İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, senator Urania Papatheu İtaliya mətbuatına açıqlamasında Azərbaycan sülhməramlı qüvvələrinin Kabil beynəlxalq hava limanının təhlükəsizliyinin təmin edilməsində göstərdiyi fəaliyyəti təqdir edib.
Baki-xeber.com xəbər verir ki, italyan senator bildirib ki, bu məsələdə böyük yetkinlik nümayiş etdirən Azərbaycan həmişə olduğu kimi İtaliya və Avropa İttifaqı ilə birgə fəaliyyət göstərməyə hazır olduğunu nümayiş etdirib.
Habelə, senator U.Papatheu Azərbaycan rəsmilərinin Kabil beynəlxalq hava limanının təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verdiyi, eləcə də Əfqanıstandakı vəziyyətlə bağlı dramatik səhnələrin göründüyü ilə eyni zamanda sosial şəbəkələrdə viral olan videolardan da göründüyü kimi, Ermənistan Parlamentində əlbəyaxa dava getdiyini də deyib.