Bazar günü günü, 15 noyabr 2026
     

Türkiyənin dəhşət saçan “Akıncı” PUA-ları tezliklə Azərbaycan ordusunun arsenalında...

Image


Məlumat verildiyi kimi, bu günlərdə Türkiyənin Çorlu hava limanında ölkənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Akıncı” zərbə pilotsuz hücum aparatının (PUA) təqdimat və silahlanmaya qəbul mərasimi keçirilib. Mərasimdə iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Akıncı” pilotsuz hücum aparatının Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsini yüksək qiymətləndirib.

Ərdoğan qeyd edib ki, Türkiyə müdafiə sənayesindəki uğurları, pilotlu və pilotsuz uçuş aparatları ilə regionda qürur mənbəyinə çevrilib: “Müdafiə sənayesi sahəsindəki uğurlarımız sırasında xüsusilə dünyada da qəbul edilən pilotsuz uçuş aparatlarını qeyd etmək istəyərdim. Türk mühəndisləri ən yaxşı şəkildə bunu bacardılar və bunlardan biri də “Akıncı” pilotsuz hücum aparatının Türk Silahlı Qüvvələrinin hərbi arsenalı sırasına daxil olmasıdır. Suriyada, Liviyada və Azərbaycanın işğal altında olan torpaqlarında insanlıq faciəsinin qarşısının almasında bu pilotsuz aparatlar böyük rol oynadı. Bu gün bütün dünya Suriyada, Liviyada və Azərbaycandakı yeni müharibə doktrinasından danışır. Ölkəmizin sərhədlərində qurulmaq istəyən terror təşkilatlarını necə məhv etdiyimiz, Aralıq dənizində birtərəfli planlara, Qarabağda işğala necə son qoyulduğu müzakirə olunur”. Ərdoğan onu da bildirib ki, Türkiyənin müdafiə sənayesindəki məhsullarının pul qarşılığında hər ölkəyə satılması mümkün deyil. Amma təbii ki, istisna ölkələr də var və bunlardan biri, əslində birincisi Azərbaycandır. Ekspertlər yaxın tezlikdə “Akıncı” pilotsuz hücum aparatının Azərbaycan ordusunun ixtiyarında olacağını proqnozlaşdırır və bu çox vacib hesab edilir.

Qeyd edək ki, “Akıncı” pilotsuz hücum aparatı 24 saat havada qala və 1,6 ton yük daşıya bilir. “Akıncı” havadan-havaya raketlərlə də təchiz olunub və bu, onun döyüş təyyarələrinə qarşı da mübarizədə istifadə edilməsinə imkan verir. Özünəməxsus bükülmüş qanad quruluşu ilə 20 metrlik qanad genişliyinə və çox sayda döyüş sursat stansiyasına sahib olan bu aparat 9144 metr yüksəklikdə 24 saat havada qala bilir. Elektron dəstək bölməsi, peyk rabitə sistemləri, havadan havaya radarlar, maneə aşkarlama radarı, sintetik diyafram radarı kimi daha inkişaf etmiş faydalı yüklərlə işləyəcək sistem hava-yer və hava-hava əlaqəsi ilə məşğul ola bilir. "Akıncı" PUA-da 100-ə yaxın kompüter mövcuddur. Hər biri fərqli proqram təminatından istifadə edir. “Baykar Defence” şirkətinin rəhbəri  Səlcuk Bayraktar bu xüsusda bildirir: “Qarabağ müharibəsində də istifadə edilən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrimiz kəşfiyyat, müşahidə kimi əsas vəzifələri ilə yanaşı, aşkarlanan hədəfləri, o cümlədən hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirdi. Hava hücumundan müdafiə sistemləri əslində hava qüvvələrini zərərsizləşdirmək üçün nəzərdə tutulan çox güclü sistemlərdir. Bununla yanaşı tankları, zirehli maşınları, olduqca çox sayda haubitsa və artilleriya batareyalarını məhv etdi. Eskadrilyalar şəklində gecə-gündüz fasiləsiz olaraq hər cür meteroloji şərtlərdə uçdu. Bəhs edilən pilotsuz təyyarələr əslində robot-təyyarələrdir. “Bayraktar TB2”nin içərisində 40-a yaxın kompüter var. Seriya istehsalı başlayan və daha üstün göstəricilərə, döyüş qabiliyyətinə malik olan “Akıncı” pilotsuz döyüş təyyarələrində isə 100-ə yaxın kompüter var”. Bu kompüterlər sayəsində PUA təyin edilən marşrut üzrə hava kəşfiyyatı aparmaq, əldə edilən məlumatları idarəetmə məntəqəsinə tədqim etmək, yerüstü, suüstü və hava hədəflərinə müstəqil və ya operatorun komandası ilə silahlanmasında mövcud olan sursatlarla aviazərbələr endirə bilir. PUA-ların havada olduqda belə tapşırıqları və ya hədəflərinin dəyişdirilməsi, həmçinin onların ləğv edilməsi mümkündür. Daha üstün texniki xüsusiyyətlərə malik “Akıncı”da süni zəkaya əsaslanan texnologiya tətbiq edilir. Onun köməyi ilə aparat avtomatik qalxma və enməni reallaşdırır, uçuş zamanı ətrafında baş verənləri təhlil edir və qiymətləndirir, obyekt, ağac, insan, maşın və sair tanınmasını həyata keçirir.
Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. "Akıncı" kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müdət) sinfinə aiddir. Buna səbəb kimi onların ölçüləri ilə bərabər həm fəaliyyət radiusunun, həm uçuş yüksəkliyinin, həm də daşıdığı faydalı yükün kütləsinin hardasa pilotlu hərbi təyyarələrin göstəricilərinə yaxınlaşması göstərilir. HALE sinfindən olan PUA-lar dünyanın yalnız 4 ölkəsi tərəfindən istehsal edilir və onlardan biri də artıq Türkiyədir. O da faktdır ki, Türkiyənin istehsal etdiyi istənilən müdafiə sənayesi məhsulu Azərbaycan üçün əlçatandır. Ölkəmiz, tələbat olduğu halda, Türkiyədən istənilən silah və texnikanı əldə etmək imkanlarına sahibdir. Yuxarıda qeyd edildiyi kimi,  “Akıncı” PUA-larının seriya istehsalına başlanılıb və ilk növbədə həmin silah sistemləri Türkiyənin həbi hava qüvvələrinə çatdırılacaq. Bundan sonrakı mərhələdə Azərbaycan tərəfindən müraciət olunarsa, “Akıncı”nın Azərbaycana da satılması üçün heç bir problem yaranmayacaq. Ekspertlər Azərbaycanın “Akıncı”nın ilk alıcılarından olacağını istisna etmir. Çünki “Akıncı” PUA-ları Azərbaycanın qırıcı aviasiyasının resurslarının daha da güclənməsinə, daha hündür yüksəkliklərdə düşmənə qarşı fəaliyyətinə münbit şərait yaradacaq. “Akıncı” hazırda dünyanın ən müasir pilotsuz uçuş sistemlərindən biri hesab olunur. Və bu sistemlərin Azərbaycan tərəfindən alınması ölkəmizin hərbi gücünü daha da artırmasına yardımçı olacaq. Ekspertlərə görə, strateji əhəmiyyət daşıyan ərazilərin müşahidəsi, Qarabağda terrorçular və diversiya qruplarına zərbələr endirmək, ərazilərimizə olacaq hər hansı təcavüzlərə qarşı çevik reaksiya vermək üçün “Akıncı” PUA-ları mükəmməl vasitədir. 

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ