Ermənistan hər zaman əsir və girovların “hamının hamıya dəyişdirilməsi” prinsipinə qarşı çıxıb. Trend-in xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O qeyd edib ki, Azərbaycan bütün illər ərzində bütün öhdəlikləri yerinə yetirib: “Azərbaycan həmişə "hamının-hamıya dəyişirilməsi" prinsipi ilə çıxış edib. Ancaq Ermənistan bundan imtina edir”.