməni soyqırımı” haqda danışılmır, Şuşa və Hadrutla bağlı heç nə deyilmir, hökumətin toplantısında Türkiyədən müsbət siqnallar aldığını vurğulayır. Bütün bunlar Paşinyan hakimiyyətinin Türkiyənin 5-ci kolonunun funksiyasını yerinə yetirdiyini göstərir. 100 il əvvəl baş verənlər təkrarlanır. Bu hökumət Gorus-Qafan yolunun 21 kilometrlik hissəsini Azərbaycan ərazisi kimi tanıyır. Şuşa və Hadrut haqda heç nə demirlərsə, o zaman bu ərazilərin də Azərbaycana məxsus olduğunu təsdiqləyirlər. Bütün bunlara isə Türkiyə prezidentinin reaksiyası gəlir və Ərdoğan deyir: “Ermənistan hökumətinə uğurlar arzulayırıq və konstruktiv olacaqlarına ümid edirik”. Türkiyənin nöqteyi-nəzərindən yanaşdıqda, Ermənistanın konstruktivliyi “soyqırım”dan imtina və onun beynəlxalq səviyyədə tanınmasının rədd edilməsi, Ermənistan-Türkiyə sərhədinin, Moskva və Qars müqavilələrinin tanınması, Qarabağ məsələsində rəsmi İrəvan üçün hər hansı bir əlverişli qərardan imtina olunması nəzərdə tutulur”. Digər erməni ekspert Avetik İşxanyan qeyd edir ki, Paşinyan bəzi yer adlarını Azərbaycan versiyaları ilə adlandırır: “Hökumətin hər hansı üzvü isə etiraz etmir, şüşəni başına atmır, nümayişkaranə şəkildə zaldan çıxmır. Məlum olur ki, təkcə hökumətin üzvləri, Vətəndaş Müqaviləsi Partiyasının deputatları yox, hamımız ləyaqətdən məhrumuq. Tezliklə Hayastan adı rəsmi olaraq Ermənisatanla əvəz olunsa, baş nazir də Ermənistan vilayətinin paşası olsa, təəccüblənməyin”. Lakin başqa erməni ekspert Varujan Qeğamyan burada qorxulu heç nə görmür: “Qeyri-müəyyən diplomatik ifadələri bir kənara qoysaq, Türkiyə prezidenti Ərdoğan əslində Ermənistanla münasibətlərin normallaşdırılmasına dair diqtə etdikləri ilkin şərtləri qeyd edib. Münasibətlərin normallaşması ərazi bütövlüyü prinsipinin tanınmasına əsaslanmalıdır, yəni Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalıdır, yəni Qarabağdan tamamilə imtina etməlidir. 10 noyabr öhdəlikləri yerinə yetirilməlidir, yəni Zəngəzurdan “Türk dəhlizi” açılmalıdır. Ermənistan Türkiyəni “soyqırımı”nda günahlandırmağı dayandırmalıdır”.

Beləliklə, Azərbaycan və Türkiyənin sülh təklifi Ermənistanda siyasi parçalanma yaradıb. Amma görünən budur ki, sülh təklifinə qarşı çıxanlar erməni cəmiyyətindən lazımı dəstək ala bilmir. Əks halda onlar çoxdan Paşinyanı devimişdilər.

Nahid SALAYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ